Gürcüstan Prezidenti Salome Zurabişvili aksiyalara müdaxilə edən polis xüsusitəyinatlılarının narkotik vasitələrin təsiri altında olduğunu söyləyib.
Avropa . info xəbər verir ki, o, bu barədə Fransa mətbuatına açıqlamasında bildirib.
Dövlət başçısı, xüsusitəyinatlıların artıq 5-ci gecədir ki, aksiyaları qəddarcasına dağıtdığını, onlara “amfetamin” verildiyini deyib.
“Bu gün biz narkotik vasitələrin təsiri altında olan xüsusitəyinatlılar tərəfindən həyata keçirilən Rusiya repressiyasına şahid oluruq. Onların qəddarlığı bunu göstərir. Onlara müqavimətli olmaları üçün “amfetamin” ya da başqa bir maddə verilir, çünki artıq beşinci gündür ki, bu davam edir”, – Salome Zurabişvili deyib