24 - 08 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

35 şirkətin rəhbəri həbs edildi: Bu vəzifəlilərlə əlbir imiş

Noyabr 26, 2024
Ölkə
A A

Dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov həbs edilib.

Avropa.info-nun əldə etdiyi məlumata görə, iş adamı külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pullarin leqallaşdırmaqda ittiham olunur. İbtidai istintaqın son günlərində onun barəsində 2025-ci il yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.

Fəqani Rəhimov hələ iki il əvvəl Gədəbəydə tarixi abidənin qarşısında hotel tikdirməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt tikintinin qanunsuz aparılması ilə bağlı iddialar səslənirdi.

Onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. Şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən edilib. 

F.Rəhimov qanunsuz işlərinin çoxunu “İnşaat-F” MMC vasitəsilə həyata keçirib.

Məsələn, həmin şirkət Qubustan şəhəri ərazisində yolların əsaslı təmirinin aparılması üçün elan edilmiş tenderdə qalib gəlib. Şəhərin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məlikağa Əhədov şirkətin rəhbəri Fəqani ilə qanunsuz sövdələşməyə girib. Razılaşmaya əsasən “İnşaat-F” MMC-yə yolların təmirinə lazım olandan 32 min manat artıq köçürülüb. Oğurlanmış dövlət vəsaiti şirkət rəhbəri ilə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə arasında bölünüb.

Başqa bir sənəddən isə görünür ki, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov qeyriləri ilə əlbir olaraq idman mallarının alınması üçün F.Rəhimovun “Kontey SV” şirkətinə bazar dəyərindən artıq pul köçürüb.

Eyni niyyətlə “Sanator-Kurort Reabilitasiya Mərkəzi”nin sabiq direktoru Cəmilə Talıbova ilə də iş görülüb. Mərkəzdə keçiriləcək yeni il tədbiri üçün xidmətin və alınacaq malların bazar dəyəri 7 min 233 manat olduğu halda, əlavə qazanc əldə edilməsi üçün şirkətə 4 min 974 manat, mərkəzə yeni kameraların quraşdırılması üçün isə 2 min manatdan bir qədər çox əlavə pul köçürülüb.

Təqsirləndirilən şəxsin cinayət əlaqəsinə girdiyi şəxslərin siyahısı bununla bitmir. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Ramiz Pirverdiyev də onun şirkətləri ilə iş görüb. Xəstəxana üçün katriç, yanğınsöndürmə balonları və dəftərxana ləvazimatlarının alışı üçün “Benbris” şirkətinə malların dəyərindən artıq pul ayrılıb.

Bənzər köçürmələr 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının baş həkimi Ruhəngiz Cavadova, Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin sabiq direktoru Yasən Cabbarov tərəfindən də edilib. Mənimsəmə məqsədilə şirkətlərə artıq dövlət vəsaiti köçürülüb.

Ümumilikdə isə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min manatı isə həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb. 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla yuxarıda adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan qəpiyinə kimi ödətdirilib. Bu səbəbdən onlar barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.

Özünü təqsirli bilməyən Fəqani Rəhimov isə dəymiş ziyana görə heç bir ödəniş etməyib. Ona verilmiş ittihamlar təsdiqini taparsa, iş adamı 12 ilə kimi azadlıqdan məhrum edilə bilər

Əvvəlki Yazı

Masallıda qətl hadisəsi baş verib

Növbəti Yazı

Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?

XƏBƏR LENTİ

Zelenskidən Putinə SƏRT MESAJ: Sülh danışıqları çıxılmaz vəziyyətə düşür

Zelenskidən Putinə SƏRT MESAJ: Sülh danışıqları çıxılmaz vəziyyətə düşür

23 Avqust 2025 / 22:11
5
Dönərdən zəhərlənmələrin əsas SƏBƏBLƏRİ: Ucuz ət, yoxsa sanitar qaydaların pozulması?

Dönərdən zəhərlənmələrin əsas SƏBƏBLƏRİ: Ucuz ət, yoxsa sanitar qaydaların pozulması?

23 Avqust 2025 / 21:53
3
Trampdan SƏRT REAKSİYA: “Əgər istefa verməzsə…” – FOTO

Trampdan SƏRT REAKSİYA: “Əgər istefa verməzsə…” – FOTO

23 Avqust 2025 / 15:50
6
Qəzzanın körpələri acından ölür

Qəzzanın körpələri acından ölür

23 Avqust 2025 / 8:01
1
Zelenski: “Ukrayna Rusiyadan fərqli olaraq liderlərlə heç bir görüşdən qorxmur”

Zelenski: “Ukrayna Rusiyadan fərqli olaraq liderlərlə heç bir görüşdən qorxmur”

23 Avqust 2025 / 7:49
5
ABŞ-ın Villanova Universitetində silahlı şəxs xəbərdarlığı

ABŞ-ın Villanova Universitetində silahlı şəxs xəbərdarlığı

22 Avqust 2025 / 8:54
5
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib

22 Avqust 2025 / 8:50
17
Ağdamın Xıdırlı kəndinə yeni köç karvanı yola düşdü -Fotolar

Ağdamın Xıdırlı kəndinə yeni köç karvanı yola düşdü -Fotolar

22 Avqust 2025 / 8:44
30
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

Tramp: “Mən bu axşam küçələrdə olacağam. Təbii ki, polis və hərbçilərlə bərabər”

22 Avqust 2025 / 8:38
24
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir – FOTO

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir – FOTO

21 Avqust 2025 / 20:16
72
Respublika Gənclər Kitabxanasında akademik Bəkir Nəbiyevin xatirəsi yad edilib

Respublika Gənclər Kitabxanasında akademik Bəkir Nəbiyevin xatirəsi yad edilib

21 Avqust 2025 / 14:05
38
Fiziki məhdudiyyətli istedadlı uşaqlar mükafatlandırıldı-Fotolar

Fiziki məhdudiyyətli istedadlı uşaqlar mükafatlandırıldı-Fotolar

21 Avqust 2025 / 10:11
36
Yazıçı, dramaturq Şıxəli Qurbanovun 100 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Yazıçı, dramaturq Şıxəli Qurbanovun 100 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

19 Avqust 2025 / 17:26
31
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün master-klass keçirilib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün master-klass keçirilib

19 Avqust 2025 / 17:12
41
Zərdab sakini baş nazir Əli Əsədova müraciət edib

Zərdab sakini baş nazir Əli Əsədova müraciət edib

19 Avqust 2025 / 14:55
208
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü

19 Avqust 2025 / 14:27
6
QHT sosial media sahəsində təlimlərə başlayır

QHT sosial media sahəsində təlimlərə başlayır

18 Avqust 2025 / 14:10
8
“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

18 Avqust 2025 / 11:21
56
Türkiyədə Cütlük çadırda dəm qazından zəhərlənərək ölüb

Türkiyədə Cütlük çadırda dəm qazından zəhərlənərək ölüb

18 Avqust 2025 / 8:30
18
İsraildə hökumət əleyhinə tətil və etiraz aksiyalarında 1 milyondan çox insan iştirak edib

İsraildə hökumət əleyhinə tətil və etiraz aksiyalarında 1 milyondan çox insan iştirak edib

18 Avqust 2025 / 8:16
11
“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Xarıbülbülün Rəngləri” adlı növbəti təlimi keçirdi

“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Xarıbülbülün Rəngləri” adlı növbəti təlimi keçirdi

17 Avqust 2025 / 17:29
9
Ankarada 3,2 bal gücündə zəlzələ baş verib

İndoneziyada 5,8 bal gücündə zəlzələ nəticəsində 29 nəfər xəsarət alıb

17 Avqust 2025 / 11:53
4
Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

17 Avqust 2025 / 11:43
55
“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Kitabların sehirli dünyası” adlı növbəti təlimi keçirdi

“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Kitabların sehirli dünyası” adlı növbəti təlimi keçirdi

17 Avqust 2025 / 11:18
7
Putin-Tramp görüşündə nadir hadisə…

Putin-Tramp görüşündə nadir hadisə…

16 Avqust 2025 / 9:24
11
Tramp administrasiyası Kapitol polisini bərpa etməyə razıdır

Tramp administrasiyası Kapitol polisini bərpa etməyə razıdır

16 Avqust 2025 / 9:11
6
Deputat Razı Nurullayevi hədəf alan “Peşəkar şantajçılar” bu üsullarla çox əməllər törədirlər

Deputat Razı Nurullayevi hədəf alan “Peşəkar şantajçılar” bu üsullarla çox əməllər törədirlər

15 Avqust 2025 / 14:26
61
Trampla hər danışıqdan sonra Putinin iştahı artır: “Bir nəfər dövlət mexanizmlərini dağıda bilərmiş”

Dünya bu iki dövlət arasında yenidən bölüşdürülür: Tramp Putinlə hansı məsələdə razılığa gəlmək istəyir? – ŞƏRH

15 Avqust 2025 / 13:33
162
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin işğalına reaksiya verib

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin işğalına reaksiya verib

15 Avqust 2025 / 11:27
29
Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb

13 Avqust 2025 / 17:09
53
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.