İmişlidə avtomobil piyadanı vuraraq öldürüb.
Avropa.info xəbər verir ki, hadisə rayonun Qızılkənd kəndi ərazisində qeydə alınıb.
Səməndər Mustafa oğlu Nəsirli idarə etdiyi “Ford” markalı avtomobillə piyada Ələsgər Arxa oğlu Kazakovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb