Bu gün İran parlamentində İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) komandanı Hüseyn Səlaminin iştirakı ilə qapalı iclasın keçirilməsi nəzərdə tutulub
Avropa .info ISNA-ya istinadla xəbər verir ki, bu barədə deputat Əhməd Naderi məlumat yayıb.
Parlamentarilər region və Suriyadakı hadisələri müzakirə edəcək.
Bundan əvvəl xarici işlər naziri Abbas Əraqçinin iştirakı ilə eyni mövzuda qapalı iclas keçirilib