Dövlət qurumları və QHT nümayəndələrinin iştirakı ilə ictimai müzakirə təşkil ediləcək
“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən Azərbaycanda tolerantlıq ilə bağlı hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək. Təşkilat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlıq ilə bağlı hesabatın hazırlanması” layihəsinin icrasına başlayıb.
Layihənin əsas məqsədi beynəlxalq təşkilatların Azərbaycanda tolerantlıq ilə bağlı obyektiv məlumat ilə təmin edilməsidir. Hesabat özündə irqçilik, ayrı-seçkilik (etnik/milli mənşə, vətəndaşlıq, din, dil və s.), ksenofobiya, antisemitizm və dözümsüzlüklə bağlı Azərbaycanda vəziyyəti əks etdirəcək.
Layihə ekspertləri tərəfindən mövcud qanunvericilik çərçivəsində ölkədə tolerantlığın ümumi vəziyyəti qiymətlənidiriləcək. Həmçinin milli qanunvericliyin və beynəlxalq təcrübənin müqayisəli təhlili aparılacaq. Hazırlanmış hesabat maraqlı dövlət qurumları və QHT nümayəndələrinin iştirakı ilə ictimai müzakirəyə çıxarılacaq.
Müzakirə onlayn ZOOM üzərindən keçiriləcək. Ümumilikdə 25 nəfərin iştirakı nəzərdə tutulur. Həmçinin hazırlanmış hesabat ingilis dilinə tərcümə edilərək bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlara göndəriləcək. Hazırlanmış hesabat gələcəkdə Azərbaycan ilə bağlı hazırlanacaq hesabatların hazırlanmasında müsbət rol oynayacaq.
Avropa.info