Avropa.info yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Vladimir Putin Gənc Alimlər Konqresinin iştirakçıları ilə görüş zamanı bildirib .
Vladimir Putinin sözlərinə görə, Xəzər dənizinin dayazlaşması problemləri əvvəllər Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdə müzakirə olunub, bu yaxınlarda isə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə söhbətində bu mövzu qaldırılıb.
“Xəzərin dayazlaşması hər kəsi narahat edir. Və əlbəttə ki, bundan açıq-aydın və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirməliyik. Amma ümumilikdə bu, böyük problemdir”, – Putin bildirib