Yaxın vaxtlarda Avrasiya İqtisadi İttifaqı ilə İndoneziya arasında azad ticarət sazişi imzalana bilər.Avropa.info xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Denis Manturov deyib.
“Avrasiya İqtisadi Komissiyasından olan həmkarlar artıq danışıqların son mərhələsindədirlər. Rusiya iştirakçı ölkə kimi bütün məsələlərini həll edib. Əgər ilin sonuna kimi İndoneziya tərəfi Avrasiya İqtisadi Komissiyasının nümayəndəsini qəbul edərsə, o zaman, hesab edirəm ki, yaxın vaxtlarda işlər yekunlaşacaq və saziş imzalanacaq”, – Manturov bildirib.