Beynəlxalq Cinayətlər Məhkəməsi (BCM) Monqolustanı Roma Statutunu pozmaqda ittiham edib.
Avropa . info xəbər verir ki, bu barədə beynəlxalq qurumun bəyanatında deyilir.
Bildirilir ki, Monqolustan Rusiya Prezidenti Vladimir Putin öz ərazisində olarkən onu həbs etməyib və məhkəməyə təhvil verməyib, bununla da BCM-in öz funksiyalarını yerinə yetirməsinə mane olub.
Məhkəmə Monqolustanın bu quruma üzvlüyünə baxılması məsələsini statutu imzalayan ölkələrin müzakirəsinə çıxarıb.
Rusiya lideri Monqolustana sentyabrın 3-də səfər edib