Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində və Azadlıq prospektində, həmçinin Abşeron rayonu, Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının liftində vətəndaşlar qalıb.
Avropa . info xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Məlumata əsasən, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 5 nəfər xilas edilib.