Suriya ordusunun bölmələri Dəməşqin mərkəzini tərk edib.
Avropa.infoAxar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Müxalifət qüvvələri Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.
Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu qeyd edib.
Suriyalı müxaliflər isə Suriya televiziyasından açıqlama verərək Bəşər Əsəd rejiminin bitdiyini rəsmən elan ediblər.