Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Gürcüstan hakimiyyətinə qarşı təhdidlərini ironik şəkildə şərh edib.
Avropa.info yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Zaxarova özünün Telegram kanalında paylaşım edib.
“Demokratiya, cənab, biz gəldik. Növbəti stansiya neokolonializmdir”, – Zaxarova yazıb.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan “Gürcü arzusu” fraksiyası 54,3% səslə qalib gəlib.