02 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Dekabr 5, 2024
Manşet
A A

Bu gün Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransı keçirilir.

Avropa.info xəbər verir ki, konfransın açılışında Qərbi Azərbaycan İcması haqqında qısametrajlı film nümayiş olunub.

Sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram.

Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür.

Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir.

Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıtmış, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurmuşdur.

Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyildir.

Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir.

Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir.

Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir.

Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.

Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.

Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcəkdir.

Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcəkdir”.

Əvvəlki Yazı

Məhəmməd Salah Premyer Liqa tarixinin rekordunu qırdı

Növbəti Yazı

Prezident İlham Əliyev onları təltif etdi

XƏBƏR LENTİ

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
18
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
13
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
13
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
18
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
21
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
14
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
26
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
32
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
121
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
41
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
7
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
30
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
6
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
8
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
13
“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

19 Fevral 2026 / 12:36
24
Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

16 Fevral 2026 / 17:20
10
“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

14 Fevral 2026 / 13:45
5
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

12 Fevral 2026 / 13:40
6
“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

12 Fevral 2026 / 13:36
9
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

11 Fevral 2026 / 16:46
54
54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

11 Fevral 2026 / 16:41
48
“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

10 Fevral 2026 / 21:14
68
“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

09 Fevral 2026 / 17:27
4
Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

09 Fevral 2026 / 13:27
3
Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

09 Fevral 2026 / 12:57
13
“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07 Fevral 2026 / 13:02
58
Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
187
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
8
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
149
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.