Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avropa.info-nun məlumatına görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Belə ki, “Qazel” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Gülnarə Sucəddin qızı Əliyevanı vurub.
Sürücü xəsarət alan qadını öz maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Vəziyyəti ağır olan G.Əliyeva reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır