16 - 01 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

“Ermənistan Suriya dinamikasını xüsusi narahatlıqla izləyir”-Markedonov

Dekabr 10, 2024
Siyasət
A A
Dəməşqin və Suriyada Bəşər Əsəd rejiminin süqutu, şübhəsiz ki, 2024-cü ildə Yaxın Şərqdə əsas hadisələrdən biri kimi qiymətləndiriləcək. Təxminən 7 il davam edən status-kvo (əgər “Astana formatı” adlanan prosesi başlanğıc nöqtəsi kimi qəbul etsək) çökdü. Mütəxəssislər hələ də Suriya münaqişəsi sahəsinin köklü şəkildə yenidən formatlaşdırılmasının mümkün nəticələrini emosiyalar olmadan düzgün qiymətləndirə bilməyiblər.

Avropa.info xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markedonov Suriyada Əsəd rejiminin devrilməsi haqda qeyd edib.

“Lakin artıq aydındır: bu Yaxın Şərq ölkəsində baş verən hadisələr təkcə Livan, İsrail, Türkiyə və ya İordaniyada deyil, həm də Cənubi Qafqaz dövlətlərində maraqla izlənilir.

2020-ci ildə ikinci Qarabağ kampaniyasının başlaması ilə akademik Vitali Naumkin haqlı olaraq “Cənubi Qafqaz və Levant (Aralıq dənizinin şərqindən Mesopotamiyaya qədər uzanan tarixi ərazinin bəzi qaynaqlardakı adı – red.) arasında sıx əlaqəni” qeyd etmişdi. Bu, daha əvvəl ortaya çıxmağa başladı və o vaxtdan bəri, yəqin ki, yalnız güclənib.

Ermənistan Suriya dinamikasını xüsusi narahatlıqla izləyir. Bunun üçün bir neçə vacib səbəb var. Hələ Suriyada vətəndaş müharibəsinin ilk illərində Ermənistan xeyli sayda (respublikanın miqyasına görə) əsasən Hələbdən olan erməni qaçqını qəbul etmişdi. Müxtəlif hesablamalara görə, onların sayı 17-20 min nəfər idi.

İkincisi, Qarabağda məğlubiyyət və bu bölgənin itirilməsi Zəngəzur dəhlizi ətrafında gedən müzakirələrlə birləşəndə neqativ təəssüratı dərinləşdirir. Türkiyənin Yaxın Şərqdə güclənməsi əlavə risk kimi qəbul edilir – xüsusilə də Moskva ilə münasibətlərin soyuması fonunda Qərbin Ankaranı cilovlamağa hazır olmaması və üstəlik, Rusiya Federasiyası ilə Azərbaycan arasında yaxınlaşma fonunda.

Azərbaycanda isə əksinə, Türkiyənin güclənməsi müsbət hal kimi qəbul edilir. Ancaq burada müəyyən qeyd-şərtlər var. Rəsmi orqanlar təmkinli davranırlar. Onlar Ankara ilə strateji müttəfiqlik və Bakının mühüm silah tədarükçüsü olan İsraillə inkişaf etmiş tərəfdaşlıq arasında tarazlıq yaradırlar. Azərbaycan dünyanın istənilən yerində strateji müttəfiqinin güclənməsini özü üçün xeyirli hesab edir. Amma eyni zamanda, Ankara ilə “beynəlxalq cihadçılar”ın müxtəlif nümayəndələrinin (hətta situativ və taktiki) sıx yaxınlaşması Bakıda narahatlıqla qarşılanır. Ölkə şiələr və sünnilər arasında demək olar ki, yarıya bölünüb, kövrək islamdaxili tarazlığın hər hansı pozulması böyük riskdir və Suriyada “siyasi islamlaşma” belə təhlükələri artırır (Azərbaycanda şiə və sünni nisbəti yarıbayarı deyil, 90-nın 10-adır və ümumiyyətlə, məzhəb ayrı-seçkiliyi tamamilə yoxdur – red.).

İlk baxışda Gürcüstan Suriyadakı hadisələrdən daha uzaq məsafədədir. Amma yaxından araşdırdıqda Pankisidən olan insanların Suriyadakı müharibədə fəal iştirakını da xatırlaya bilərik. Sadəcə olaraq Tarxan Batiraşvili (Umar/Ömır əş-Şişani, İŞİD-in “müdafiə naziri” olub) və ya Müslüm Marqoşvilinin (“Cunud əş-Şam” ekstremist hərəkatının banisi) fəaliyyətinə baxın. Zaman-zaman ölkə Suriya təcrübəsi olan radikal cihadçıların (məsələn, Əhməd Çatayev) hücumlarına məruz qalıb.

Beləliklə, Suriyada baş verən inqilabi dəyişikliklər Qafqazda diqqətlə öyrənilir. Biz hələ Türkiyə ilə Rusiya, Tehran və Ankara və bunların hamısının birlikdə və ayrı-ayrılıqda Qərblə münasibətlərindəki çətinliklərdən danışmırıq”, – deyə Markedonov yazıb

Əvvəlki Yazı

Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır, amma Kiyev və Qərb bundan uzaqlaşır”-Qaluzin

Növbəti Yazı

“Paşinyan buranı Türk-Azərbaycanlı qardaşlarımızla bölüşmək qərarına gəlib”-Baqratyan

XƏBƏR LENTİ

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
6
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

13 Yanvar 2026 / 21:06
8
“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

13 Yanvar 2026 / 20:38
39
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

12 Yanvar 2026 / 22:36
34
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları “İranda xalq üsyanı və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirib

11 Yanvar 2026 / 20:37
37
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

08 Yanvar 2026 / 17:22
32
Qalib xalq və müasir azərbaycanlı kimliyi

Qalib xalq və müasir azərbaycanlı kimliyi

06 Yanvar 2026 / 16:08
9
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

30 Dekabr 2025 / 9:42
8
Respublika Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov – 95” adlı elektron baza yaradılıb

Respublika Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov – 95” adlı elektron baza yaradılıb

29 Dekabr 2025 / 19:25
28
Prezident Kitabxanasında Mirzə Qədim İrəvani yaradıcılığı müzakirə olunub – FOTO

Prezident Kitabxanasında Mirzə Qədim İrəvani yaradıcılığı müzakirə olunub – FOTO

28 Dekabr 2025 / 17:37
45
Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!

Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!

26 Dekabr 2025 / 16:36
7
Rəşad Nuri Güntəkinin “Dəyirman” romanı yenidən nəşr olundu – FOTO

Vaqif Sultanlının “İnsan dənizi” romanı yenidən yayınlandı – FOTO

25 Dekabr 2025 / 21:58
6
“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

25 Dekabr 2025 / 13:31
40
Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

25 Dekabr 2025 / 13:23
36
Qalib dövlətin lideri: İlham Əliyev və Azərbaycanın gələcək strategiyası

Qalib dövlətin lideri: İlham Əliyev və Azərbaycanın gələcək strategiyası

24 Dekabr 2025 / 20:46
28
Respublika Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı elektron məlumat bazası yaradılıb

Respublika Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı elektron məlumat bazası yaradılıb

24 Dekabr 2025 / 18:37
47
Respublika Uşaq Kitabxanasının 60 illik yubileyi qeyd olunub-Fotolar

Respublika Uşaq Kitabxanasının 60 illik yubileyi qeyd olunub-Fotolar

24 Dekabr 2025 / 18:30
27
Prezident İlham Əliyev İƏT-in Xankəndi Zirvə görüşündən sosial şəbəkədə paylaşım edib – VİDEO

Tarix yazan LİDER

24 Dekabr 2025 / 10:18
37
Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23 Dekabr 2025 / 16:24
10
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23 Dekabr 2025 / 16:11
5
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22 Dekabr 2025 / 17:23
6
Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

19 Dekabr 2025 / 22:16
40
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

19 Dekabr 2025 / 17:15
7
“Qardaşlığımız Əbədidir” – Azərbaycan  və KKTC-ni birləşdirən rənglər

“Qardaşlığımız Əbədidir” – Azərbaycan və KKTC-ni birləşdirən rənglər

18 Dekabr 2025 / 19:41
162
“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

18 Dekabr 2025 / 15:39
12
QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

18 Dekabr 2025 / 13:07
11
“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

17 Dekabr 2025 / 18:53
9
Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

16 Dekabr 2025 / 18:24
34
“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

16 Dekabr 2025 / 17:18
7
Ermənistana  qarşı ərazi iddiasında deyilik,  amma o torpaqlar bizi istəyir – Deputat

Ermənistana qarşı ərazi iddiasında deyilik, amma o torpaqlar bizi istəyir – Deputat

16 Dekabr 2025 / 17:04
11
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.