20 - 06 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Dədə-baba yurdum  – Çaykənd haqqında

Noyabr 29, 2024
Cəmiyyət
A A

Qərbi Azərbaycanın ən qədim yurd yerlərindən biri Gəncə quberniyasının Qazax qəzasının Qaraqoyunlu mahalında yerləşən Çaykənd kəndi olmuşdur. Bu kəndin sakinləri Tərsçayın həm sağında, həm də solunda məskunlaşmışdılar. Kəndin sakinlərini səhər tezdən işə çağırmaq üçün heç bir telefona və ya səsgücləndiriciyə ehtiyac yox idi. Təpənin döşündə durub istənilən adamı evlərindən işə çağıra bilirdilər. Çaykəndin camaatı çox zəhmətkeş, eyni zamanda çox istiqanlı, qonaqpərvər, zarafatcıl, sinələri lətifə və əhvalatlarla dolu, yurda bağlı sakinlər idi. Erməni mənbələrinə görə Çaykənddə 1922-ci ildə 569, 1931-ci ildə 672, 1959-cu ildə 809, 1988-ci ildə 1110 nəfər sakin məskən salmışdı. 1988-ci ilin məlumatına görə, kəndimizdən 13 elmlər doktoru, 15 elmlər namizədi yetişmişdir. Məlum erməni deportasiyası zamanı Çaykənd 8 şəhid vermişdir.

1988-ci ildə ermənilər azərbaycanlıları sonuncu nəfərinə kimi dədə-baba yurdlarından qovduqdan sonra onların yaşadıqları yer adlarını da dəyişdirdilər. Məhz bunun nəticəsində Çaykənd – Ayqut, Bəryabad- Barepad, Əmirxeyir- Kalavan adları ilə əvəz olunmuşdur.

Qədim türk mənşəli tayfalardan ibarət olan Çaykəndin sakinləri Osmanlılar, Böləlilər (Göy Vəlilər), Qaraəhmədlilər, Manquzular, Şəmilli, Tayırlı, Asdanalılar, Zəmirli, Giləhli, Hacı Abdullalı tayfalarını əhatə etmişlər.

Mənim ana tərəfim Osmanlılar, ata tərəfim isə Böləlilərdən (Göy Vəlilər) idi.

Anam Hacıyeva Tamam, xalam Sivaz, dayım Hüseyn Osmanlı Qaranın övladları olmuşlar.

Atam Hacıyev Şəmistan, əmilərim Şamxal, Əmirxan, Şəmdin, Ağalar, Bəylər, Alışkəndər Göyvəlilər (Böləlilər) tayfasından olan Hacımmədin oğlu Sevdimalının övladları olublar.

Atamı 1941-ci ildə Çaykənddən Böyük vətən müharibəsinə aparmışlar. Anam 4 uşaqla Çaykənddə müharibə illərini çox çətin aclıq və səfalət içində keçirmişdir. 1945-ci ildə atam müharibədən qayıtdıqdan sonra Qərbi Azərbaycanın Allahverdi rayonunda Mis mədənində işə düzəlmiş, ailəsini də oraya köçürmüşdür.

1947-ci ildə mən orada anadan olmuşam. Ermənilərin mənfur soyqırım siyasəti nəticəsində kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il 4083-cü il saylı və 10 mart 1948-ci il 754 saylı qərarlarına əsasən 1948-ci ildə atam ailəsini Qazax rayonunun Kommuna kəndinə köçürmüşdür. Biz həmin ildən Qazaxda yaşamağımıza baxmayaraq, daima Çaykənddəki qohumlarımızla əlaqələrimiz var idi. Mənim uşaqlıq illərim  yay vaxtı Çaykənddə, Cantəpə yaylağında keçərdi. Çaykənddən Cantəpəyə qalxmaq üçün kəndin Kirdivan hissəsinə çıxıb sıx meşənin içi ilə keçirdik. Bu yolu o qədər getmişdik ki, axırda özüm Cantəpəyə tək də gedə bilirdim. Cantəpə yaylağının xüsusi əsrarəngiz təbiəti var idi. Bəzən yay vaxtı Cantəpəni çən elə bürüyürdü ki, günün günorta çağı ətrafı görmək belə mümkün olmurdu. Cantəpənin süd kimi parlaq aylı-ulduzlu gecələri olurdu. Aysız-ulduzsuz gecələrdə isə Cantəpə zülmətə qərq olurdu. Belə qaranlıq gecələr insanlarda qeyri-adi ovqat yaradırdı. Məhz yağışlı-yağmurlu gecələrdə adam dəyədən çölə çıxmaq istəmir, yağış və dolunun tıp-tıp sədaları altında şirin yuxuya getmək istəyirdi.

Dədə-baba yurdumuz olan Çaykənd haqqında xatirələrimiz saysız-hesabsızdır.

Xoşbəxtlikdən möhtərəm Prezidentimiz İlham Əliyevin dəmir yumruqlu siyasi iradəsi nəticəsində çox güman ki, yaxın vaxtlarda biz yenidən dədə-baba torpaqlarımıza qayıdacağıq. Qaraqoyunlu mahalı ilə bağlı şirin xatirələrimiz reallığa çevriləcək. Qərbi azərbaycanlıların dədə-baba yurd həsrətlərinə tezliklə son qoyulacaqdır.

 

Allahverdi Hacıyev
Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosenti, Əməkdar müəllim,
“Tərəqqi” və “Heydər Əliyevin 100 illiyi” medallarının mükafatçısı

Əvvəlki Yazı

Putin Rusiya sülhməramlılarının Qarabağdakı sabiq komandanı Rüstəm Muradovu yüksək vəzifəyə təyin etdi – FOTO

Növbəti Yazı

“1250-yə harada ev almaq olar?” – Evləri sökülən vətəndaşlar narazıdır

XƏBƏR LENTİ

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb

20 İyun 2025 / 16:49
7
Bakida taksi ilə skuter toqquşdu – Yeniyetmə öldü-Video

Bakida taksi ilə skuter toqquşdu – Yeniyetmə öldü-Video

20 İyun 2025 / 16:44
3
“Abzas Media” işi üzrə məhkəmə istintaqı yekunlaşdı

“Abzas Media”-nin işində 7 nəfərə hökm oxundu

20 İyun 2025 / 16:26
105
Böyük Britaniya hava məkanı açıldıqdan sonra vətəndaşlar üçün Təl-Əvivdən çarter reysləri həyata keçirəcək

Böyük Britaniya hava məkanı açıldıqdan sonra vətəndaşlar üçün Təl-Əvivdən çarter reysləri həyata keçirəcək

20 İyun 2025 / 16:18
64
İranda İsrail əleyhinə aksiyalar keçirilir -Fotolar

İranda İsrail əleyhinə aksiyalar keçirilir -Fotolar

20 İyun 2025 / 15:47
57
Həcc ziyarətinin qiymətləri niyə bahalaşır? – AÇIQLAMA

İranlı zəvvarlar Səudiyyə Ərəbistanında çətin vəziyyətdə qaldılar

20 İyun 2025 / 15:38
76
İranda rejim çökərsə, nə baş verər? –  Masadakı SSENARİLƏR

İranda rejim çökərsə, nə baş verər? – Masadakı SSENARİLƏR

20 İyun 2025 / 15:34
54
Egeydən Aralıq dənizinə: Türkiyənin sualtı dünyasına səyahət – FOTOLAR

Egeydən Aralıq dənizinə: Türkiyənin sualtı dünyasına səyahət – FOTOLAR

20 İyun 2025 / 15:08
29
Türkiyənin sahil şəhərlərini yaxta turları ilə kəşf edin – FOTO

Türkiyənin sahil şəhərlərini yaxta turları ilə kəşf edin – FOTO

20 İyun 2025 / 15:04
63
Beynəlxalq Qalereyada “Hər rəngdən bir dünya” adlı sərgi keçirilib – FOTOLAR

Beynəlxalq Qalereyada “Hər rəngdən bir dünya” adlı sərgi keçirilib – FOTOLAR

20 İyun 2025 / 14:59
40
”Qurbanların səsi” layihəsi çərçivəsində Şamaxıda tədbir keçirildi

”Qurbanların səsi” layihəsi çərçivəsində Şamaxıda tədbir keçirildi

20 İyun 2025 / 14:54
54
“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır

“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır

20 İyun 2025 / 14:46
46
Prezident İlham Əliyev Çin və Küveytlə bağlı sənədləri – Təsdiqlədi

Prezident İlham Əliyev Çin və Küveytlə bağlı sənədləri – Təsdiqlədi

20 İyun 2025 / 13:48
56
Peskov: “Əlbəttə, Karapetyanla bağlı vəziyyəti izləyirik, bizim üçün o, Rusiya vətəndaşıdır”

Peskov: “Əlbəttə, Karapetyanla bağlı vəziyyəti izləyirik, bizim üçün o, Rusiya vətəndaşıdır”

20 İyun 2025 / 13:45
31
Prezident Ərdoğan karnesini alan tələbələri təbrik edib

Prezident Ərdoğan karnesini alan tələbələri təbrik edib

20 İyun 2025 / 13:39
38
İran: Müharibəyə son qoymağın yeganə yolu düşmənin hücumlarını qeyd-şərtsiz dayandırmasıdır

İran: Müharibəyə son qoymağın yeganə yolu düşmənin hücumlarını qeyd-şərtsiz dayandırmasıdır

20 İyun 2025 / 13:35
32
SON DƏQİQƏ: İranın ali dini lideri xalqa müraciət edir

Rusiya: Xamneyinin mümkün qətli Pandoranın qutusunu açacaq

20 İyun 2025 / 10:35
28
İsrail Tehranın nüvə və raket infrastrukturuna genişmiqyaslı hava hücumları təşkil etdiyini iddia edir

İsrail Tehranın nüvə və raket infrastrukturuna genişmiqyaslı hava hücumları təşkil etdiyini iddia edir

20 İyun 2025 / 10:02
9
Qabil Məmmədovla bağlı ibtidai istintaq yekunlaşıb

Qabil Məmmədovla bağlı ibtidai istintaq yekunlaşıb

20 İyun 2025 / 9:47
49
Burkina Faso Rusiya ilə öz ərazisində AES tikmək üçün müqavilə imzalayıb

Burkina Faso Rusiya ilə öz ərazisində AES tikmək üçün müqavilə imzalayıb

20 İyun 2025 / 9:33
39
Böyük Britaniya və ABŞ İranın nüvə silahına malik olmamasına qərar verdi

Böyük Britaniya və ABŞ İranın nüvə silahına malik olmamasına qərar verdi

20 İyun 2025 / 7:36
24
İsrail-İran qarşıdurmasının 6-cı günü: İsrail indiyədək 21 əyalətə hücum edib

İran yenidən İsrailə raket zərbəsi endirib

20 İyun 2025 / 7:31
34
Ağ Ev: Tramp iki həftə ərzində İranla bağlı qərar verəcək

Ağ Ev: Tramp iki həftə ərzində İranla bağlı qərar verəcək

19 İyun 2025 / 22:13
36
Sorğu: Tramp seçicilərinin əksəriyyəti ABŞ-ın İrana mümkün hücumunu dəstəkləmir

Sorğu: Tramp seçicilərinin əksəriyyəti ABŞ-ın İrana mümkün hücumunu dəstəkləmir

19 İyun 2025 / 22:09
34
Benyamin Netanyahu İranın vurduğu Soroka xəstəxanasına gedib

Benyamin Netanyahu İranın vurduğu Soroka xəstəxanasına gedib

19 İyun 2025 / 19:56
39
Almaniya, Fransa və İngiltərə İranla Cenevrədə danışıqlar aparmaq istəyir

İran daha bir “MOSSAD” agentini həbs etdi

19 İyun 2025 / 18:42
25
İrandan atılan raketlərin bir hissəsi Təl-Əvivə və onun ətrafına düşüb

BMT İsrail və İranı “beynəlxalq hüquqa tam hörmət etməyə” çağırıb

19 İyun 2025 / 18:36
4
İsrail-İran qarşıdurmasının 6-cı günü: İsrail indiyədək 21 əyalətə hücum edib

SON DƏQİQƏ: İrandan İsrailə yeni raket hücumu

19 İyun 2025 / 18:05
34
Bakıda dəhşətli qətl: Ata qızını döyə -döyə öldürdü

Bakıda dəhşətli qətl: Ata qızını döyə -döyə öldürdü

19 İyun 2025 / 17:52
47
Prezident İlham Əliyev Prezident Ərdoğanla açılış mərasimində -canli yayim

Prezident İlham Əliyev Prezident Ərdoğanla açılış mərasimində -canli yayim

19 İyun 2025 / 17:06
57
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.