01 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Ərəb ölkələrindən Suriyaya dəstək

Dekabr 9, 2024
Siyasət
A A

Ərəb ölkələri açıqlamalarında Suriyadakı prosesləri yaxından izlədiklərini, Suriya xalqına dəstək mesajı verdiklərini bildirib, bütün tərəfləri dialoqa çağırıblar.

Avropa .info “trthaber”ə istinadə xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyindən verilən açıqlamada Suriyadakı proseslərin yaxından izləndiyi bildirilib.

Bəyanatda “Suriyanın xaosa düşməməsi üçün milli qurumların və dövlət birliyinin qorunub saxlanmasının zəruriliyinə” işarə edilib: “Suriya böhranının beynəlxalq legitimlik qərarlarına və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq, münaqişənin Suriya xalqının maraqlarını qoruyacaq, ölkənin birliyini, suverenliyini və müstəqilliyini qoruyacaq şəkildə sona çatdırmaq və bütün tərəflərə dialoqa başlaması vacibdir”, – deyə çağırışı edilib.

Bəhreyn

Bəhreyn Xarici İşlər Nazirliyindən verilən açıqlamada Suriyanın birliyi və ərazi bütövlüyünün əhəmiyyəti vurğulanıb. Bəyanatda bütün tərəfləri Suriya xalqının mənafeyini üstün tutmağa və dövlət qurumlarının, həyati və iqtisadi obyektlərin təhlükəsizliyini qorumağa çağırılıb və Suriyadakı hadisələrin yaxından izləndiyi bildirilib.

Misir

Misir Xarici İşlər Nazirliyi açıqlamasında Suriyadakı hadisələrin yaxından izlənildiyini və ölkənin bütövlüyü və suverenliyinin vacibliyini vurğulayıb və bildirib ki, Suriya partiyaları hərtərəfli siyasi prosesə başlamaqla ölkənin maraqlarını üstün tutmağa çağırılır.

Oman

Oman Xarici İşlər Nazirliyindən verilən açıqlamada: “Qardaş Suriya xalqının iradəsinə hörmət edilməli, Suriyanın suverenliyi, ərazi bütövlüyü və birliyi tam şəkildə qorunmalıdır”, – deyə vurğulanıb.

Bəyanatda bütün tərəflər “milli barışığa doğru irəliləməyə” çağırılıb.

İordaniya

İordaniyanın xarici işlər naziri Ayman əs-Safedi də “X” hesabında bunları paylaşıb: “Qardaş Suriyadakı vəziyyətlə bağlı hadisələri maraqla izləyirik. Biz Suriyanın birliyinə, suverenliyinə və qardaş xalqının təhlükəsizliyinə böyük əhəmiyyət veririk”, – deyə qeyd edib.

İordaniyanın qardaş Suriya xalqına öz ölkələrini hər kəs üçün azad və ləyaqətli bir həyat təmin edəcək şəkildə yenidən qurma səylərində hər cür dəstəyi verəcəyini ifadə edən Safedi, xalqının başlatdığı istənilən siyasi prosesi dəstəkləyəcəklərini ifadə edib.

Yəmən

Yəmən Prezident Şurasından verilən açıqlamada Suriya xalqı Bəşər Əsədin devrilməsi münasibətilə təbrik edilib. “Biz Suriya üzərində İranın qəyyumluq rejiminin devrilməsini və Dəməşqin ərəb mərkəzinə qayıtmasını təbrik edirik”, – deyə bəyanatda Yəmənin Suriya torpaqlarının birliyi və müstəqilliyini, xalqının azadlıq və dəyişiklik iradəsini, sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasını dəstəklədiyi vurğulanıb.

İraq

İraq hökuməti bütün suriyalıların azad iradəsinə hörmət edilməli olduğunu və Suriyanın təhlükəsizliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunmasının böyük əhəmiyyət daşıdığını bəyan edib.

Suriyada 61 illik Baas rejimi və Bəşər Əsədin devrilməsindən sonra hökumət sözçüsü Bəsim Əvvadi yazılı açıqlama verib.

İraq hökumətinin Suriyadakı hadisələri yaxından izlədiyini bildirən Əvvadi, “sabitlik səylərini irəlilətmək, təhlükəsizliyi, ictimai asayişi və qardaş Suriya xalqının can və malını qorumaq üçün qardaş, dost ölkələrlə beynəlxalq təmasların davam etdiyini” qeyd edib.

“Bütün suriyalıların azad iradəsinə hörmət edilməlidir”, – deyə qeyd eilən bətanatda əlavə olaraq Suriyanın təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasının təkcə İraq üçün deyil, həm də regionun təhlükəsizliyi ilə əlaqəsi baxımından son dərəcə əhəmiyyətli olduğunu vurğulanıb.

Əlcəzair

Əlcəzair Xarici İşlər Nazirliyi də Suriyadakı son vəziyyətin və sürətli dəyişikliklərin böyük maraqla izləndiyini bildirib və Əlcəzairin qardaş Suriya xalqının yanında olduğunu vurğulayıb.

Fələstin

Fələstinin Rəyasət Heyətinin bəyanatında Fələstin və xalqının qardaş Suriya xalqının iradəsinə və siyasi seçimlərinə hörmətlə yanaşdığı bildirilib və Fələstinin Suriyanın təhlükəsizliyini və sabitliyini təmin edəcək, uğurlarını qoruyacaq addımların yanında olduğu vurğulanıb.

Suriyadakı hadisələr

Noyabrın 27-də Suriyada rejim əleyhinə silahlı qruplaşmalarla Bəşər Əsəd qüvvələri arasında toqquşmalar şiddətlənib. Qruplar 30 noyabr – 7 dekabr tarixləri arasında Hələb, İdlib, Həma və Homs kimi ən böyük vilayətlərdə üstünlüyə nail olublar.

Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplara kütlələrin dəstəyi ilə rejim Dəməşq və bir çox bölgədə nəzarəti tamamilə itirərək süqut edib. Baas Partiyasının 61 illik hakimiyyəti sona çatarkən, rejim lideri Əsəd paytaxtdan qaçıb.

Suriya Milli Ordusu da Türkiyə sərhədi yaxınlığında terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Tel Rıfatı azad etdikdən sonra Mənbicdə məskunlaşan terrorçulara tərəf dönüb.

Əvvəlki Yazı

Türkiyənin turizm cənnəti: Qartal simvollu, sivilizasiyaların beşiyi Diyarbəkir – FOTOLAR

Növbəti Yazı

Cənubi Koreyanın Ədliyyə Nazirliyi Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyub

XƏBƏR LENTİ

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
10
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
8
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
4
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
4
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
6
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
5
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
4
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
4
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
5
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
1
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
4
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
144
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

13 Yanvar 2026 / 21:06
12
“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

13 Yanvar 2026 / 20:38
42
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

12 Yanvar 2026 / 22:36
35
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları “İranda xalq üsyanı və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirib

11 Yanvar 2026 / 20:37
38
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

08 Yanvar 2026 / 17:22
34
Qalib xalq və müasir azərbaycanlı kimliyi

Qalib xalq və müasir azərbaycanlı kimliyi

06 Yanvar 2026 / 16:08
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.