“Millət vəkilinin öz seçicisinin rəğbətini qazanmaq üçün reklama deyil, dövlətin dinamik inkişaf strategiyası barədə tam məlumatlı olmağa və onu vətəndaşa doğru şəkildə çatdıra bilməyə ehtiyac var. Parlament ölkənin simasıdır və bu orqanda dövləti həm seçicilər, həm də beynəlxalq təşkilatlar qarşısında layiqincə təmsil etməyi bacaran insanlar çalışmalıdır. Parlament üzvü savadlı, punktual, yüksək nitq mədəniyyətinə sahib olmalı, ölçülüb-biçilməmiş, sosial media istifadəçiləri və cəmiyyət üçün gülüş obyektinə çevriləcək ifadələr işlətməməlidir. Halbuki, məsələlərin mahiyyətini guya sadə şəkildə çatdırmaqla əlaqələndirən şoumenlər də ortaya çıxır, dillərinin bəlasına görə komik duruma düşürlər”, – deyə süjetdə qeyd edilib.
Həmin videosüjeti təqdim edirik: