Moldovada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Avropa .info xəbər verir ki, Moldova Mərkəzi Seçki Komissiyası artıq səslərin 76%-nin sayıldığını bildirib.
Hazırkı nəticəyə görə, Stoyanoğlu 52,02% səslə liderdir. Hazırkı Prezident Maya Sandu isə 47,98% səs toplayıb.
***
Bülletenlərin 90%-nin sayılmasından sonra nəticələr belədir:
Aleksandr Stoyanoğlu – 50,81%
Maya Sandu – 49,19%
***
Bülletenlərin 95%-i sayılandan sonra nəticələr belədir:
Aleksandr Stoyanoğlu – 48,14%
Maya Sandu – 51,86%.
Maya Sandu əsas etibarilə Moldovadan kənarda, Avropa ölkələrində olan diaspordan ciddi səs alır.
Qeyd edək ki, 20 oktyabrda keçirilən prezident seçkilərində qalib müəyyənləşməmişdi. İkinci turda hazırkı dövlət başçısı Maya Sandu və keçmiş baş prokuror Aleksandr Stoyanoğlu yarışır.
Aleksandr Stoyanoğlu etnik qaqauzdur