Xəbər verdiyimiz kimi, Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRİKS Sammitinin “Outreach”/“BRİKS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə gedib.
Avropa.info Axar az-az istinadən xəbər verir ki, Prezident İlham Əliyevi Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun xüsusi və səmimi qarşılaması diqqət çəkib.
Prezident Əliyev milli tatar yeməyi çək-çəkə (xəmirdən və baldan hazırlanan qida. Türk xalqlarına məxsus milli yeməkdir, daha çox başqırd, tatar və qazaxlar istifadə edir – red.) qonaq edilib.
Sözügedən görüntüləri təqdim edirik: