14 - 06 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Deputat Suraxanının problemlərini hökumət qarşısında qaldırdı

Noyabr 26, 2024
Siyasət
A A

“Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlət basçımız prezident İlham Əliyevin uzun illər ərzində düşünülmüş və məqsədyönlü siyasəti ölkəmizin 44 günlük Vətən müharibəsində qələbəsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını təmin etdi. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülməkdədir”.

Avropa.info xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva bu gün parlamentin iclasında 2025-ci ilin büdcə zərfi ilə bağlı çıxışı zamanı deyib.

Deputat bildirib ki, dövlət başçısının ilk gündən qəbul etdiyi uzunmüddətli strategiyaların, dövlət proqramlarının və milli fəaliyyət planlarının uğurlu icrası respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahına xidmət edir. Azərbaycanın sabit və təhlükəsiz şəraitdə hərtərəfli inkişafı, iqtisadi rəqabət qabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, o cümlədən dünyanın ən islahatçı dövlətlərindən birinə çevrilməsi, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi dövlət başçısının məqsədyönlü siyasətinin əyani təzahürüdür.

“Bəli, bütün istiqamətlərdə uğurla inkişaf etdirilən “Böyük Qayıdış” siyasəti dövlət siyasətimizin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir. Sözsüz ki, Böyük Qayıdışa dair Dövlət Proqramında müəyyən edilmiş mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yaradılması əsas prioritet kimi nəzərdə tutulub”, -deyən millət vəkili əlavə edib ki, 2025-cü il dövlət büdcəsi haqqında qanun layihəsinə daxil olan bir çox məsələlər günün tələblərinə uyğun müəyyən edilib, lakin həll olunması arzu olunan bəzi məsələlər də vardır ki, onların aradan qaldırılması və gələcəkdə büdcədən bu sahəyə də vəsaitin ayrılmasına ehtiyac duyulur.

Sevinc Fətəliyeva millət vəkili seçildiyi ərazi üzrə bir neçə məsələni hökumət üzvlərinin diqqətinə çatdırıb: “Hövsan – şəhər tipli qəsəbədir, eləcə də əhali baxımından həmin ərazidə artım nəzərə çarpacaq dərəcədə hiss olunur. Qəsəbədə poliklinikanın mövcud olmasına baxmayaraq, əhalinin sağlamlığının tam təmin olunması və əhalinin məmnunluğu baxımından müasir tipli yeni xəstəxananın tikintisinə ehtiyac var. Dövlətimiz tərəfindən təhsilə göstərilən qayğı danılmazdır. Gənclərin təhsili və onların gələcəyinin təmini dövlət siyasətinin prioritetidir. Arzu olunandır ki, Hövsan qəsəbəsində 118 saylı orta məktəbdə, Yeni Suraxanı qəsəbəsində 316 saylı orta məktəbdə şagird sıxlığının olmasını nəzərə alaraq, əlavə tədris korpusları, Hövsan qəsəbəsinin Quşçuluq Sovxozu yaşayış sahəsində isə yeni məktəb binası tikilsin. Eyni zamanda, Hövsan və Yeni Suraxanı qəsəbəsində mövcud, lakin yarasız vəziyyətdə olan uşaq bağçalarının sökülüb müasir tipli bağçalarla əvəzlənməsinə ehtiyac duyulur.

Baxmayaraq ki, son dövürlərdə millət vəkili seçildiyim ərazidə asfalt örtüyünün çəkilşinə mütamadi olaraq diqqət ayrılır, lakin kanalizasiya probleminin mövcudluğu digər məsələlərin vaxtında aradan qaldırılmamasına səbəb olur və əhali arasında narazılıq yaradır. Suraxanı rayonunda mövcud olan kanalizasiya şəbəkəsinin yenidən qurulması, təmizləyici qurğuların tikintisi, kanalizasiya şəbəkəsi olmayan sahələrində bu problemin aradan qaldırılması vacib məsələlərdəndir. Eyni zamanda mütəmadi olaraq, korroziyaya uğramış, sıradan çıxmış su xətlərinin dəyişdirilməsi və yeni su xətlərinin çəkilməsinə baxmayaraq, bütövlükdə bəzi ərazilərdə problem öz həllini tapmamışdır. Yaxşı olardı ki, daxili yolların əsaslı təmir edilərək asfaltlanması, mövcud olmayan yerlərdə kanalizasiya və su şəbəkələrinin qurulması nəzərdən kənarda qalmasın”.

Qeyd olunan problemlərin aradan qaldırılması üçün büdcədə həmin sahələrin nəzərə alınmasını xahiş edən millət vəkili gələn ilin büdcə lahiyəsini dəstəklədiyini vurğulayıb.

Avropa.info

Əvvəlki Yazı

“Ölən şəxsin pensiya fonduna yığılmış vəsaiti ailə üzvlərinə verilməlidir”-Deputat Arzuxan Əlizadə

Növbəti Yazı

Büdcə zərfi bölgələrimizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir – Kamran Bayramov

XƏBƏR LENTİ

İrandan İsrailə yeni raket hücumu

İrandan İsrailə yeni raket hücumu

14 İyun 2025 / 9:11
33
İranın BMT-dəki nümayəndəsi İrəvani: İsrailin hücumları ABŞ-ın dəstəyi ilə həyata keçirilib

İranın BMT-dəki nümayəndəsi İrəvani: İsrailin hücumları ABŞ-ın dəstəyi ilə həyata keçirilib

14 İyun 2025 / 8:57
16
Nazir Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşüb -Fotolar

Nazir Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşüb -Fotolar

13 İyun 2025 / 18:25
46
Zəngəzur dəhlizinin lehinə və əleyhinə olan mövqelər və mənafelər – ARAŞDIRMA

Zəngəzur dəhlizinin lehinə və əleyhinə olan mövqelər və mənafelər – ARAŞDIRMA

12 İyun 2025 / 18:27
9
Bu şəxslər 2200 manat təqaüd alacaq

Bu şəxslər 2200 manat təqaüd alacaq

12 İyun 2025 / 18:25
3
Bakıda İLK DƏFƏ: Türkdilli Dövlətlər Birliyi Onkologiya Konqresi keçiriləcək

Bakıda İLK DƏFƏ: Türkdilli Dövlətlər Birliyi Onkologiya Konqresi keçiriləcək

12 İyun 2025 / 18:16
14
Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin

Antalyanın ən məşhur yürüş marşrutlarını kəşf edin

12 İyun 2025 / 18:12
4
“Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

“Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

12 İyun 2025 / 17:26
54
Azərbaycanda sosial müavinətlər artırıldı

Azərbaycanda sosial müavinətlər artırıldı

12 İyun 2025 / 17:05
4
Fikrət Qocanın 90 illlik yubileyi çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilir

Fikrət Qocanın 90 illlik yubileyi çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilir

12 İyun 2025 / 12:33
68
“Bayquş və qarovulçu” – Hekayə

“Bayquş və qarovulçu” – Hekayə

10 İyun 2025 / 21:57
15
Ümumi nəticəyə təsir göstərən mühüm MƏQAM: Bu şərtlərin qəbulu mümkün görünmür

Dövlətlə siyasi partiyalar və media arasındakı münasibətlər: Qeyri-rəsmi atmosfer yaranır

10 İyun 2025 / 19:58
101
“İnsan hüquqları və sosial ədalət” adlı veblioqrafiya təqdim edilib

“İnsan hüquqları və sosial ədalət” adlı veblioqrafiya təqdim edilib

10 İyun 2025 / 17:25
90
Türkiyə Qlobal səyahətə ilham verən ilk orijinal mini-serialını təqdim edir -VİDEO\FOTOLAR

Türkiyə Qlobal səyahətə ilham verən ilk orijinal mini-serialını təqdim edir -VİDEO\FOTOLAR

10 İyun 2025 / 13:51
19
Mediada ədəbi dil normalarının pozulması: Mövcud vəziyyət və müdafiə mexanizmləri

Mediada ədəbi dil normalarının pozulması: Mövcud vəziyyət və müdafiə mexanizmləri

10 İyun 2025 / 13:48
8
İnsan alverinə qarşı mübarizənin əsas istiqamətləri müzakirə edildi – FOTOLAR

İnsan alverinə qarşı mübarizənin əsas istiqamətləri müzakirə edildi – FOTOLAR

10 İyun 2025 / 13:44
7
Trampın Los-Anceles hadisələri ilə bağlı mesajı: “Biz sərt olacağıq”

Tramp Netanyahuya: İranla danışıqlar aparmalısınız

10 İyun 2025 / 7:43
1
Nigeriyada partlayış nəticəsində 6 nəfər ölüb

Nigeriyada partlayış nəticəsində 6 nəfər ölüb

10 İyun 2025 / 7:28
61
Madleen sərnişini Şuayb: İsrailin müdaxiləsi halında sülhsevər olacağıq

 İsrail “Madlin” fəallarını deportasiya edir

10 İyun 2025 / 7:21
50
Baş Prokuror Kamran Əliyev Keniya Prezidenti Uilyam Ruto ilə görüşüb

Baş Prokuror Kamran Əliyev Keniya Prezidenti Uilyam Ruto ilə görüşüb

09 İyun 2025 / 19:26
67
Trampın venesuelalı miqrantları deportasiya etməsi qeyri-qanuni adlandırılıb 

Tramp əsgərlərə Los Angeles etirazlarına qoşulmağı əmr edib

09 İyun 2025 / 14:07
25
Ukraynanın birinci xanımı Zelenskaya Azərbaycanla bağlı açıqlama verib

Ukraynanın birinci xanımı Zelenskaya Azərbaycanla bağlı açıqlama verib

09 İyun 2025 / 13:57
16
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə

09 İyun 2025 / 13:46
37
“Yaşamaq uğrunda mübarizə davam edir”

“Yaşamaq uğrunda mübarizə davam edir”

09 İyun 2025 / 13:37
56
“İncəsənət sərhəd tanımır” adlı sərgi-tədbir keçirildi – FOTO

“İncəsənət sərhəd tanımır” adlı sərgi-tədbir keçirildi – FOTO

09 İyun 2025 / 10:43
68
İsrail ordusunun Qəzzaya hücumu  nəticəsində 39 Fələstinli həlak olub -Foto -Video

İsrail ordusunun Qəzzaya hücumu nəticəsində 39 Fələstinli həlak olub -Foto -Video

09 İyun 2025 / 10:04
69
İsrail əsgəri Qəzzada döyüşməkdən imtina etdiyi üçün həbs cəzasına məhkum edilib

İsrail əsgəri Qəzzada döyüşməkdən imtina etdiyi üçün həbs cəzasına məhkum edilib

09 İyun 2025 / 9:30
54
London-Sinqapur marşrutu üzrə uçuş həyata keçirən “Qantas Airlines” təcili Bakıya eniş edib

London-Sinqapur marşrutu üzrə uçuş həyata keçirən “Qantas Airlines” təcili Bakıya eniş edib

09 İyun 2025 / 9:21
62
Rusiyanın bir sıra hava limanlarında uçuşlar bərpa edildi

Rusiyanın bir sıra hava limanlarında uçuşlar bərpa edildi

09 İyun 2025 / 9:10
36
Trampın Los-Anceles hadisələri ilə bağlı mesajı: “Biz sərt olacağıq”

Trampın Los-Anceles hadisələri ilə bağlı mesajı: “Biz sərt olacağıq”

09 İyun 2025 / 9:04
72
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.