Tovuzda partlayış olub.
Avropa .info APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Təzə Bazar adlanan ərazisində qeydə alınıb.
Sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub.
Nəticədə iki nəfər xəsarət alıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.