09 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezident İlham Əliyev siyasi partiyalarla bağlı fərman imzaladi

Dekabr 9, 2024
Manşet
A A

Prezident İlham Əliyev fərman imzalayib

Avropa.info xəbər verir ki, Fərmana əsasən, “Siyasi partiyalar haqqında” Azərbaycanın 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycanın bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycanın 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilib.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci (hər iki halda) və 17.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 17.1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

1.2.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalara və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən digər qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

1.2.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;

1.2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;

1.3. həmin Qanunun 17.1-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

1.3.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, siyasi partiyalara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası;

1.3.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

1.4. həmin Qanunun 17.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I); 2024, № 7, maddə 789) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “15.9.1-2-ci” sözlərindən sonra “, 17.1-ci (hər iki halda) və 17.2-ci” sözləri əlavə edilsin;

3.2. 2.4-cü bənd üzrə:

3.2.1. birinci abzasdan “17-ci maddəsində (birinci halda),” sözləri çıxarılsın və həmin abzasa “keçirirlər” sözündən sonra “və həmin Qanunun 17.1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur” sözləri əlavə edilsin;

3.2.2. 2.4.1-ci yarımbənddə “münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla,” sözləri “(o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalara və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən” sözləri ilə əvəz edilsin;

3.2.3. 2.4.2-ci yarımbənddən “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

3.3. 2.9-cu bənddən “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

3.4. 2.14-1-ci bənd üzrə:

3.4.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“2.14-1. həmin Qanunun 17.1-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:”;

3.4.2. 2.14-1.1-ci yarımbəndə ikinci halda “Nazirliyi” sözündən sonra “, siyasi partiyalara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası” sözləri əlavə edilsin;

3.5. aşağıdakı məzmunda 2.14-2-ci bənd əlavə edilsin:

“2.14-2. həmin Qanunun 17.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”.

Əvvəlki Yazı

“Türkiyə-Azərbaycan əlaqələri bənzəri olmayan müttəfiqlikdir” – Türkiyəli millət vəkili

Növbəti Yazı

İtaliyanın Florensiya şəhəri yaxınlığında partlayış:2 ölu,8 yarali

XƏBƏR LENTİ

Bu gün 5 fənn üzrə MİQ imtahançları keçirilir

Bu gün 5 fənn üzrə MİQ imtahançları keçirilir

09 İyul 2025 / 9:47
22
Türkiyənin Tekirdağ vilayətində narkotik əməliyyatı: 65 satıcı tutuldu

Türkiyənin Tekirdağ vilayətində narkotik əməliyyatı: 65 satıcı tutuldu

09 İyul 2025 / 9:38
16
Qərbi azərbaycanla bağlı yeni layihənin icrasına başlayıb

Qərbi azərbaycanla bağlı yeni layihənin icrasına başlayıb

09 İyul 2025 / 9:32
32
Şabranda dəhşətli qəza, ölən var – Video

Şəmkirdə 1nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

09 İyul 2025 / 9:25
27
Ağdam-Füzuli yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib -20 yaralı var

Ağdam-Füzuli yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib -20 yaralı var

09 İyul 2025 / 9:17
23
BRİKS sammitinin birgə bəyanatı: İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb

Fələstin Aİ-ni Qəzzada soyqırımı dayandırmaq üçün təcili addımlar atmağa çağırdi

09 İyul 2025 / 8:41
17
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Federal Təhqiqatlar Bürosunun keçmiş direktorlarına qarşı səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı araşdırmalara başlayıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və Federal Təhqiqatlar Bürosunun keçmiş direktorlarına qarşı səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı araşdırmalara başlayıb

09 İyul 2025 / 8:15
18
Yanacaq çatışmazlığı Qəzzada Şifa Xəstəxanasında elektrik enerjisinin kəsilməsinə səbəb olub

Yanacaq çatışmazlığı Qəzzada Şifa Xəstəxanasında elektrik enerjisinin kəsilməsinə səbəb olub

09 İyul 2025 / 8:09
15
“Ermənistan öz qonşuları ilə münasibətləri yaxşılaşacaq. Onlar özlərini təhlükəsiz hiss edəcəklər”-Xaçatur Sukiasyan

“Ermənistan öz qonşuları ilə münasibətləri yaxşılaşacaq. Onlar özlərini təhlükəsiz hiss edəcəklər”-Xaçatur Sukiasyan

08 İyul 2025 / 15:56
30
Beynəlxalq Qalereyada Dünya Şokolad Gününə həsr olunmuş sərgi keçirilib – FOTO

Beynəlxalq Qalereyada Dünya Şokolad Gününə həsr olunmuş sərgi keçirilib – FOTO

08 İyul 2025 / 14:52
17
DTX-dən əməliyyat: Bu şəbəkə ifşa olundu

DTX-dən əməliyyat: Bu şəbəkə ifşa olundu

08 İyul 2025 / 13:05
9
Qəssam Briqadaları  İsrail ordusuna zərbə vurur

Qəssam Briqadaları  İsrail ordusuna zərbə vurur

08 İyul 2025 / 12:49
28
Polis Biləsuvarda əməliyyat keçirdi -saxlanilanlar var

Polis Biləsuvarda əməliyyat keçirdi -saxlanilanlar var

08 İyul 2025 / 10:06
8
Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib-Video

Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib-Video

08 İyul 2025 / 9:48
4
Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib -Yaralilar var

Kəlbəcərdə yol nəqliyyat hadisəsi baş verib -Yaralilar var

08 İyul 2025 / 9:30
56
Tramp: FTB indiyə qədər korrupsiyaya uğramış rəhbərliyə görə öz işini görməyə mane olub

Tramp: FTB indiyə qədər korrupsiyaya uğramış rəhbərliyə görə öz işini görməyə mane olub

08 İyul 2025 / 9:24
27
Belçikada Fələstin üçün 5 günlük aclıq aksiyası başlayıb

Belçikada Fələstin üçün 5 günlük aclıq aksiyası başlayıb

08 İyul 2025 / 9:19
1
Tramp ikinci müddətində üçüncü dəfə Netanyahuya ev sahibliyi edəcək

Netanyahu həbs hədəsinə cavab verdi: Trampla Nyu Yorka gedəcəyik

08 İyul 2025 / 9:13
28
İstanbulda metrobüs yanğın baş verib -Fotolar

İstanbulda metrobüs yanğın baş verib -Fotolar

07 İyul 2025 / 19:55
14
Peskov: “Vəziyyət sürətlə gərginləşir. Gözlənilməzlik zirvəsindədir”

Peskov: “Rusiyalı diplomatlar Azərbaycan tərəfi ilə daim əlaqə saxlayır”

07 İyul 2025 / 15:34
15
Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

Türkiyə Antalyada tarixi sualtı kəşfini açıqladı

07 İyul 2025 / 13:34
5
Keçmiş hökumət sədri Tornike Rijvadze özünə qəsd edib

Keçmiş hökumət sədri Tornike Rijvadze özünə qəsd edib

07 İyul 2025 / 12:49
18
Nazir Fidan: İsrailin təcavüzü nəzarət altına alınmasa, onun nəticələri qlobal miqyasda hiss olunacaq

Nazir Fidan: İsrailin təcavüzü nəzarət altına alınmasa, onun nəticələri qlobal miqyasda hiss olunacaq

07 İyul 2025 / 12:27
16
Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi etmək üçün müraciət ediblər

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi etmək üçün müraciət ediblər

07 İyul 2025 / 12:09
9
Baş DYP idarəsi radarlarla bağlı müraciət yaydı

Baş DYP idarəsi radarlarla bağlı müraciət yaydı

07 İyul 2025 / 12:01
1
Zəhərli göbələk tərəfindən qətl: Erin Patterson günahkar bilindi

Zəhərli göbələk tərəfindən qətl: Erin Patterson günahkar bilindi

07 İyul 2025 / 9:49
2
Türkiyədən acı xəbər: Şəhid sayı 12-yə yüksəldi

Türkiyədən acı xəbər: Şəhid sayı 12-yə yüksəldi

07 İyul 2025 / 9:41
24
BRİKS sammitinin birgə bəyanatı: İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb

BRİKS sammitinin birgə bəyanatı: İsraili Fələstin torpaqlarından çəkilməyə çağırıb

07 İyul 2025 / 8:35
7
İsrail Husilərə qarşı “Qara Bayraq” əməliyyatına başladı

İsrail Husilərə qarşı “Qara Bayraq” əməliyyatına başladı

07 İyul 2025 / 8:14
51
Fələstin İsrailin Əl-Əqsa məscidinə basqınlarının artacağı ilə bağlı xəbərdarlıq edib

Fələstin İsrailin Əl-Əqsa məscidinə basqınlarının artacağı ilə bağlı xəbərdarlıq edib

07 İyul 2025 / 8:01
34
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.