Paytaxtın Heydər Əliyev prospektində Bağırov körpüsünün altındakı tunelin yağış suları ilə dolması səbəbindən burada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Avropa .info xəbər verir ki, hazırda prospektin əsas hissəsinə nəqliyyat vasitələri buraxılmır. Bu da prospektə çıxan küçələrdə və digər yollarda nəqliyyat sıxlığına gətirib çıxarıb.
Hazırda Bağırov körpüsünün alt hissəsindəki tuneldə Fövqəladə Hallar Nazirliyi tərəfindən işlər davam etdirilir.
Sözügedən tuneldə maşının su altında qalmasını əks etdirən videonu təqdim edirik:



