İspaniya La Liqasında 17-ci turun oyunları baş tutub.
Avropa .info xəbər verir ki, dünən keçirilən 4 qarşılaşma zamanı “Real Madrid” “Jirona”ya böyük hesabla qalib gəlib.
Madrid təmsilçisinin heyətində türk futbolçu Ara Güler də fərqlənib. O, 55-ci dəqiqədə qol vurub.
Bu, 19 yaşlı yarımmüdafiəçinin La Liqanın cari mövsümündə ilk qoludur.
“Jirona” – “Real” – 0:3
Qollar: Bellinqem, 36, Güler, 55, Mbappe, 62