“Qarabağ” Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qəbələ” ilə qarşılaşıb.
Avropa.info xəbər verir ki, Qurban Qurbanovun komandası bu matçda 2:0 hesablı qələbə qazanıb.
Ağdamlılar bu qalibiyyətlə 1/4 finala adlayıb.
“Qarabağ”ın ilk qolunu Abdulla Zubir vurub. İkinci qol isə “Qəbələ”nin futbolçusu Murad Musayevin passivinə yazılıb. Müdafiəçi avtoqolla yadda qalıb.