Livana bütün cəbhələrdə kömək etməyə hazırıq.
Avropa.info xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni Livana səfəri çərçivəsində bu ölkədən olan həmkarı Nəcib Mikati ilə görüşdə deyib.
O bildirib ki, Qəzzada davamlı sülh mütləqdir:
“Birləşmiş Millətlər Təşkilatının Beyrutdakı sülhməramlı qüvvələri gücləndirilməlidir. Bu ölkə böyük çətinliklərin öhdəsindən gəlməyə çalışır. İtaliya bütün istiqamətlərdə yardım göstərməyə hazırdır. Hazırda Livanda baş verən toqquşmalara görə 1 milyondan çox livanlı öz evlərini tərk edib. Biz bu məsələni Avropada qaldıracağıq. Qaçqınların öz ölkələrinə qayıtması üçün lazımi şəraitin yaradılmasını təmin edəcəyik”, – C.Meloni bildirib