Türkiyənin Isparta bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Avropa.info-nun Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, qəza nəticəsində xəsarət alan şəxslərdən biri xəstəxanada həyatını itirib və ölənlərin sayı 6 nəfərə çatıb.
“İspartada baş verən helikopter qəzasında ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən personalımızın həyatını xilas etmək mümkün olmayıb və şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türk Silahlı Qüvvələrimizə başsağlığı veririk”, – deyə nazirliyin açıqlamasında bildirilib.