“Dunənki aksiya qısa zamanda dinc etiraz çərçivəsindən çıxaraq qanunsuz xarakter aldı”.
Avropa . info xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, radikal müxalifətin aqressiv qruplaşmaları hüquq-mühafizə orqanlarının əməkdaşlarına fiziki və şifahi təzyiqlər ediblər.
“Təəssüf ki, bu zorakılıq dinc nümayişçilərin, o cümlədən jurnalistlərin xəsarət alması ilə nəticələnib. Bu da son dərəcə təəssüf doğurur. Rustaveli prospektində zorakılığın qarşısını alan, nizam-intizamı bərqərar edən Daxili İşlər Nazirliyinə, hər bir polis əməkdaşına, daxili işlər nazirinə təşəkkür edirəm. Hər kəsə xatırlatmaq istəyirəm ki, bütün qanun pozuntuları qanunun tam sərtliyi ilə cəzalandırılacaq”, – baş nazir söyləyib.