15 - 10 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Kriminal

Keçmiş icra başçısının oğlu ölkədən qaçdı

Oktyabr 23, 2024
Kriminal
A A
Bakı Ağır Cinayətlər Məhkəməsində “Uniklinika”nın baş həkimi Aruz Əliyevlə Etiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.Avropa.info xəbər verir ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.İş üzrə Zərdab və Mingəçevirin 14 il boyunca icra başçısı olmuş Lütvəli Babayevin oğlu Babəli Babazadənin adı zərərçəkən olaraq keçir. Babaəli Babazadə vergidən 1 milyon manat yayınmaqda suçlanır, hətta buna görə ölkədən qaçdığı iddiası da var.

Müttəhimlər 2 milyon manatlıq dələduzluqda ittiham olunurlar. Cinayət işinin materiallarına görə, Babaəli Babazadənin tikinti şirkətinin 1 milyon manatlıq vergi borcuna görə ona məktub gəlib. Həkim-cərrah olan dostu Aruz Əliyev ona ölkədən getməsini məsləhət görüb. Babaəli Babazadə Türkiyəyə qaçıb və Azərbaycandakı işlərinin yönəldilməsindən ötrü Aruz Əliyevə baş etibarnamə verib. Türkiyədə olduğu müddətdə onun bir evi və bir obyekti satılıb. İttihama görə, 2 milyon manatı təqsirləndirilən Aruz Əliyev və Etiram Kərimov mənimsəyib.

Təqsirləndirilən şəxslər bu ittihamı qəbul etmir, Babaəli Babazadənin onları şərlədiyini deyirlər.

Bildirirlər ki, əmlakları sabiq icra başçısının oğlunun istəyi ilə satıb, pulu da özünə göndəriblər. Orada xərcləyib, indi atasının qorxusundan yalan danışır. Bu cinayət işi üzrə Babaəli Babazadə zərərçəkmiş, atası da şahid kimi dindirilib. Prosesdə müttəhimlərin vəkilləri müvəkkilləri barəsində qəti imkan tədbrinin dəyişdirilməsini istəyiblər. Aruz Əliyevin vəkili deyib ki, müvəkkili baş həkimdir, onun iş yeri bəllidir.

Çağırış göndərilmədən birbaşa axtarış elan olunub. Vəkilin fikrincə, məqsəd də istintaqdan yayınma görüntüsü yaradıb həbs qərarı çıxarılması olub:

“Dəvət olunmayan, iş yeri bəlli, daimi yaşayış yeri olan adam haqqında niyə birdən-birə həbs-qətimkan tədbiri seçilsin? Onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur”.

Etiram Kərimovun vəkili məhkəməyə fotolar təqdim edərək onların sübut kimi qəbul olunmasını istəyib:

“Guya dindirməyə apararkən idarədə ayaqyolunun qarşısından qaçmaq istəyib. Bu, mümkün deyil. Oranın şəkillərini çəkmişik. Bu şəkilləri vəsatətimizə qoşma olaraq təqdim etmək istəyirik”.

Vəkillər ittihamın bütövlükdə qurama olduğunu vurğulayıblar. Onlar bir sıra şəxslərin məhkəmədə əlavə şahid kimi dindirilməsini də istəyiblər.

“Heç bir sübut-dəlil olmadan bizə cinayət işi açıblar. Guya biz bu pulları mənimsəmişik. Əslində isə biz o pulları görməmişik. Qondarma ittihamla bizi bir ildir girov saxlayırlar”, – təqsirləndirilən Etiram Kərimovun sözləridir.

Vəsatətlər təmin edilməyib. Əlavə şahidlərin dindirilməsi məsələsi də baxılmamış saxlanılıb.

Aruz Əliyev və Etiram Kərimova ittiham verilən maddədə 14 ilədək həbs cəzası nəzərdə tutulub. Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı vəzifəsində çalışıb. Onun oğlu Azərbaycanda “BLB” MMC-nin rəhbəri olub. 2021-ci ildə Moskvada “Liqa-Stroy” MMC-ni təsis edib. Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkətsə “Top Point” MMC-dir. Bu şirkət 2014-cü ildə Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayevanın adına təsis olunub.

Proses oktyabrın 31-də davam etdiriləcək

 

Əvvəlki Yazı

Bakı Türkiyədəki terror aktını PİSLƏYİR-XİN

Növbəti Yazı

Fulser Bakıya qarşı şəbəkəni ifşa etdi

XƏBƏR LENTİ

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materialların hazırlanması davam edir

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materialların hazırlanması davam edir

14 Oktyabr 2025 / 21:05
18
Respublika Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb

Respublika Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb

14 Oktyabr 2025 / 20:59
25
Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək – DETALLAR

Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək – DETALLAR

14 Oktyabr 2025 / 16:41
3
Mən atamın olduğu hər yerdə güclüyəm! – Şəhid oğlunun arzusu

Ermənistan ordusunun “yenilməzlik” mifini darmadağın edən ƏMƏLİYYAT – Böyük Zəfər yürüşünün yeni mərhələsi belə başladı

14 Oktyabr 2025 / 16:39
10
Əlilliyi ləğv edilən hərbçi ədalət axtarır: “Nə iş var, nə təqaüd”

Əlilliyi ləğv edilən hərbçi ədalət axtarır: “Nə iş var, nə təqaüd”

14 Oktyabr 2025 / 16:31
3
Bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər – RƏSMİ

Bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər – RƏSMİ

14 Oktyabr 2025 / 15:06
2
Humanitar inkişaf və mədəni irsin bərpası – Laçın və Gəncə nümunələri

Humanitar inkişaf və mədəni irsin bərpası – Laçın və Gəncə nümunələri

11 Oktyabr 2025 / 14:56
7
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu- Fotolar

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu- Fotolar

10 Oktyabr 2025 / 6:51
44
Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin elektron bazası yaradılıb

Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin elektron bazası yaradılıb

10 Oktyabr 2025 / 6:44
31
XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanası müxtəlif tədbirlər proqramı ilə iştirak edir

XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanası müxtəlif tədbirlər proqramı ilə iştirak edir

07 Oktyabr 2025 / 7:03
38
“Zamanın Ziyalısı” sərgisi müəllimlərə həsr olundu – FOTO

“Zamanın Ziyalısı” sərgisi müəllimlərə həsr olundu – FOTO

06 Oktyabr 2025 / 21:15
35
“Xankəndi Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

“Xankəndi Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

06 Oktyabr 2025 / 20:01
17
Respublika Uşaq Kitabxanasının Kitab Sərgisi çərçivəsində tədbirləri davam edir

Respublika Uşaq Kitabxanasının Kitab Sərgisi çərçivəsində tədbirləri davam edir

06 Oktyabr 2025 / 16:59
35
XI Bakı Beynəlxalq Kitab Sərgisində diqqət çəkən təqdimat – FOTOLAR

XI Bakı Beynəlxalq Kitab Sərgisində diqqət çəkən təqdimat – FOTOLAR

06 Oktyabr 2025 / 16:17
10
QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu – FOTO

QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu – FOTO

06 Oktyabr 2025 / 0:22
5
“Mədəniyyət Könüllüləri” “Təbiətin Fırçası” layihəsinin təqdimatını keçirdi – FOTOLAR

“Mədəniyyət Könüllüləri” “Təbiətin Fırçası” layihəsinin təqdimatını keçirdi – FOTOLAR

04 Oktyabr 2025 / 19:55
22
Tarixi Zəfərdən GƏLƏCƏYƏ – Gənclərimiz üçün qəhrəmanlıq məktəbi

Tarixi Zəfərdən GƏLƏCƏYƏ – Gənclərimiz üçün qəhrəmanlıq məktəbi

02 Oktyabr 2025 / 20:40
6
Prezidentlərin görüşünün tarixi əhəmiyyəti

Prezidentlərin görüşünün tarixi əhəmiyyəti

02 Oktyabr 2025 / 20:36
8
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

01 Oktyabr 2025 / 17:23
35
“Taleyimizə tariximizdə əbədi yaşayacaq günlərin şahidi olmaq  xoşbəxtliyi yazıldı” – KXCP sədri

“Taleyimizə tariximizdə əbədi yaşayacaq günlərin şahidi olmaq xoşbəxtliyi yazıldı” – KXCP sədri

27 Sentyabr 2025 / 18:27
26
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

25 Sentyabr 2025 / 21:27
45
27 sentyabr 2020-ci il, həm də 100 il əvvəl qırılan Türk xəttinin yenidən bərpası idi – Deputat

27 sentyabr 2020-ci il, həm də 100 il əvvəl qırılan Türk xəttinin yenidən bərpası idi – Deputat

25 Sentyabr 2025 / 17:50
36
“Ulus” Fondu Vətən Savaşçıları abidələrinin monitorinqinə başlayır – FOTO

“Ulus” Fondu Vətən Savaşçıları abidələrinin monitorinqinə başlayır – FOTO

24 Sentyabr 2025 / 11:54
6
Ümumi nəticəyə təsir göstərən mühüm MƏQAM: Bu şərtlərin qəbulu mümkün görünmür

Qulamhüseyn Əlibəyli: “İsrailin cinayətləri beynəlxalq hüququ hərəkətə gətirəcək”

20 Sentyabr 2025 / 18:59
261
Məhkəmə Adnan Əhmədzadə barəsində həbs qərarı verdi

Məhkəmə Adnan Əhmədzadə barəsində həbs qərarı verdi

20 Sentyabr 2025 / 14:00
13
İlham Əliyev 20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib – VİDEO – FOTO

İlham Əliyev 20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib – VİDEO – FOTO

20 Sentyabr 2025 / 0:04
8
Bu ölkədə rüsvayçı ənənə: Qadağan olunmasına baxmayaraq gizlicə edirlər

Bu ölkədə rüsvayçı ənənə: Qadağan olunmasına baxmayaraq gizlicə edirlər

19 Sentyabr 2025 / 20:38
13
Türkiyədə “Sakit şəhərlər”in sayı artdı: Çameli də siyahıya qoşuldu – FOTO

Türkiyədə “Sakit şəhərlər”in sayı artdı: Çameli də siyahıya qoşuldu – FOTO

19 Sentyabr 2025 / 20:27
9
Ərdoğandan Netanyahuya SƏRT CAVAB: “Onu sizə verməyəcəyik”

Ərdoğandan Netanyahuya SƏRT CAVAB: “Onu sizə verməyəcəyik”

19 Sentyabr 2025 / 20:24
9
“”Yaşıl dünya” anlayışları” adlı layi­hə üzrə fəaliyyətlər davam edir

“”Yaşıl dünya” anlayışları” adlı layi­hə üzrə fəaliyyətlər davam edir

19 Sentyabr 2025 / 20:15
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.