14 - 10 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Türkün, türk oğlunun əzəli, əbədi məkanı: Zəngəzur

Noyabr 22, 2024
Araşdırma
A A

Zəngəzur! Bu ərazi aşlanğıcı bilinməyən ən qədim zamanlardan ilk  insan  toplularının və  icmalarının  yaşadığı  bölgə  olub. Türkün, türk oğlunun əzəli, əbədi məkanı. Yurd – yuvası, od – ocağı, Tanrı payı , Tanrı qisməti. Dünyanın ilk insan, ilk dil  doğuşunun, yaranmasının meydana gəldiyi, ilk  insan  məskənlərinin salındığı bu ərazidə ta  qədimdən müxtəlif  adlı, eyni dilli Türk  tayfaları yaşamış, qaynayıb – qarışmışlar.   Yer – yurd adlarımız qan yaddaşlarımızda  həmişə  yaşar qalmış, nəsildən – nəsilə  keçib.                                                                                                                                           

Vətən hardan başlanır?

Vətən anabətnində içdiyin sudan, udduğun havadan başlanır. Ana, Vətən – bunlar bir söz deyil, bunlar bir hissdir.  Ananı və Vətəni seçmirik, onlar bizim taleyimiz, sevgi hissimizdir.

Mənim Ana Vətənim, Ata Yurdum – Zəngəzur mahalının Şurnuxu kəndidir! Fəxr, qürur duyduğum Vətən torpağı.  Hər qarış torpağına, hər pənpəz  daşına, cır-çınqılına kitablar yazılsa azdır. Gözümün giləsi  Şurnuxum mənim – müqəddəs torpaq. Hər xışma torpağın müqəddəsdir mənim üçün.

Öz keçmişi, iqtisadi – siyasi əhəmiyyəti ilə  ulu tariximizin yaddaşında silinməz izlər  buraxan, xalqımızın tarixi abidəsi, mənəvi sərvəti kimi qiymətləndirilən Azərbaycan varlığının, bütövlüyünün, vəhdət simvolu olan Zəngəzurun əsrarəngiz guşəsi sayılır Gorus bölgəsi. Bəli, Gorus  torpağı ona  görə dəyərlidir ki, bu torpaq həm dünyada ən qədim insanların ilk yaşayış  məsgənlərindən  biri, həm də əzəli Türk torpağıdir.  İbtidai insanlar özləri üçün  yaşayış  məskənləri  seçərkən həmin məkanların  qida və su  mənbələrinin bolluğunu, həyatın təhlükəsizliyini, təbii  şəraiti  nəzərə  alırdılar. Belə  şərait üçün  əlverişli yer  olaraq dağlıq və dağətəyi  ərazilər  seçilir və yaşayış  üçün  önəmli ərazı  sayılır. Təbii  istehkamların – insan üçün yaşayış kahaları  və  mağaraları, nəhəng  qayaların daldalanma, sığınma yerləri, yağış sularını yığıb  saxlamaq üçün  iri çalalar, keçilməz olan sıx  meşələr, dumduru  çaylar, şirin sulu bulaqları olan  Gorus tarixi bir sübutdur ki, ilk insan məskəni, tarixi türk məkanlarıdır. Tarix bunuda sübut edib ki, Gorus adı  tarixən bu torpaqlarda məskunlaşmış qors tayfasının adından götürülmüş  etnotoponimdir.

Gorusun hər  qarış torpağında türkün  həyat nişanəsini əks etdirən müqəddəs izlər var.  Min illər  boyu  salınan  bu  izlər  əsla  silinməzdir. Daim təbiətlə  təmasda, hərəkətdə  olan türklər qışı aranda, yayı yaylaqda  keçirmişlər, yazlaqlarda günə gün calamışlar, payızda   qışlaqlarında  yeri  qaralan ocaqlar qoymuşlar. İlkinliklərindən yer – yurd yerlərini müəyyənləşdirmək dünyanın  cəhətlərinə  görə  düzgün – dürüst  istiqamət  götürməyi  ulduzlardan öyrənmışlər.

Hər  bir  xalqın tarixi keçmişinin gercəkliyini  onun toponim və etnotoponimləri  bariz bir sübut kimi hərzaman öndədir. Azərbaycan  xalqının  qədim və zəngin tarixi ilə yaşıd  olan toponimlər , etnotoponimlər  daş kitabələr, abidələr kimi tarixə şahidlik edir. Toponimlər yerləşdiyi  ərazinin tarixi, kimə məxsusluğu  haqqında çox sey  deyir.  Yerlərə qoyulan adlar heç də təsadüfi  olmur. Toponimlər  tarixin güzgüsü olaraq  keçmişi və gələcəyi özündə tam əks etdirir.

Azərbaycanımızın cənnət guşəsi  olan Zəngəzur mahalının adıda – bu torpaqlarda yaşamış zəngi tayfasının adına məxsus olan –  etnotoponimdir.  Zəngi tayfası tarixdə  görkəmli qoşun başçıları və dövlət xadimləriylə məhşur  olan  bir türk boyudur. Zəngi tayfasının  arealı genişdir, toponim bir yerdən başqa  yerə  köçmüş  böyük  və qüdrətli  bir  tayfanın  adı  ilə  bağlıdır.  Zəngəzur ərazisində bir çox tayfalar da məskunlaşıb, öz köklərini burada möhkəmlədiblər. Odərlər, kimerlər, saklar, şiraklar, mastagetlər, mığrılar, peşeneklər, kəngərlilər, qarqarlar, baharlılar, qoruslar, çollar, vərəndlər, səlcuqlar və s. qədim  tayfalar  bu  ərazidə müxtəlif  adda, eyni dildə yaşayıb, qaynayıb – qarışıblar.

Zəngəzurla bağlı yer – yurd adları, dağ – dərə adları, bulaq adları  saya  gəlməzdir. Zəngəzur  mahalının ən qədim yaşayış məntəqələrindən biri olan  Gorus rayonuna aid kəndlər  bunlardır: Şurnuxu, Ağbulaq, Şamsız, Şahverdilər, Qurdqalaq. Bunların hər  birinin adının tarixi  mənası var.  Bu bölgədə olan toponimlərdən  danışarkən, qeyd  etmək  yerinə  düşər ki, bu  bölgədəki  yer – yurd  adlarının 90 faizə qədəri  türk  mənşəlidir.

Şurnuxu –  Zəngəzur mahalının Gorus rayonunda kənd adıdır.  Rayon mərkəzindən 27 km cənub – şərqdə , Şurnuxu çayının sol sahilində  Gorus – Qafan  maqistral avtomobil  yolunun tam mərkəzində yerləşir. Şurnuxu  toponimi haqqında bir neçə faktlar gösdərilir . “Şır –şir “ səsli, küylü,  axan çay, adıyla bağlanır. Bunu Şiraklar, Şuraklar tayfasının adıylada bağlayırlar. Şurnuxu kəndi Gorus rayonunda ən böyük azərbaycanlı  kəndidir.  Kəndin ətrafında olan qədim kilsə, qəbirstanlığın qalıqları, kəndin yaxınlığında Kəpəz dağında yerləşən  ibadətgah onun tarixinin  qədimliyini sübut edən faktlardır.

Kənd ərazisindəki toponimlər: Baba dağ, Daşlı güney, Sarı yer, Kolabat, Ağsu, Qızlar bulağı, Uzun meşə, Göy bulaq, Güllü dərə, Quş bulağı, Göylük, Baba bulağı, Soyuq bulaq,  Yastı yasdan, Kəpəz dağı, Qəhrəman çiməni, Məcidli, Xarab körpü, Cəhənnəm dərəsi,  Üç ağac, Armudluq, Almalıq, Dəhnə, Göy bulaq,  Həşim bəy bulağı, Anabat, Qaramalıq, Mərcimək yurdu, Quzeygah, Qoşnalı bulağı, Kərim yeri, Çala yurdu, Qoyun damı, Quş bulağı, Layış bulağı, Tas, Qaranlıq meşə  və s.

Ağbulaq  – Zəngəzur  mahalının Gorus rayonunda kənd adıdr. Rayon mərkəzindən 40 km cənub – qərbdə , Kəpəz dağının ətəyində , meşənin içində yerləşir.   Ağbulaq  toponimi kəndin yaxınlığından,  Kəpəz dağından axan saf , şirin, dup – duru , cəeşənin adından götrülüb. Bu kənddə Ağkörpü tayfasının yaşadığıda sübut edilib . Kəndin ərazisindəolan  qədim yaşayış məkanları , Qələndər qalası   buna sübut olduğu bildirilir.

Kənd ərazisindəki  toponimlər: Gəlin qaya,  Dağ bulaq, Ağ bulaq, Yellicə, Xor – xor bulaq, Seyidlər düşən, Öküzlü, Çömçə bulaq, Aləmşah, Kəndirbaz, Zaman təpəsi, Çirişli, Dəf yalı, Şingirlik, Quzey qala, Vənli güney, Mac, Gamışlı yataq, Pullu bulaq, Qoğlan – qız, Sadıq gölü və s.

Şahverdilər – Zəngəzur  mahalının Gorus rayonunda  kənd adıdır. Rayon mərkəzindən 14 km cənubda, Gorus – Qafan şose yolunun kənarında, Bərgüşad çayının üzərində yerləşir. Kəndin adına Şahverdiuşağı da deyilirmiş, toponim kəndin əsasını qoyan  məşur nəslin adı ilə əlaqələnir. Kənd ətrafında olan qədim yaşayış qalıqları kəndin qədim türk tayfalarına aid olduğu sübut olunur.

Kənd ərazisindəki toponimlər: Cəhənnəm dərəsi, Süleyman bulağı, Oxçu kahası, Qara qaya, Düzülmə qaya, Dolayı bulaq, Dəlik daş, Heydərin yurdu, Qırlı bulaq, Cinli dərə, Qapı daşı və s.

Şamsız – Zəngəzur  mahalının Gorus rayonunda  kənd adıdır. Rayon mərkəzindən 42 km cənubda, Kəpəz dağının yaxınlığında, meşəlikdə yerləşir. Kənd qədim kənd olub, Qızılbaşların bir qolu olan Şamlı tayfasının məskunlaşsığı ərazidir. Zamanla kəndə müxdəlif tayfalar məskunlaşıb, sonralar isə əhalisi demək olar ki, azalıb. Bu da erməni daşnaqlarının zaman-zaman əraziyə hücumu nəticəsində əhalinin başqa yerlərə köçməsi, bu kəndi tərk edib başqa yerdə məskunlaşmasına səbəb olub.

Qurdqalaq – Zəngəzur  mahalının Gorus rayonunda  kənd adıdır. Rayon mərkəzindən 40 km cənub – şərqdə, Gorus–Qafan  avtomobil yolunun sağında, sıx meşənin içində, səfalı bir məkanda yerləşir. Qurdqalaq toponimi, kəndə məskunlaşan türk mənşəli qurd etnoniminə əsasən, yaranan etnotoponimdir. Türk mənşəli Qurd tayfasının burda məskunlaşması yəni Qurd tayfanın adı, qalaq isə toplum, qalanlara istinad olunur. Kəndə olan qədim qəbirsanlıq kəndin tarixinin keçməşə bağlı olduğunu sübut edir.

Kənd ərazisindəki toponimlər: Qiblə daşı,  Qızılqaya,  Soyuq bulaq,  Ağa çayı, Bəbir yurdu, Bəxtiyar dərəsi.

Adət-ənənələri:                                                                                                                                                            

Toy adətinə görə,  bu mahalda toy üç davam edirdi. Adətə görə, oğlan evi xonça tutub qız evinə “Paltar biçdi”yə gedərdi. Qız evi, adətə görə, süfrə açıb, gələnləri qarşılayardılar. Yemək süfrəsində hər kəs bir birilə söhbət edir, tanış olmayanlar tanış olardılar, məclis qızışardı. Sonda oğlan evindən gələn xonçalar açılıb məclisdə olan qohum-əqrabaya,  qonum–qonşuya, gələn qonaqlara gəlin üçün nə alınıbsa, onları göstərərdilər.  Qız evı nəmər hazırlayıb, gələn qonaqlara pay verərdi. Bu hadisələrin hər biri çox maraqlı olur, qız-gəlinlər neçə gün yığılıb, bir yerə bu prosesə hazırlaşardılar. Xına yaxdı gecəsi oğlan evindən yaxın qadın qohumlar,  qızın rəfiqələri, qız evindən yaxın qohum qadınlar yığılıb  Xına gecəsi keçirərdilər. Sabahsı isə toy mərasimi başlayardı . Əvvəlcə toybaşı seçilərdi (kənddə ən fəal, bir çox toylarda sınanmış kişi seçilirdi), toybaşı toyu təşkil edib, məzəli oyunlarla toyu idarə edirdi. Bu bölgənin maraqlı adətlərindən biri də, toyda rəqs edənlərdən biri  toybaşının əmrinə tabe olub, o cibindən nə çıxardırdısa, o da çibindən onu çıxardardı, əks halda uduzardı və toybaşı nə cəza verərdisə, onu  yerinə yetirərdi. Bəy doslarıyla maraqlı rəqs edər, adətə görə, bəyin sağdışı və soldışı ilə gəlinin sağdışı və soldışı rəqs edər, kim tez yorulsa, o xələt (yəni hədiyyə ) verərdi. Qızın sağdışı və soldışı oğlanın sağdışı və soldışına xüsusi xonca düzəldib, onlara satardılar. Qızlar istədiyi məbləği alana qədər oynayardılar.

Bayramlar: Cilə bayramı, Çərşənbə bayramı, Qurban bayramı, Orucluq bayramı .

Bayatılar:

Əzizim, ay  Ağ bulaq,
Ay damağı çağ bulaq,
Bildinmi heç sinəmə
Çəkildi min dağ bulaq.

Əzizim Daşlı güney,
Ay gözü yaşlı güney,
El dağlıdı başından
Başı savaşlı güney.

Əzizim, ay Göy bulaq,
Getdim qara gey, bulaq.
Səni ata bilməzdim,
Şahiddi yer, göy  bulaq.

Harayım,  ünüm Vətən
Xoş  gəlsin günün, Vətən
Gözün o tayda olsun,
Gözünə dönüm, vətən!

O şəhər, o da qala,
At məni oda, qala.
Qız sevdim mənim olsun,
Sevmədim yada qala.

Yuxuda gördüyüm, qız,
Saçını  hördüyüm, qız
Kaş  yuxum çin olaydı,
A,  könül  verdiyim qız.

Bəxtimə baxan qarı,
Bəxt  gəlmir mənə  sarı.
Görən  hansı  qızdadır
Ürəyimin açarı?

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəziləri müəyyən dövrdən sonra yaddaşlardan silinir, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə də, nəsillər bir-birini əvəz etsə də, öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, xalqın yolunda canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə, torpağa olan məhəbbət yaşayır. Vətən, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini də Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də elə bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an da belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan Vətən övladlarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur.

Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir. Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz və eləcə də bütövlükdə Azərbaycan xalqı fəxr edir. Ölkəmizin hər bölgəsindən   “Bu Vətən bizimdir” deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə fəda edən  igid və mərd oğullarını kimi  Gorus mahalından olan şəhudlərimizidə yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir.

Ağayarov Mehman Museyib oğlu
Ağayev  Habil  Kamran  oğlu
Adgözəlov  Elşən  Telman oğlu
Babayev Nizamı  Hidayət  oğlu
Dadaşov  Rafael  Cənnət  oğlu
Əsgərov  Şahin  Rəcəb  oğlu
Məmmədov  Müşfiq  Yusif  oğlu
Nifdəliyev  Azər  Bayram  oğlu
Orucov  Seymur  Şəmil  oğlu
Tahirov  Rahim  Əvəz  oğlu

Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq! Unutmayaq ki, onlar  ən ali qürur mənbəyimizdir.

Natavan Ağayeva
Avropa.info

Əvvəlki Yazı

Güney Azərbaycanla bağlı yeni araşdırmalar toplusu yayımlandı – FOTO

Növbəti Yazı

“Bu gün Britaniya ordusundan döyüşmək istənilsə, döyüşəcək”-Rob Maqovan

XƏBƏR LENTİ

Humanitar inkişaf və mədəni irsin bərpası – Laçın və Gəncə nümunələri

Humanitar inkişaf və mədəni irsin bərpası – Laçın və Gəncə nümunələri

11 Oktyabr 2025 / 14:56
7
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu- Fotolar

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu- Fotolar

10 Oktyabr 2025 / 6:51
43
Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin elektron bazası yaradılıb

Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin elektron bazası yaradılıb

10 Oktyabr 2025 / 6:44
31
XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanası müxtəlif tədbirlər proqramı ilə iştirak edir

XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanası müxtəlif tədbirlər proqramı ilə iştirak edir

07 Oktyabr 2025 / 7:03
36
“Zamanın Ziyalısı” sərgisi müəllimlərə həsr olundu – FOTO

“Zamanın Ziyalısı” sərgisi müəllimlərə həsr olundu – FOTO

06 Oktyabr 2025 / 21:15
35
“Xankəndi Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

“Xankəndi Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

06 Oktyabr 2025 / 20:01
17
Respublika Uşaq Kitabxanasının Kitab Sərgisi çərçivəsində tədbirləri davam edir

Respublika Uşaq Kitabxanasının Kitab Sərgisi çərçivəsində tədbirləri davam edir

06 Oktyabr 2025 / 16:59
34
XI Bakı Beynəlxalq Kitab Sərgisində diqqət çəkən təqdimat – FOTOLAR

XI Bakı Beynəlxalq Kitab Sərgisində diqqət çəkən təqdimat – FOTOLAR

06 Oktyabr 2025 / 16:17
10
QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu – FOTO

QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu – FOTO

06 Oktyabr 2025 / 0:22
5
“Mədəniyyət Könüllüləri” “Təbiətin Fırçası” layihəsinin təqdimatını keçirdi – FOTOLAR

“Mədəniyyət Könüllüləri” “Təbiətin Fırçası” layihəsinin təqdimatını keçirdi – FOTOLAR

04 Oktyabr 2025 / 19:55
21
Tarixi Zəfərdən GƏLƏCƏYƏ – Gənclərimiz üçün qəhrəmanlıq məktəbi

Tarixi Zəfərdən GƏLƏCƏYƏ – Gənclərimiz üçün qəhrəmanlıq məktəbi

02 Oktyabr 2025 / 20:40
6
Prezidentlərin görüşünün tarixi əhəmiyyəti

Prezidentlərin görüşünün tarixi əhəmiyyəti

02 Oktyabr 2025 / 20:36
8
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

01 Oktyabr 2025 / 17:23
35
“Taleyimizə tariximizdə əbədi yaşayacaq günlərin şahidi olmaq  xoşbəxtliyi yazıldı” – KXCP sədri

“Taleyimizə tariximizdə əbədi yaşayacaq günlərin şahidi olmaq xoşbəxtliyi yazıldı” – KXCP sədri

27 Sentyabr 2025 / 18:27
25
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

25 Sentyabr 2025 / 21:27
45
27 sentyabr 2020-ci il, həm də 100 il əvvəl qırılan Türk xəttinin yenidən bərpası idi – Deputat

27 sentyabr 2020-ci il, həm də 100 il əvvəl qırılan Türk xəttinin yenidən bərpası idi – Deputat

25 Sentyabr 2025 / 17:50
35
“Ulus” Fondu Vətən Savaşçıları abidələrinin monitorinqinə başlayır – FOTO

“Ulus” Fondu Vətən Savaşçıları abidələrinin monitorinqinə başlayır – FOTO

24 Sentyabr 2025 / 11:54
6
Ümumi nəticəyə təsir göstərən mühüm MƏQAM: Bu şərtlərin qəbulu mümkün görünmür

Qulamhüseyn Əlibəyli: “İsrailin cinayətləri beynəlxalq hüququ hərəkətə gətirəcək”

20 Sentyabr 2025 / 18:59
260
Məhkəmə Adnan Əhmədzadə barəsində həbs qərarı verdi

Məhkəmə Adnan Əhmədzadə barəsində həbs qərarı verdi

20 Sentyabr 2025 / 14:00
13
İlham Əliyev 20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib – VİDEO – FOTO

İlham Əliyev 20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib – VİDEO – FOTO

20 Sentyabr 2025 / 0:04
8
Bu ölkədə rüsvayçı ənənə: Qadağan olunmasına baxmayaraq gizlicə edirlər

Bu ölkədə rüsvayçı ənənə: Qadağan olunmasına baxmayaraq gizlicə edirlər

19 Sentyabr 2025 / 20:38
11
Türkiyədə “Sakit şəhərlər”in sayı artdı: Çameli də siyahıya qoşuldu – FOTO

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı: Çameli də siyahıya qoşuldu – FOTO

19 Sentyabr 2025 / 20:27
9
Ərdoğandan Netanyahuya SƏRT CAVAB: “Onu sizə verməyəcəyik”

Ərdoğandan Netanyahuya SƏRT CAVAB: “Onu sizə verməyəcəyik”

19 Sentyabr 2025 / 20:24
9
“”Yaşıl dünya” anlayışları” adlı layi­hə üzrə fəaliyyətlər davam edir

“”Yaşıl dünya” anlayışları” adlı layi­hə üzrə fəaliyyətlər davam edir

19 Sentyabr 2025 / 20:15
15
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Akademik Musiqili Teatr yeni mövsümə bu tamaşa ilə başladı – FOTOLAR

19 Sentyabr 2025 / 20:13
4
Fransanın yeni səfiri Bakıda

Yeni səfir Fransa-Azərbaycan əlaqələrini möhkəmləndirmək istəyir

19 Sentyabr 2025 / 19:53
1
Rusiya qırıcıları paytaxta yaxınlaşdı – NATO hərəkətə keçdi

Rusiya qırıcıları paytaxta yaxınlaşdı – NATO hərəkətə keçdi

19 Sentyabr 2025 / 19:02
8
Fransanın yeni səfiri Bakıda

Fransanın yeni səfiri Bakıda

19 Sentyabr 2025 / 17:50
3
Prezidentdən FƏRMAN – “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılır

Prezidentdən FƏRMAN – “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılır

19 Sentyabr 2025 / 17:31
7
Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gələcək – Foruma qatılacaq

Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gələcək – Foruma qatılacaq

19 Sentyabr 2025 / 15:57
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.