23 - 05 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

“Milli Cəbhə Partiyası bu gün ən öndə olan partiyalar arasındadır” – Müsahibə

Oktyabr 28, 2024
Gündəm
A A
Milli Cəbhə Partiyasının Başqanı, deputat Razi Nurullayevlə AXCP-dən ayrılmalar və müxalifətin gələcəyi barədə müsahibə.
  • AXCP-dən Asif Yusiflinin ardınca AXCP Ali Məclisin sədri Nurəddin Məmmədli də istefa verdi. Siz bu istefaları necə dəyərləndirirsiniz?

– AXCP-də başlanan istefalar gözlənilən idi və davam edəcək. Bu istefalar Əli Kərimlinin onilliklər boyu yarıtmaz və nəticəsiz siyasətindən doymuş insanların son çarəsi və çırpıntılarıdır. Nurəddin Məmmədli və Asif Yusifli kimi təcrübəli şəxslərin AXCP-dən ayrılmaları Əli Kərimlinin artıq neçənci dəfə siyasi çöküşüdür. Adam siyasi cəhətdən yıpranıb, amma bunu qəbul etmək istəmir və müxtəlif bəhanə və siyasi vədlərlə insanları yanında saxlamaq üçün tədbirlər görür. Amma, daha Əli Kərimlinin də deməyə yeni sözü və ideyası yoxdur deyə ətrafındakılar da piçı-pıçıya başlayıb. Onlar görür ki, Əli Kərimli danışdığı və göründüyü kimi deyil. O daxili ziddiyyətlər və nifrətlə dolu anlaşılmaz bir insandır. Əli Kərimli təbiətən çox qəddar və diktatorluğa meyllidir. Bəlkə də Azərbaycan siyasətində ondan çox özünə vurğun və fərqli fikri qəbul etməyən ikinci şəxs yoxdur.

Onun ətrafında olanların narazılığı həm də odur ki, o başqalarına qol-qanad açmağa, fərqli işlər görməyə, fərqli müsahibə və fərqli strategiya qurmağa icazə vermir. Bütün məsələlərdə o haqlıdır, o düşünür ki, ondan gözəl və bəlağətli danışan yoxdur, ondan gözəl strategiya düşünən də ola bilməz. Elə ki, ona sual verilir ki, bəs nəticə hanı, o həmin an sual verən şəxsi satqın elan edir və təəsüflər olsun ki, onun ən gözəl bacardığı iş də elə budur.

4-5 seçkidir ki, AXCP-də olanlar qatılmaq tərəfdarıdır və güclərini yoxlamaq istəyirlər. Əli Kərimli icazə vermir. İndi onun yanında olanlar düşünür ki, biz burada nə ilə, hansı siyasət ilə məşğuluq? Nə qədər özümüz deyib, özümüz bəyənib, özümüz paylaşacağıq? Hanı o vəd olunan xarici dəstək, hakimiyyət, vəzifələr və biznes imkanları?

Belə götürəndə Əli Kərimlinin maliyyə cəhətdən dəstəkçiləri var və pis yaşamır. Bəs onun yanındakılar? Həqiqətən normal yaşaya bilmirlər və bəziləri o qədər fanatlaşmışdı ki, az qala ailəsindən imtina etmişdi. Amma. İndi vəziyət dəyişib. Daha köhnə nağıllara inanan da kəskin azalıb.

Narazılığın başqa bir səmti isə qərarların fərdi qaydada verilməsi və sonra öz iradəsinı uyğun qəbul etdirilməsidir. Əli Kərimlinin siyasi kursu, idarəetməsi çox qüsurludur və yanında olanların da artıq gözü açılıb.

  • Siz də AXCP-də olmusunuz və sonra yollarınızı ayırmısınız. Bu qərarınızın səbəbləri nə idi?

– Çox insanlar sual verdi ki, Razi Nurullayev niyə getdi. Mən gedəndə nə demişdimsə, nə hərəkət etmişdimsə, bu gün də həmin mövqeyimi və duruşumu saxlayıram. 2015-ci ilə kimi AXCP-də Əli Kərimli ilə birlikdə oldum. Mən nə qazandım və xalqa nə verə bilmişdim?

Üzvlərimiz nə qazandı? Heç nə. Əli Kərimlinin özü nə qazandı? Bu gün cəmiyyətdə nəyəsə təsir göstərib həll edə bilirmi? Yox. Amma vətəndaşlar nəticə istəyir. Həll görmək istəyirlər. 2015-ci ildə getdim, partiya formalaşdırdım. Bu gün mən parlamentdəyəm. 2018, 2024-cü illərdə prezidentliyə namizəd oldum. Bu gün bütün Azərbaycan məni normal siyasətçi kimi tanıyır və ölkədə üzdə olan siyasətçilərdən biriyəm.

Cəbhəçilərə yazığım gəlir. Onlara düzgün seçim etməyi və Əli Kərimlinin yanından uzaqlaşmağı tövsiyə edirəm. Siyasi partiyalar və gələcəyi aydın görən təşkilatlar var. Gəlin onlarla birlikdə daha gözəl, daha demokratik və daha abad Azərbaycan üçün siyasi mübarizə aparın. Özünüzü yeni təşkilatlarda sınayın ki, potensialınız üzə çıxsın. Xalqa, millətə, Azərbaycana xidmət etmək üçün Əli Kərimlinin yanında olmağa ehtiyac yoxdur. Çünki, o zaman ancaq və ancaq onun məntiqsiz iddialarının girovuna çevriləcəksiniz.

  • Əli Kərimlinin siyasi kursunda hansı problemləri görürsünüz?

– İnkarçılıq. Onun üçün müqəddəs heç nə yoxdur. Siyasi maraqlar üçün baş kəsər, qan tökər. Mən bu cür siyasəti qəbul etmirəm. O, hakimiyyətə gəlmək üçün minlərlə qurban verməyə də hazırdır. Özündən yox, amma yanındakılardan. Bu da kənar müşahidəçi üçün çılpaq şəkildə görünür. Əli Kərimlinin siyasətində ən böyük problem bütün maliyyə və insan resurslarını özünün şəxsi liderliyini qorumağa yönəltməsidir. Bu, partiyanın ümumi mübarizədən çox fərdi siyasətə fokuslanmasına səbəb olur. Həm də dediyim kimi fikir müxtəlifliyi üçün məhdud imkanlar var. AXCP-də fərqli düşüncələrə yol verilmir.

  • Necə düşünürsünüz, AXCP-dən gedənlər Milli Cəbhə Partiyasına qoşula bilərlər? Sizin fəaliyyətiniz onları qane edə bilərmi?

– Niyə də etməsin ki? Milli Cəbhə Partiyası bu gün ən öndə olan partiyalar arasındadır və konkret uğur hekayəsi var. Professional siyasətlə məşğul olmaq istəyənlər arzularını bizim partiyada gerçəkləşdirə bilərlər. Bizim partiya sosial-demokratiya ideoloji xəttinə əsaslanaraq Azərbaycanın demokratik gələcəyinə töhfə vermək yolunu tutub.
İllərlə əldə etdiyim təcrübə ilə ölkəyə daha faydalı olmaq, gənclərin inkişafına yol açmaq istəyirəm. Milli Cəbhə Partiyasında şəffaf idarəetmə modeli və hər kəsin fərqli fikir söyləmək imkanları var. Bu, bir çox müxalifət üzvünün axtardığı platformadır.

Hədəfimiz Azərbaycanın daha güclü və daha azad bir cəmiyyət olaraq inkişaf etməsidir. Hər bir vətəndaşın hüququnu və azadlığını qorumaq bizim üçün əsas meyarlardan biridir

Əvvəlki Yazı

Özbəkstanda seçki başa çatıb

Növbəti Yazı

Saakaşvili müxalifətə çağırış edib

XƏBƏR LENTİ

“Gəncliyin Qalası: Təhsil və sağlamlıq” – Yeni layihənin icrasına başlanılıb

“Gəncliyin Qalası: Təhsil və sağlamlıq” – Yeni layihənin icrasına başlanılıb

22 May 2025 / 20:37
4
ABŞ Stanford Universitetinin tələbələri Qəzzalılara dəstək olaraq aclıq aksiyasına başlayıblar

ABŞ Stanford Universitetinin tələbələri Qəzzalılara dəstək olaraq aclıq aksiyasına başlayıblar

22 May 2025 / 20:18
99
Pakistanin Baş Naziri Şahbaz Şərif Azərbaycana gəlir

Pakistanin Baş Naziri Şahbaz Şərif Azərbaycana gəlir

22 May 2025 / 20:08
73
Baş Prokuror Kamran Əliyev Vyanada işgüzar səfərdədir – FOTOLAR

Baş Prokuror Kamran Əliyev Vyanada işgüzar səfərdədir – FOTOLAR

22 May 2025 / 16:58
27
ATV-nin “Rəngarəng” verlişində Müğənnilər arasında gərgin anlar yaşandı

ATV-nin “Rəngarəng” verlişində Müğənnilər arasında gərgin anlar yaşandı

22 May 2025 / 16:44
22
“1991-ci ildə keçirilən referendumda vətəndaşların əksəriyyəti SSRİ-nin saxlanmasına səs verib”-Nina Ostanina

“1991-ci ildə keçirilən referendumda vətəndaşların əksəriyyəti SSRİ-nin saxlanmasına səs verib”-Nina Ostanina

22 May 2025 / 16:34
56
Əhməd Əş-Şara Avropa Şurasının sədri Antonio Koşta ilə telefon danışığı aparıb

Əhməd Əş-Şara Avropa Şurasının sədri Antonio Koşta ilə telefon danışığı aparıb

22 May 2025 / 12:52
39
Sabirabadda 21 yaşlı oğlan yeniyetmə qızı öldürüb, Kürə atdı

Sabirabadda 16 yaşlı öldürülən gəlinin anası yoxa çıxıb

22 May 2025 / 12:44
64
Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq

Qurban bayramında 4 gün ardıcıl iş olmayacaq

22 May 2025 / 12:37
58
Naxçıvan Konstitusiyasına hansı dəyişikliklər ediləcək?

Naxçıvan Konstitusiyasına hansı dəyişikliklər ediləcək?

22 May 2025 / 12:18
39
Baş Nazir Əli Əsədov yeni qərar imzaladi

Baş nazir Əli Əsədov qərar imzalayıb

22 May 2025 / 11:17
22
Sahil Babayev rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb

Sahil Babayev rayonlardakı şöbələri ləğv edilib və regional idarələr yaradılıb

22 May 2025 / 11:11
53
İstanbulda narkotik əməliyyatında 272 narkotik alverçisi saxlanılıb

İstanbulda narkotik əməliyyatında 272 narkotik alverçisi saxlanılıb

22 May 2025 / 9:54
25
Həyat yoldaşı onu görmək istəmədiyi halda səfirliyə silahla basqın edən şəxs edam edilib

Həyat yoldaşı onu görmək istəmədiyi halda səfirliyə silahla basqın edən şəxs edam edilib

22 May 2025 / 9:43
40
Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb

Ceyhun Bayramov BƏƏ xarici işlər naziri ilə telefon danışığı aparib

22 May 2025 / 9:34
5
Fransız aşpaz tərəfindən qan donduran qətl: Öldürdü, doğradı, bişirdi

Fransız aşpaz tərəfindən qan donduran qətl: Öldürdü, doğradı, bişirdi

22 May 2025 / 9:11
107
Antalya yaxınlığında 3,8 bal gücündə zəlzələ baş verib

Egey dənizində 6 bal gücündə zəlzələ

22 May 2025 / 8:26
63
Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb

Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb

22 May 2025 / 8:17
67
Kanada: İsrailin diplomatlara atəş açması tamamilə qəbuledilməzdir

Kanada: İsrailin diplomatlara atəş açması tamamilə qəbuledilməzdir

22 May 2025 / 7:38
38
Şimali Koreyaya məxsus döyüş gəmisi  sürüşmə yolundan düşüb

Şimali Koreyaya məxsus döyüş gəmisi  sürüşmə yolundan düşüb

22 May 2025 / 7:31
64
Rusiya Prezidenti ilə ABŞ Prezidenti arasında telefon danışığı olub

“Tramp atəşkəsin bərpası və sanksiya hədələrindən imtina etdiyini açıq şəkildə bildirib”- Blumberq

22 May 2025 / 7:07
57
Zakir Həsənov Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib -FOTOLAR

Zakir Həsənov Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib -FOTOLAR

21 May 2025 / 16:37
4
Ərdoğan İlham Əliyevi baba olmaq münasibətilə təbrik edib – VİDEO

Ərdoğan İlham Əliyevi baba olmaq münasibətilə təbrik edib – VİDEO

21 May 2025 / 16:13
40
TDT-dən Əziz Sancara “Ali Şir Nevai Beynəlxalq Mükafatı

TDT-dən Əziz Sancara “Ali Şir Nevai Beynəlxalq Mükafatı

21 May 2025 / 16:03
20
Prezident İlham Əliyev Budapeştdə tədbirdə iştirak edir – Fotolar

Prezident İlham Əliyev Budapeştdə tədbirdə iştirak edir – Fotolar

21 May 2025 / 12:41
18
Anqola Prezidenti Prezident İlham Əliyevə zəng edib

Prezident İlham Əliyev: “Bu beynəlxalq konfrans soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına önəmli töhfə verəcəkdir”

21 May 2025 / 12:32
18
Prezident Ərdoğan Macarıstanda işgüzar səfərdə

Prezident Ərdoğan Macarıstanda işgüzar səfərdə

21 May 2025 / 12:06
16
Lavrov Yerevanda Mirzoyanla görüşdü-Fotolar

Lavrov Yerevanda Mirzoyanla görüşdü-Fotolar

21 May 2025 / 12:00
13
ABŞ və AB İsrailə qarşı tədbir görür:Sazişə yenidən baxılır

ABŞ və AB İsrailə qarşı tədbir görür:Sazişə yenidən baxılır

21 May 2025 / 8:54
6
 İsrail Ordusu Qəzzada daha 78 fələstinlini öldürüb

 İsrail Ordusu Qəzzada daha 78 fələstinlini öldürüb

21 May 2025 / 8:42
58
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.