21 - 06 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

QHT “Qarabağa və Şərqi Zəngəzura köçürülmüş sakinlərə dəstək tədbirləri” layihəsinə yekun vurdu

Noyabr 10, 2024
Cəmiyyət
A A

Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağa və Şərqi Zəngəzura köçürülmüş sakinlərə dəstək tədbirləri” layihəsinə Laçın şəhərində 8 noyabr Zəfər bayramı günündə yekun vurdu.
Tədbir ilk öncə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.
Açılış nitqi ilə çıxış edən Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatının sədri, layihənin koordinatoru Vüqar Qədirov Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə, Ağcabədi, Zəngilan, Füzuli və Laçın rayonlarında həyata keçirilən layihə barədə məlumat verdi və layihəni dəstəklədiyinə görə Agentliyə minnətdarlığını bildirdi.Vüqar Qədirov çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun  44 gün davam edən Vətən Müharibəsində 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan, 1 milyondan artıq soydaşlarımızı öz dədə-baba torpaqlarından zorla çıxararaq qaçqına, məcburi köçkünə çevirən, 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törədən, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirən  Ermənistanı darma-dağın edərək kapituliyasiya aktını imzalamağa məcbur etməklə öz ərazi bütovlüyünü bərpa etdiyini, Laçın, Ağdam, Kəlbəcər rayonlarının bir güllə atılmadan Azərbaycana qaytarıldığını bildirdi. Natiq çıxışında Müzəffər Ordumuzun 2023-cü ilin sentyabr ayının 20-də bir gündən də az apardığı antiterror əməliyyatı nəticəsində  Qarabağda öz Dövlət suverenliyini bərpa etdiyini, bununlada Azərbaycan torpaqlarında yuvalanmış, 200 ildən artıq terror, təxribat, işğal siyasəti həyata keçirən ermənilərə və ona havadarlıq edən dövlətlərin təcavüzkar siyasətinə birdəfəlik son qoyduğunu qeyd etdi.
Vüqar Qədirov 30 ilə yaxın sülhyarta missiyası adı altında ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 Qətnaməni yerinə yetirməsi üçün  ermənistana heç bir təzyiq göstərmədiyini,  bağlı qapılar arxasında bu münaqişənin hərbi yolla həllinin mümkün olmadığını bildirməklə Azərbaycanı təslimçi sülhə imza atmağa məcbur etməyə çalışdıqlarını, öz güclü iradəsi, Dövlət-Xalq birliyi nəticəsində ləyaqətli müharibə apararaq işğal altındakı torpaqlarını düşmən tapdağından azad edən Vətənimiz  Azərbaycana qarşı ən çirkin böhtan, iftira kompaniyası aparmaqla təzyiq göstərməyə, revanşist qüvvələrə dəstək verməklə müqəddəs qələbəmizi şübhə altına almağa çalışdıqlarını bildirdi.
“Böyük Qayıdış Dövlət Proqramı” çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti-quruculuq işlərinin sürətlə davam etdiyini, Laçın şəhərinin də simasını dəyişərək ölkəmizin  ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirən natiq Azərbaycan Respublikasının Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəsi cənab Məsim Məmmədova və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşlarına öz minnətdarlığını bildirdi.
Layihənin psixoloqu, “Zirvə” Mədəniyyət və incəsənət ictimai birliyinin sədri, Birinci Qarabağ Müharibəsinin veteranı, şair Şahin Qədirov çıxışında düşmən üzərində qazandığımız qələbənin bütün Xalqımızın mənəvi-psixoloji durumuna öz müsbət təsirini göstərdiyini, bütün keçmiş məcburi köçkün əhalinin tezliklə öz dədə-baba yurduna qayıtmalarını səbrsizliklə gözlədiklərini bildirdi. Şahin Qədirov: “Birinci Qarabağ Müharibəsində tələbə ikən Laçına könüllü olaraq döyüşə gəldim, lakin vahid komandanlığın olmaması, pərakəndəlik nəticəsində   biz Laçın kimi Vətən torpaqlarını qoruya bilmədik. Uzun illər qaçqın, məcburi köçkün adını daşımağa məcbur olduq ki, bu da hər birimizdə mənəvi sarsıntı, depressiyanın yaranmasına səbəb oldu. Şükürlər olsun ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə biz 21-ci əsrin müharibəsin apararaq işğal altındakı torpaqlarımızı azad etdik, bu gün qürurla Laçın şəhərinin daimi sakinləri ilə Zəfər bayramı günü bir aradayıq. Layihə çərçivəsində Füzulidə, Zəngilanda bu gün isə Laçın şəhərində daimi məskunlaşmış həmvətənlərimizin necə məğrur, Vətəninə bağlı, hər birinin qurub yaratmaq əzmini görəndə insanın ruhu daha da təzələnir,  yaşamaq həvəsi daha da artır” deyən deyən natiq bayram günü münasibətilə Xalqımızı təbrik edərək çıxışına yekun vurdu.
Layihənin eksperti Turanə Orucova Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində Dövlətimiz tərəfindən Qarabağda və Şərqi Zəngəzurda görülən işlər barədə məlumat verdi. O, çıxışında Laçında, Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda, Kəlbəcərdə, Xocalıda, Xankəndidə, Qubadlıda və s. rayonlarımızda aparılan tikinti -quruculuq işlərindən, yüksək infrastruktura malik yaşayış komplekslərində yaşayan sakinlərin işlə təmin olunmasından, gələcəkdə həmin ərazilərdə yeni iş yerlərinin açılması üçün görülən işlərdən danışdı.
Laçın şəhər Lasinema klubda keçirilən möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidentinin Laçın rayonunda Xüsusi nümayəndəsi Məsim Məmmədov, Xüsusi nümayəndəliyin əməkdaşları,  Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Laçın şəhər sakinləri iştirak edirdilər.
Tədbirdən sonra  Azərbaycan Respublikasının Prezidentinin Laçın rayonunda Xüsusi nümayəndəliyinin və “Laçın Abadlıq Xidməti” ASC-nin birgə təşkil etdiyi böyük konsert proqramı hər bir iştirakçıda böyük əhval-ruhiyyə və xoş ovqatın yaranmasına səbəb oldu.



Əvvəlki Yazı

Mənsurə Cavid qətlə yetirildi

Növbəti Yazı

Mirzoyan COP-29 da iştirak edecek?

XƏBƏR LENTİ

Ərdoğan: Netanyahu regional sülhə ən böyük maneədir

Ərdoğan: Netanyahu regional sülhə ən böyük maneədir

21 İyun 2025 / 15:47
26
“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

“Bakcell”in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

21 İyun 2025 / 14:22
34
Ərdoğanla Paşinyanın görüşü başladı

Paşinyanın səfərinin detalları: Ərdoğandan 3 istəyi var…

21 İyun 2025 / 8:59
18
Araqçi: ABŞ regionda müharibəyə qoşularsa, İran Amerika hərbçilərinə cavab zərbələri endirəcək

Araqçi: ABŞ regionda müharibəyə qoşularsa, İran Amerika hərbçilərinə cavab zərbələri endirəcək

21 İyun 2025 / 8:45
30
Rusiya ABŞ-a İrana hücum etməməyi tövsiyə edib

Rusiya ABŞ-a İrana hücum etməməyi tövsiyə edib

21 İyun 2025 / 8:31
63
Braziliyada güclü yağışlar 3 nəfərin həyatına son qoyub

Braziliyada güclü yağışlar 3 nəfərin həyatına son qoyub

21 İyun 2025 / 8:02
39
İsrail İranın Qum şəhərində mülki binaya hücum edib, 1 nəfər ölüb

İsrail İranın Qum şəhərində mülki binaya hücum edib, 1 nəfər ölüb

21 İyun 2025 / 7:32
61
İranda 5,5 bal gücündə zəlzələ baş verib

Birqütblü dünya keçmişdə qaldı: İndoneziya Prezidenti Subianto

20 İyun 2025 / 23:48
44
İranda 5,5 bal gücündə zəlzələ baş verib

İranda 5,5 bal gücündə zəlzələ baş verib

20 İyun 2025 / 23:45
50
Putin İstanbulda sülh danışıqlarını müzakirə edib

Vladimir Putin: “Biz İranı dəstəkləyirik”

20 İyun 2025 / 22:03
26
Türkiyənin birinci xanımı Əminə Ərdoğan YKS-də iştirak edən tələbələrə uğurlar dilədi

Türkiyənin birinci xanımı Əminə Ərdoğan YKS-də iştirak edən tələbələrə uğurlar dilədi

20 İyun 2025 / 21:52
33
Dünyanın gözlədiyi an: İran danışıqlar masasına oturur

Dünyanın gözlədiyi an: İran danışıqlar masasına oturur

20 İyun 2025 / 21:22
65
Təqsirləndirilən Bako Sahakyan Məhkəmədə Aprel döyüşləri ilə bağlı etiraf etdi

Təqsirləndirilən Bako Sahakyan Məhkəmədə Aprel döyüşləri ilə bağlı etiraf etdi

20 İyun 2025 / 21:06
51
ABŞ-dan İranı sarsıdacaq qərar: Siyahı açıqlandı

ABŞ-dan İranı sarsıdacaq qərar: Siyahı açıqlandı

20 İyun 2025 / 21:00
26
Rusiya Prezidenti Putin: Üçüncü Dünya Müharibəsi ehtimalı artır

Rusiya Prezidenti Putin: Üçüncü Dünya Müharibəsi ehtimalı artır

20 İyun 2025 / 20:55
26
Antalya yaxınlığında 3,8 bal gücündə zəlzələ baş verib

Türkiyənin Bodrum vilayətində güclü zəlzələ baş verib

20 İyun 2025 / 20:48
5
Ərdoğanla Paşinyanın görüşü başladı

Ərdoğanla Paşinyanın görüşü başladı

20 İyun 2025 / 20:19
46
ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqları təklif edir

ABŞ-ın İrana qarşı yeni sanksiyaları

20 İyun 2025 / 20:07
53
Saatlıda 18 yaşlı gənc çayda batib

Saatlıda 18 yaşlı gənc çayda batib

20 İyun 2025 / 20:05
37
Qax rayonunda təmir sexində yanğın baş verib

Qax rayonunda təmir sexində yanğın baş verib

20 İyun 2025 / 18:28
32
BMT İsraili media quruculuğunu hədəfə aldığı üçün “beynəlxalq hüquq”la bağlı xəbərdar edir

BMT İsraili media quruculuğunu hədəfə aldığı üçün “beynəlxalq hüquq”la bağlı xəbərdar edir

20 İyun 2025 / 17:25
48
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb

20 İyun 2025 / 16:49
119
Bakida taksi ilə skuter toqquşdu – Yeniyetmə öldü-Video

Bakida taksi ilə skuter toqquşdu – Yeniyetmə öldü-Video

20 İyun 2025 / 16:44
33
“Abzas Media” işi üzrə məhkəmə istintaqı yekunlaşdı

“Abzas Media”-nin işində 7 nəfərə hökm oxundu

20 İyun 2025 / 16:26
106
Böyük Britaniya hava məkanı açıldıqdan sonra vətəndaşlar üçün Təl-Əvivdən çarter reysləri həyata keçirəcək

Böyük Britaniya hava məkanı açıldıqdan sonra vətəndaşlar üçün Təl-Əvivdən çarter reysləri həyata keçirəcək

20 İyun 2025 / 16:18
65
İranda İsrail əleyhinə aksiyalar keçirilir -Fotolar

İranda İsrail əleyhinə aksiyalar keçirilir -Fotolar

20 İyun 2025 / 15:47
58
Həcc ziyarətinin qiymətləri niyə bahalaşır? – AÇIQLAMA

İranlı zəvvarlar Səudiyyə Ərəbistanında çətin vəziyyətdə qaldılar

20 İyun 2025 / 15:38
80
İranda rejim çökərsə, nə baş verər? –  Masadakı SSENARİLƏR

İranda rejim çökərsə, nə baş verər? – Masadakı SSENARİLƏR

20 İyun 2025 / 15:34
55
Egeydən Aralıq dənizinə: Türkiyənin sualtı dünyasına səyahət – FOTOLAR

Egeydən Aralıq dənizinə: Türkiyənin sualtı dünyasına səyahət – FOTOLAR

20 İyun 2025 / 15:08
31
Türkiyənin sahil şəhərlərini yaxta turları ilə kəşf edin – FOTO

Türkiyənin sahil şəhərlərini yaxta turları ilə kəşf edin – FOTO

20 İyun 2025 / 15:04
64
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.