01 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Əfqan qadınlara həkimlik yasağı: “Əksinə, Qurani-Kərimdə elm öyrənmək vacib sayılır”-Rəsul Mirhəşimli

Dekabr 5, 2024
Dünya
A A

Rəsul Mirhəşimli: “”Taliban”ın bu qadağası dinin özünün təməl prinsipləri ilə ziddiyyət təşkil edir”

Əfqan qadınların ali və orta təhsil müəssisələrində tibb sahəsində təhsil almaları qadağan edilib. Bu barədə ölkənin ali lideri Haybətullah Axundzadə sərəncam imzalayıb.

Əfqanıstanın Səhiyyə Nazirliyinin səhiyyə qurumlarına göndərdiyi məlumatda bildirilib ki, qadınlara və qızlara artıq tibb institutlarında və texnikumlarda təhsil almaq hüququ verilməyəcək.

Nazirliyin açıqlamasına əsasən, yeni qayda 3 dekabrdan etibarən qüvvəyə minib. Bu qərar qadınların səhiyyə sahəsində iştirakına ciddi məhdudiyyətlər gətirir və beynəlxalq ictimaiyyət tərəfindən geniş tənqid olunacağı gözlənilir.

Qadağa xüsusən də qadınların sağlamlıq xidmətlərindən faydalanması və qadın həkimlərin çatışmazlığı kimi mövcud problemlərin daha da dərinləşəcəyinə dair narahatlıqlar yaradır.

Taliblərin bu qadağası həm də İslamı gözdən salır və dini göstərişlərin faktiki əleyhinədir. İslam qadınlara hər hansı bir sahədə elm, təhsil yasağı nəzərdə tutmur. Bu, sadəcə, dini radikalizmdir. Digər tərəfdən, konservativ əfqan qadınlara gələcəkdə həkim lazım olanda qadın həkimi haradan tapacaqlar? Ritorik desək, onlara kişi həkimin baxması daha dini uyumludur? Gerçək İslam nə deyir?

RƏSUL MİRHƏŞİMLİ- 55 – Müstəqil Az

Rəsul Mirhəşimli 

Avropa.info xəbər verir ki,Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, İslam dini qadınların təhsili ilə bağlı qəti şəkildə qadağa qoymur: “Əksinə, Qurani-Kərimdə elm öyrənmək vacib sayılır. Bu prinsiplər İslamın ilk dövrlərindən etibarən tətbiq edilib və qadınların təhsil alması təkcə dini tövsiyələrlə məhdudlaşmayıb, həm də cəmiyyətin inkişafı üçün vacib sayılır.

İslamın təhsil mövzusundakı açıq yanaşmasının ən mühüm göstəricisi Qurani-Kərimdəki ilk ayədədir. Quranda “Oxu!” (“Ələq” surə, ayə 1) buyurulması elm öyrənməyə və təhsil almağa verilən önəmi göstərir. Bu əmr həm kişilərə, həm də qadınlara aiddir, çünki İslamın əslində insanlara (cinsindən asılı olmayaraq) bilik və təhsil qazanmağı tövsiyə etdiyini göstərir. İslamda təhsil bir şəxsin və cəmiyyətin inkişafı üçün əsas vasitə hesab olunur.

Quranda elm və təhsil mövzusunda bir neçə dəfə təşviqlər və öyüdlər verilir. “Allah iman gətirənlərin və elm sahiblərinin dərəcələrini yüksəldər” (“Mücadilə” surəsi, ayə 11) ayəsi elmə olan yüksək dəyəri vurğulayır. Bu ayə həm kişilərin, həm də qadınların elm sahəsində iştirak etməsinin İslamda təqdir edildiyini açıq şəkildə göstərir. Çünki İslam dini bütün bəşəriyyətə çağırış edir, bu çağırışda isə qadın-kişi fərqi yoxdur. Yəni İslamın əsas prinsipləri qadınların elm öyrənməsi və bu sahədə aktiv rol almasını dəstəkləyir.

Peyğəmbərimiz Hz.Məhəmməd (s) qadınların təhsilini əhəmiyyətli sayıb və bir neçə dəfə qadınlara elm öyrənmələri üçün təşviq edib. 

Peyğəmbərimiz buyurur ki, “Hər bir müsəlmanın kişi və ya qadın olmasına baxmayaraq, elm öyrənməsi vacibdir”. Bu hədis İslamda qadınların elm və təhsil hüququnu tanıyır və onları bu yolda irəliləməyə təşviq edir.

Bununla yanaşı, İslamın ilk dövrlərində qadınlar təhsil alır və elmi fəaliyyətlərlə məşğul idilər. Peyğəmbərimizin xanımı Xədicə bint Xuvəylid ticarət sahəsində fəaliyyət göstərən, zəngin və mədəniyyətli bir qadın idi”.

Rəsul Mirhəşimli qeyd edir ki, Əfqanıstandakı hazırkı vəziyyət İslamın prinsiplərinə uyğun deyil və dini radikalizmin təsirindən qaynaqlanır: “”Taliban”ın qadınların təhsilini məhdudlaşdırması, dinin özünün təməl prinsipləri ilə ziddiyyət təşkil edir. İslamda təhsilin qadınlara qadağan edilməsi anlayışı yoxdur, əksinə, qadınların cəmiyyətdə aktiv rol alması, elmdə, səhiyyədə və digər sahələrdə fəaliyyət göstərməsi təşviq edilir.

Bununla yanaşı, İslamın əsas məqsədi insanların xoşbəxtliyini və rifahını təmin etməkdir. Qadınların təhsili yalnız dini deyil, həm də sosial və iqtisadi baxımdan vacibdir. Bu təhsil qadınlara öz hüquqlarını daha yaxşı başa düşmək, ailələrinə, cəmiyyətlərinə və ölkələrinə faydalı olmaq imkanı verir. 

Qadınların təhsilinə qoyulan məhdudiyyətlər cəmiyyətdəki sosial bərabərsizlikləri daha da dərinləşdirir və qadınların öz potensialını reallaşdırmalarına mane olur.

“Taliban”ın tətbiq etdiyi bu qadağa təkcə İslamın buyurduqlarına zidd olmaqla yanaşı, həm də qadınların hüquqlarının ciddi şəkildə pozulmasıdır. İslamda qadınların səhiyyə sahəsində tibb təhsili alması və insanlara xidmət etməsi həm dini, həm də etik baxımdan qəbulediləndir. Bu vəziyyət yalnız Əfqanıstan üçün deyil, dünya miqyasında qadınların təhsil və fəaliyyət hüquqlarının təməlinə ciddi təhdidlər yaradır.

Nəticə etibarilə, İslamda qadınların təhsilinə heç bir qadağa yoxdur. Əksinə, təhsil almaq hər bir müsəlman qadının haqqıdır. Bu cür qadağalar, yalnız radikal ideologiyaların və təhrif edilmiş dini anlayışların nəticəsi olaraq ortaya çıxır. İslam dinində isə qadınların hər sahədə təhsil alması və fəaliyyət göstərməsi təşviq olunur”.

Qeyd edək ki, taliblərin qadınlara təhsil hüququnu məhdudlaşdıran qərarı, xüsusən müsəlman ölkələrində və beynəlxalq miqyasda geniş tənqidlərə səbəb olub. Bu qadağa təhsil hüququnun və bərabərliyin təmin olunmasında əhəmiyyətli irəliləyişlərə imza atan bir çox ölkənin və təşkilatın narahatlığını artırıb. Bir çox mütəxəssis və fəal, Talibanın bu yanaşmasını ölkənin gələcəyi üçün təhlükəli hesab edir, çünki bu, daha çox dini təhsilin artmasına və müasir təhsilin geriləməsinə səbəb ola bilər.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq humanitar təşkilatlar bu qadağanın əfqan qadınlarının və qızlarının əsas hüquqlarını pozduğunu və onların gələcəyinə ciddi ziyan vurduğunu bəyan ediblər. BMT-nin qadınların hüquqları üzrə xüsusi nümayəndəsi, qadınların təhsil hüququnun qadağan edilməsinin beynəlxalq hüquqa və insan hüquqlarına zidd olduğunu vurğulayıb.

Bir çox İslam alimi və dini lider, bu qadağanın İslamın əsas prinsiplərinə zidd olduğunu bildirib. Onlar İslamın həm kişilər, həm də qadınlar üçün təhsili vacib saydığını və belə bir təhsil məhdudiyyətinin həm dini, həm də sosial baxımdan zərərli olduğunu ifadə ediblər. Məsələn, İslam alimi Mavalavi Saleh Mohammad Islampur, qadınların təhsil almasının İslamın tələbi olduğunu bildirərək, müasir təhsil ilə dini təhsilin paralel inkişaf etməsinin vacibliyini vurğulayıb.

Əfqanıstandakı sosial fəallar və qadın hüquqları müdafiəçiləri də bu qərara qarşı çıxıb və qadınların təhsilinin cəmiyyətin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd ediblər. Əfqanlı fəal Nahid Noori, Talibanın qadınları yalnız dini seminarlara göndərməsi və məktəblərin bağlanmasının cəmiyyətdə mənfi nəticələrə səbəb olacağını deyib

Əvvəlki Yazı

ABŞ Rumıniyaya xəbərdarlıq etdi

Növbəti Yazı

Gürcüstanda daha bir müxalifət lideri saxlanıldı

XƏBƏR LENTİ

Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

30 İyun 2025 / 19:03
7
Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

30 İyun 2025 / 18:56
14
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

30 İyun 2025 / 18:52
29
Mariya Zaxarova: Kiyev atəşkəs üçün yeganə maneədir

Rusiya XIN Bakıdakı əməliyyata reaksiya verdi

30 İyun 2025 / 17:04
19
DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

30 İyun 2025 / 16:40
26
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

30 İyun 2025 / 14:44
36
Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

30 İyun 2025 / 13:11
28
SON DƏQİQƏ: Xızı rayon prokuroru qəzaya düşdü

SON DƏQİQƏ: Xızı rayon prokuroru qəzaya düşdü

30 İyun 2025 / 13:03
18
DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Bakınin Qaradağ rayonunda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

30 İyun 2025 / 12:57
40
Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

30 İyun 2025 / 10:23
24
Serbiyada etirazlar səngimir, küçələr bağlanır

Serbiyada etirazlar səngimir, küçələr bağlanır

30 İyun 2025 / 9:05
35
Ölən anası ilə günlərlə tək qalan körpə qurtarıldı

Ölən anası ilə günlərlə tək qalan körpə qurtarıldı

30 İyun 2025 / 8:56
49
Antalyada meşə yanğını baş verib

Antalyada meşə yanğını baş verib

30 İyun 2025 / 8:49
37
Rusiya Prezidenti Putin: Üçüncü Dünya Müharibəsi ehtimalı artır

Putinin əli azərbaycanlıların qanına batıb – AzTV

30 İyun 2025 / 8:34
67
Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə yola salinib -Fotolar

30 İyun 2025 / 8:19
61
Kanal 4, BBC-nin yayımlamaqdan imtina etdiyi Qəzza sənədli filmini yayımlayacaq

Kanal 4, BBC-nin yayımlamaqdan imtina etdiyi Qəzza sənədli filmini yayımlayacaq

30 İyun 2025 / 8:10
15
Ağdamda polis işçisi mina partlaması nəticəsində xəsarət alıb

Ağdamda polis işçisi mina partlaması nəticəsində xəsarət alıb

30 İyun 2025 / 7:50
57
Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

Yekaterinburgda Səfərovlar həbs edildi -Fotolar

29 İyun 2025 / 16:19
19
Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

Deputat Razı Nurullayev: “Xüsusilə müsəlman xalqların nümayəndələri, o cümlədən azərbaycanlılar getdikcə daha çox hüquqsuzluq və ayrı-seçkiliklə üzləşirlər”

29 İyun 2025 / 16:03
37
Professor İlham Rəhimov: “Qod Nisanovun Azərbaycanda hər hansı bir layihəsi olsaydı, məlumatım olardı”

İlham Rəhimovdan Rusiyada soydaşlarımıza qarşı törədilmiş cinayətə reaksiya

29 İyun 2025 / 12:45
31
İsrail Livanın cənubunu hədəfə alıb

İsrail Livanın cənubunu hədəfə alıb

29 İyun 2025 / 8:45
29
Avstriyada Fələstinə dəstək nümayişi -Foto

Avstriyada Fələstinə dəstək nümayişi -Foto

29 İyun 2025 / 8:31
36
Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldi

Kanalizasiyaya düşən Cümşüdün meyiti tapıldi

28 İyun 2025 / 18:51
16
Türkiyədə Meşə yanğınlarına qarşı mübarizə davam edir

Türkiyədə Meşə yanğınlarına qarşı mübarizə davam edir

28 İyun 2025 / 13:37
5
Yekaterinburqda keçirilən əməliyyatda 9 azərbaycanlı saxlanıldı – YENİLƏNİB 2

Rusiyanın Yekaterinburq şəhərində olan hadisənin detalları ilk dəfə açıqlandı: Qətl, kişi və qadınlara işgəncə, 70 nəfərin həbsi olunmasi

28 İyun 2025 / 13:32
49
Rusiyanın Yekaterinburq şəhərində öldürülən azərbaycanlıların sayı beş nəfərə catdi

Rusiyanın Yekaterinburq şəhərində öldürülən azərbaycanlıların sayı beş nəfərə catdi

28 İyun 2025 / 13:15
61
Masallıda dəhşətli qəza: bir nəfər öldü, üç nəfər yaralanib

Masallıda dəhşətli qəza: bir nəfər öldü, üç nəfər yaralanib

28 İyun 2025 / 13:09
58
İsrail  əsgərləri İordan çayının qərb sahilində 3 fələstinlini öldürüb

 İsrail ordusu İordan çayının qərb sahilində 4 fələstinlini yaralayıb

28 İyun 2025 / 9:38
24
ABŞ prezidenti Tramp CNN və New York Times-a reaksiya verib

Tramp: Faiz dərəcələrini aşağı salmaq istəyən birini FED sədri seçəcəyəm

28 İyun 2025 / 9:29
12
İranda dövlət müəssisələri kütləvi dəfn mərasimləri səbəbindən bağlanıb

İranda dövlət müəssisələri kütləvi dəfn mərasimləri səbəbindən bağlanıb

28 İyun 2025 / 7:30
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.