Bakıda tanınmış italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətin gücü” (Force of Nature) adlı Yer kürəsini “tutub saxlamağa çalışan qadın” heykəli sökülüb.
Avropa.info Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Xatırladaq ki, Kuinnin heykəlləri Londonda, Qətərdə və ABŞ-da nümayiş olunub.
“Təbiətin gücü” əsəri 2 cür hazırlanıb: paltarlı və paltarsız. Bakıda paltarsız versiyası qoyulmuşdu.