Rusiyanın Bryansk vilayətində zərərsizləşdirilən muzdlular arasında ABŞ, Polşa və Kanada vətəndaşları da var.
Avropa .info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Hüquq-mühafizə orqanlarının məlumatına görə, Bryansk vilayətində zərərsizləşdirilən muzdlular arasında ABŞ, Polşa və Kanada vətəndaşları da var. Həmçinin Rusiya vətəndaşları… Bunlar ilkin məlumatlardır”, – Zaxarova deyib
Oktyabrın 28-də Bryanskda Rusiya-Ukrayna dövlət sərhədini pozmağa cəhdin qarşısı alınıb, 4 diversant öldürülüb. Qrupun qalan hissəsi raket zərbəsi ilə zərərsizləşdirilib. Rusiya mediası yazır ki, məhv edilmiş diversantlardan xarici silah, texnika və rabitə vasitələri, habelə üçüncü ölkələrə mənsub olduğunu göstərən şəxsi əşyalar aşkar edilib