Türkiyənin Diyarbəkir rayonunda Suriyanın devrilmiş lideri Bəşər Əsədə bənzəyən şəxsin görüntüləri gündəm olub.
Avropa .infoTürkiyə mətbuatına istinadən xəbər verir ki, telefon mağazasından çıxan bir şəxs Əsədə bənzəməsi ilə diqqət çəkib.
Əsədin ailəsi ilə birlikdə Rusiyaya qaçdigi bir vaxtda çəkilən bu görüntü qısa müddətdə sosial şəbəkədə çaşqınlıq yaradıb.
Həmin şəxsi telefon kamerası ilə lentə alan vətəndaş videonu “Əsəd iki cangüdəni ilə telefon mağazasından çıxdı” başlığı ilə paylaşıb.
Sözügedən görüntüləri təqdim edirik: