13 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Kriminal

MN-in külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilənlərin hökmü verildi

Dekabr 7, 2024
Kriminal
A A

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Avropa.info-nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərə son söz demək imkanı verilib.

General-mayor Nizami Məmmədov son söz zamanı özünü qismən təqsirli bilib. O, mənimsənilən məbləğlərlə bağlı müəyyən ittihamları qəbul etməyib. General vurğulayıb ki, Məlikməmməd Qurbanovdan 800 min manat almayıb. O qeyd edib ki, ittihamda olan 143 milyon manatlıq məbləğ şişirdilib: “Mənə verilən məbləğin üzərimə düşən hissəsini geri qaytarmışam”, – deyə o bildirib.

Daha sonra Bayram Bayramov da son söz deməklə özünü qismən təqsirli bilib. Bayram Bayramov 235 700 manat vəsaitin mənimsənilməsi ittihamını qəbul etdiyini bildirib. O, üzərinə düşən və dövlətə vurulmuş ziyanı ödəməyə hazır olduğunu deyib.

Bundan sonra Cəlal Kazımov və Vüsal Əlizadə son sözlə çıxış ediblər. Onlar da özlərini qismən günahkar sayıblar, məhkəmədən barələrində ədalətli qərar çıxarılmasını istəyiblər. Onların hər ikisi dəymiş ziyanı ödəməyə hazır olduqlarını bildiriblər. Bundan sonra məhkəmə heyəti qərar qəbul etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra hakimlər hökm elan edib. Hökmə görə Nizami Məmmədov 11 il 6 ay, Bayram Bayramov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay azadlıqdan məhrum ediliblər. Bundan başqa, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham ediliblər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat təşkil edib.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Əvvəlki Yazı

Gürcüstanda vəziyyət gərginləşir: Etirazçılar polisə qarşı pirotexniki vasitələrdən istifadə edirlər

Növbəti Yazı

Astarada dəmir yolunu keçən piyadanı qatar vurdu

XƏBƏR LENTİ

PKK/YPG Suriyada iki ərəb uşağı qətlə yetirdi, ABŞ “müttəfiqi” SDQ-yə ultimatum verdi: Dəməşqə təslim olun!

PKK/YPG Suriyada iki ərəb uşağı qətlə yetirdi, ABŞ “müttəfiqi” SDQ-yə ultimatum verdi: Dəməşqə təslim olun!

12 İyul 2025 / 19:59
18
TƏCİLİ: Putin İlham Əliyevdən ÜZR İSTƏDİ

Putin İranın nüvə silahı əldə etməsinə qarşı çıxdı – Tehran-Moskva xəttində gərginlik

12 İyul 2025 / 17:23
5
SOCAR-la Suriya hökuməti arasında Anlaşma Memorandumu – FOTO

SOCAR-la Suriya hökuməti arasında Anlaşma Memorandumu – FOTO

12 İyul 2025 / 16:58
38
Prezident Ərdoğan və xanımı duyğusal anlar yaşadılar -Video

Prezident Ərdoğan və xanımı duyğusal anlar yaşadılar -Video

12 İyul 2025 / 16:58
36
Əhməd əl Şaraa Prezident İlham Əliyevə niyə təşəkkür etdi? – Bakıda tarixi enerji danışıqları – FOTO, YENİLƏNİB

Əhməd əl Şaraa Prezident İlham Əliyevə niyə təşəkkür etdi? – Bakıda tarixi enerji danışıqları – FOTO, YENİLƏNİB

12 İyul 2025 / 16:51
50
Qəzza hökuməti: Qəzzada 5 yaşa qədər 650 min uşaq aclıqla üzləşib

Qəzza hökuməti: Qəzzada 5 yaşa qədər 650 min uşaq aclıqla üzləşib

12 İyul 2025 / 16:46
31
Türk Əsrinin qapıları açıldı… – Ərdoğandan 47 illik terroru bitirən tarixi açıqlamalar

Türk Əsrinin qapıları açıldı… – Ərdoğandan 47 illik terroru bitirən tarixi açıqlamalar

12 İyul 2025 / 16:29
76
Yeni Reallıqlar: Mülahizələr və Geosiyasi Dəyərləndirmə – Azər Hüseynov yazır

Yeni Reallıqlar: Mülahizələr və Geosiyasi Dəyərləndirmə – Azər Hüseynov yazır

12 İyul 2025 / 15:45
49
Tramp İmmiqrasiya və Gömrük Mühafizəsinə “tam səlahiyyət” verir

Tramp İmmiqrasiya və Gömrük Mühafizəsinə “tam səlahiyyət” verir

12 İyul 2025 / 12:52
38
Suriyada silah anbarında partlayış: 5 ölü, 14 yaralı

Suriyada silah anbarında partlayış: 5 ölü, 14 yaralı

12 İyul 2025 / 9:29
14
ABŞ Dövlət Departamenti 1300-dən çox əməkdaşını ixtisar edir

ABŞ Dövlət Departamenti 1300-dən çox əməkdaşını ixtisar edir

12 İyul 2025 / 8:57
21
BMT-nin mənzil-qərargahında “Beynəlxalq Fələstin Konfransı” keçiriləcək

BMT-nin mənzil-qərargahında “Beynəlxalq Fələstin Konfransı” keçiriləcək

12 İyul 2025 / 8:49
25
Türkiyədə ilin birinci yarısında saatda 4 zəlzələ olub

İsmayıllıda güclü zəlzələ oldu

12 İyul 2025 / 8:43
44
Suriyanın şimalında ərəb qəbilələri PKK/YPG-yə qarşı üsyana başladı! – ABŞ SDQ-yə üz çevirdi!

Suriyanın şimalında ərəb qəbilələri PKK/YPG-yə qarşı üsyana başladı! – ABŞ SDQ-yə üz çevirdi!

12 İyul 2025 / 3:10
49
İran və İsrail arasında yeni böyük müharibə riskini göstərən dörd önəmli işarət…

İran və İsrail arasında yeni böyük müharibə riskini göstərən dörd önəmli işarət…

12 İyul 2025 / 2:29
36
The Economist: Azərbaycanla Ermənistan arasındakı sülh perspektivi Kremlin Qafazdakı gücünü zəiflədir!

The Economist: Azərbaycanla Ermənistan arasındakı sülh perspektivi Kremlin Qafazdakı gücünü zəiflədir!

12 İyul 2025 / 1:43
19
PKK-nın tərkisilah mərasiminin keçirildiyi Casene mağarasının simvolik anlamı nədir?

PKK-nın tərkisilah mərasiminin keçirildiyi Casene mağarasının simvolik anlamı nədir?

11 İyul 2025 / 19:32
48
İsrail İranın nüvə obyektlərinin tamamilə məhv edilmədiyini bildirir! – Yeni savaş an məsələsi!

İsrail İranın nüvə obyektlərinin tamamilə məhv edilmədiyini bildirir! – Yeni savaş an məsələsi!

11 İyul 2025 / 18:32
69
Quzey Kıbrıs Türk Cümhuriyyətində böyük dönüşüm başlayır – 100 milyon dollarlıq nəhəng YATIRIM

Quzey Kıbrıs Türk Cümhuriyyətində böyük dönüşüm başlayır – 100 milyon dollarlıq nəhəng YATIRIM

11 İyul 2025 / 18:20
36
Ərdoğanın baş müşaviri dünyasını dəyişdi

Ərdoğanın baş müşaviri dünyasını dəyişdi

11 İyul 2025 / 17:04
20
Zelenski Rusiyanın Xarkova hücumunda doğum evinin də hədəf alındığını bildirib

Zelenski Rusiyanın Xarkova hücumunda doğum evinin də hədəf alındığını bildirib

11 İyul 2025 / 17:03
29
Yalçın Rəfiyev:”Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olub”

Yalçın Rəfiyev:”Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olub”

11 İyul 2025 / 16:56
37
“Terrorsuz Türkiyə”də tarixi gün! PKK ilk dəfə silahlarını yandırdı – FOTOLAR

“Terrorsuz Türkiyə”də tarixi gün! PKK ilk dəfə silahlarını yandırdı – FOTOLAR

11 İyul 2025 / 16:51
55
Baş prokuror Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edib -Fotolar

Baş prokuror Kamran Əliyev Nərimanov rayonunda vətəndaşları qəbul edib -Fotolar

11 İyul 2025 / 16:46
6
“Terrorsuz Türkiyə” planının son mərhələsi: Terror təşkilatı PKK silahlarını məhv edir!

“Terrorsuz Türkiyə” planının son mərhələsi: Terror təşkilatı PKK silahlarını məhv edir!

11 İyul 2025 / 14:13
47
Prezident İlham Əliyev vacib Fərman imzaladı

Prezident İlham Əliyev vacib Fərman imzaladı

11 İyul 2025 / 12:34
40
Əminə Ərdoğan Srebrenitsa Soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib

Əminə Ərdoğan Srebrenitsa Soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib

11 İyul 2025 / 11:44
26
Prezident İlham Əliyev İƏT-in Xankəndi Zirvə görüşündən sosial şəbəkədə paylaşım edib – VİDEO

Prezident İlham Əliyev Monqolustan prezidentinə təbrik məktubu ünvanlayıb

11 İyul 2025 / 11:23
38
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

ABŞ prezidenti Tramp NATO vasitəsilə Ukraynaya silah göndərəcəklərini açıqlayıb

11 İyul 2025 / 11:19
30
Pakistanda terror hadisəsi: ölənlər var

Pakistanda terror hadisəsi: ölənlər var

11 İyul 2025 / 10:06
25
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.