Qəbələ də avtomobil qəzası baş verib.
Avropa .info xəbər verir ki, hadisə rayonun Soltannuxa kənd ərazisində Əmili kənd istiqamətində baş verib.
İlkin məlumata əsasən, VAZ 21015 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 1 nəfər də ağır bədən xəsarəti alıb.
DIN Şəki regional qrupundan APA-ya bildirilib ki, baş vermiş avtomobil qəzası ilə bağlı araşdırma aparılır.