03 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Büdcə zərfi bölgələrimizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir – Kamran Bayramov

Noyabr 26, 2024
Siyasət
A A

“2025-ci il dövlət büdcəsinin layihəsi əsas hədəfləri əhatə edir və cari reallıqların diktə etdiyi bir çox məsələlərin həllinə yönəlir. Büdcə layihəsi ümumilikdəm dolğun və təkmil bir sənəd kimi dəyərləndirilməlidir. Sənəddə ölkənin müdafiə potensialının gücləndirilməsinə, əhalimizin sosial təminatının yaxşılaşdırılmasına, və eyni zamanda, işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsaitin artırılması isə bu istiqamətlərin ölkə rəhbərliyinin xüsusi diqqətində olmasından xəbər verir”.

Avropa.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Deputat bildirib ki, büdcə zərfi işğaldan azad olunmuş ərazilərimizin bərpası ilə yanaşı, digər bölgələrimizin də sosial-iqtisadi inkişafına mühüm töhfələr verir:

“Bu töhfələr parlamentdə təmsil etdiyim Göygöl və Daşkəsən rayonlarını da əhatə edir. Lakin, həmin rayonlarda bir sıra sahələrdə işlərin sürətləndirilməsinə çox böyük ehtiyac var. Fürsətdən istifadə edərək, Göygöldə və Daşkəsəndə həlli çoxdan gözlənilən məsələlərin bir qismini iclasda iştirak edən hökumət nümayəndələrinin diqqətinə çatdırmaq istərdim.

Belə ki, Göygöl rayonunda 70 fərdi yaşayış evi olmaqla 320 nəfər əhalisi olan Firuzabad qəsəbəsində sakinlərin suvarma, kommunal-məişət, Heyvandarlıq Elmi-Tədqiqat Institutunun Təsərrüfatına məxsus 200 hektar əkin sahəsinin, damazlıq iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq fermalarının, habelə Respublika Süni Mayalanma Mərkəzinin suya olan tələbatının ödənilməsi üçün həmin qəsəbənin ərazisindən keçən Gəncə çayından qapalı su borusunun çəkilməsinə böyük ehtiyac var.

Eyni zamanda, Göygöl şəhər inzibati ərazisində yerləşən, 83 ev təsərrüfatı olmaqla 442 nəfər əhalisi olan Ağdağ qəsəbəsində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı problemlər yaşanır. Belə ki, 2014-cü ildə “Göygöl şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi həyata keçirilsə də, eyni inzibati əraziyə aid olan Ağdağ qəsəbəsi layihəyə daxil edilməyib və hazırda qəsəbədə qeyd olunan işlərin aparılmasına ciddi zərurət yaranıb.

Bununla yanaşı, Göygölün “Sukanal” sahəsinin maddi-texniki bazasının gücləndirilməsi də zəruridir, çünki istismara yararlıq səviyyəsi aşağı olan mövcud texnikaları onun iş fəaliyyətində ciddi çətinliklər yaradır. Sahə tələb olunan ekskavator yükləyici, traktor və pikap nəqliyyat vasitəsi ilə təmin olunarsa, rayonda yaranmış qəzaların operativ və vaxtında həllinə müsbət təsirini göstərər. Qeyd etdiyim məsələlərin həlli ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən zəruri tədbirlərin görülməsini xahiş edirəm.

Daşkəsən rayonu üzrə isə seçicilərimi ən çox narahat edən problemlərdən biri yol məsələsidir. Belə ki, uzunluğu 38 kilometr olan, sonuncu dəfə 2006-cı ildə əsaslı təmir edilmiş və hal-hazırda asfalt örtüyü tam yararsız hala düşmüş Gəncə-Daşkəsən avtomobil yolunun, habelə uzunluğu 24 kilometr olan 2300 nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Dəstəfur-Qıyıqlı avtomobil yolunun və uzunluğu 4 kilometr olan 400 nəfərin yaşadığı Kəmərqaya kəndinin avtomobil yolunun əsaslı təmir olunmasına çox ciddi ehtiyac yaranıb. Qeyd edilən yolların təmiri bu ərazilərin turizm potensialının reallaşdırılmasına və bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə əhəmiyyətli təkan verə bilər. Bununla əlaqədar xahiş edirəm ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu məsələyə ciddi diqqət yetirsin.

Daşkəsən rayonunda problemlərdən biri də qazlaşma məsələsidir. Rayonun 49 yaşayış məntəqəsindən cəmi 15-i (yəni 30,6 faizi) qazlaşıb və qazlaşma səviyyəsinə görə ən axırıncı yerdədir. Bununla əlaqədar, Dövlət Neft Şirkətindən ilkin olaraq Qabaqtəpə kənd inzibati ərazi dairəsinə daxil olan 3700 nəfərin yaşadığı 9 yaşayış məntəqəsinin və 530 nəfərin yaşadığı Əhmədli kəndinin qazlaşdırılması məsələsinə baxılmasını xahiş edirəm.
Daşkəsənlə bağlı problemlərin qabartmağımın ayrıca səbəbi də var: gələn il Daşkəsən rayonunun yaranmasının 95 illik yubileyidir. Üzücü bir faktdır ki, Daşkəsən şəhərində sakinlərin istirahət etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün yarandığı tarixdən bu günə qədər heç bir park, idman meydançası və idman qurğuları yaradılmayıb. Hesab edirəm ki, rayon üçün əlamətdar olan gələn ildə Daşkəsən şəhərinin abadlaşdırılması, eyni zamanda şəhərdaxili küçələrin işıqlandırılması, küçələrə asfalt örtüyünün vurulması və istinad divarlarının təmir edilməsi daşkəsənlilər üçün yubiley tarixində ən böyük hədiyyə olardı”.

Avropa.info

Əvvəlki Yazı

Deputat Suraxanının problemlərini hökumət qarşısında qaldırdı

Növbəti Yazı

MSK bəzi dairələrdə dəyişiklik edib

XƏBƏR LENTİ

Xameneini biz öldürməmişik-Marko Rubio

Xameneini biz öldürməmişik-Marko Rubio

02 Mart 2026 / 21:28
37
Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
19
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
22
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
28
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
21
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
5
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
7
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
25
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
19
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
16
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
24
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
24
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
15
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
26
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
36
“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

“Azərbaycan dili və ədəbiyyatı ilmələrdə” mövzusunda tədbir keçirildi – FOTOLAR

21 Fevral 2026 / 18:23
121
Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

Uşaq yazarı Solmaz Amanova ilə görüş keçirilib-Fotolar

20 Fevral 2026 / 23:21
43
MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

20 Fevral 2026 / 17:10
7
Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

20 Fevral 2026 / 11:24
30
“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

20 Fevral 2026 / 11:09
6
Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

19 Fevral 2026 / 17:08
8
Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
13
“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

19 Fevral 2026 / 12:36
24
Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

16 Fevral 2026 / 17:20
10
“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

14 Fevral 2026 / 13:45
5
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

12 Fevral 2026 / 13:40
6
“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

12 Fevral 2026 / 13:36
9
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

11 Fevral 2026 / 16:46
54
54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

11 Fevral 2026 / 16:41
48
“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

10 Fevral 2026 / 21:14
68
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.