Gürcüstan polisi müxalif “Vətəndaşlar” partiyasının lideri, “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvilini zorakılıq və ya zorakılıq hədəsi ilə təqib etmək ittihamı ilə saxlayıb.
Avropa .info xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Elisaşvili aparıcı müxalifət partiyaları ilə məsləhətləşmələr başa çatdıqdan sonra Azadlıq Meydanındakı Courtyard by Marriott otelinin çıxışında saxlanılıb.
Onun saxlanılmasına səbəb Milli Azərbaycanlılar Konqresinin sədri Əli Babayevin şikayəti olub. O bildirib ki, Elişaşvili ona zərbə endirib və o bundan sonra yıxılaraq huşunu itirib. Babayevin sözlərinə görə, hadisə Kostava küçəsində aptekə girərkən baş verib.
Babayev deyib ki, əvvəlcə arxadan ona ünvanlanan “Gürcü arzusunun qulu”, “Rus qulları” kimi ifadələr eşidib, daha sonra isə güclü zərbələr alıb.
Elisaşvilinin saxlanıldığı Gürcüstan Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsin söz, fikir, vicdan, din, əqidə və ya fikir azadlığını həyata keçirməsi və ya siyasi, sosial, peşə fəaliyyəti ilə əlaqədar cinayət təqibini nəzərdə tutur.
İmedi telekanalı bildirir ki, söhbət bu maddənin ikinci hissəsindən, yəni zorakılıq və ya zorakılıq hədəsi ilə təqibdən gedir. Belə olan halda Elisaşvilini cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılmasıvə ya üç ilədək müddətə azadlıqdan məhrum etmə gözləyir.
Qeyd edək ki, Elisaşvili keçmiş parlament üzvüdür. O, “Güclü Gürcüstan” partiyasının siyahısında iyirminci olub və yeni çağırış parlamentə daxil olmayıb