15 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Kənd qadınlarının bayram günü: Uğura doğru addım-addım – FOTOLAR

Oktyabr 16, 2024
Cəmiyyət
A A

15 oktyabr Ümumdünya Kənd Qadınları Günü kimi qeyd olunur.

BMT-nin təşəbbüsü ilə 2008-ci ildən qeyd olunan bu gün Azərbaycanda ilk dəfə 2019-cu ildə maraqlı bir tədbirlə qeyd olunmağa başlayıb. İllər əvvəl baş tutan tədbirin təşkilatçısı Azərbaycan Kənd Qadınları Assosiasiyası olub.

Məhz həmin tarixdə Ağcabədidə keçirilən ilk tədbirin iştirakçıları bəlkə də güman etməzdilər ki, qısa müddət sonra Azərbaycanın kənd qadınları öz işgüzarlıqları, əzmləri, bacarıqları ilə dünyada nümunə göstəriləcəklər. Kənd qadınlarının əməyi istəklə birləşəndə, ortaya elə bir mənzərə çıxacaq ki, onu beynəlxalq təşkilatlardan tutmuş ayrı-ayrı ölkələrə qədər nümunə göstərəcəklər.

Cəmi 5 il sonra, 2024-cü ilin 15 oktyabrdında Azərbaycan Kənd Qadınları Assosiasiyasının bayram tədbirində ölkəmizin müxtəlif bölgələrindən gələn qadınlar o günlərə, keçdikləri yola, qazandıqları uğurlara nəzər salıb, fəxrlə danışırdılar. Budəfəki tədbirdə uzaq Hindistanda da qonaqları vardı.

Azərbaycan Kənd Qadınları Assosiasiyası Beynəlxalq Şurasının Sədri Tara Şarafudin həyat yoldaşı ilə uğurlarının, irəliləyişlərinin az qala hər addımı izlədiyi bu qadınların sevincini bölüşürdü.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Kənd Qadınları Assosiasiyasının rəhbəri Gülbəniz Qənbərova o günləri belə xatırlayır:

“2019-cu ildə Ağcabədidə Ümumdünya Kənd Qadınları Gününü qeyd edəndə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ozamankı sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı nümayəndəsi Qulam İsakzai təbrik məktubu göndərmişdi. Balakəndən bir qrup qadın tədbirdə iştirak üşün öz təşəbbüsləri ilə Ağcabədiyə gəlmişdilər.

O zaman qadınlara baxanda, bilirdim ki, biz bu onlarla birlikdə çox uğura imza atacağıq. Elə də oldu, yavaş-yavaş təşkilatlandıq, sıralarımız genişləndi, təşəbbüslərimiz daha çox diqqət gördü. 

İlk dəfə qadın qrupları ilə görüşəndə onların bəzilərinin narahatlığını anlayırdım, zaman keçdikcə hamısı özünə güvənməyə başladı, böyük inkişafa imza atdılar. Mən qadınlarımızla fəxr edirəm. Kənd qadınlarının inkişafı həm də dövlət siyasətidir, onlar əsas ərzaq istehsalçılarıdır. Təsadüfi deyil ki, 16 oktyabr dünyada Beynəlxalq Ərzaq Günü kimi qeyd olunur. Ölkə əhalisinin ərzaqla təminatında da qadınların rolu əvəzsizdir”.

Kənd qadınlarının inkişafına yönəlik bir sıra layihələrin rəhbəri olan G.Qənbərova gələcək layihələrdən də danışıb. Onun sözlərindən aydın olub ki, Kənd Qadınlarının Milli Platformasını yaratmaq istiqamətində tədbirlər görülür:

“Kənd təsərrüfatı naziri ilə bu barədə müzakirələrimiz olub və təşəbbüsümüz dəstəklənib. Bu platformanın yaradılması nəticəsində qadınlarımız özlərini milli səviyyədə təqdim edə biləcəklər. Kənd qadınları özləri özlərinə kömək olmalıdırlar ki, həyatları dəyişsin. 

Bu gün fəxrlə deyə bilirik ki, hazırda Azərbaycanda qadın özün-kömək qruplarının 780 üzvü var. 30-a yaxın ölkədə belə qadın özünəkömək qrupları fəaliyyət göstərir. Səylərimiz, əzmimiz, fəaliyyətimiz sayəsində bu say hər gün daha da artır və proses davamlıdır”. 

Beynəxalq Şuranın sədri Tara Şarafudin bayram münasibətilə təbrikini Azərbaycan dilində çatdırıb:

“Mən 20 yaşımda Hindistanda olduqca çətin bir vəzifədə çalışmışdım. 4.5 milyon əhalisi olan Kerala ştatında Qubernator idim və bu vəzifədən sonra mənə heç nə çətin görünmürdü. Əminəm ki, qadınlar istənilən məsələdə uğur qazana, hər bir situasiyanı idarə edə bilər”. 

Assosiasiyanın Lənkərandan olan üzvü, bir sıra biznes layihələrinin müəllifi Rəftarə Şükürova öz təcürəsini bölüşüb və dəstəyə görə həm Assosiasiya rəhbərliyinə, həm də beynəlxalq təşkilata təşəkkürünü çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyinin Kooperativlərin İnkişafı sektorunun əməkdaşı Sevda Məmmədli qadınların uğur hekayələri ilə maraqlanıb, bütün bu uğurların qazanılmasında G.Qənbərovanın iştirakını xüsusi vurğulayıb. İştirakçılarla Yaponiya təcrübəsini bölüşən nazirlik rəsmisi “Siz böyük əməyinizin bəhrəsini görürsünüz, inkişafa doğru addm-addım gedirsiniz. Qadınlar özlərini heç kəsə sübut etməyə çalışmasınlar, onların qazandığı uğurlar özü sübutdur”,-deyib.

Balakəndə fəaliyyət göstərən “Novruz” qadın qrupunun rəhbəri, “Tərəqqi” medallı Məsarət Qaysayeva öz təcrübələrini bölüşüb. Bildirib ki, 2018-ci ildə ilk dəfə həmin qadın qrupu yaradılıb və ötən müddət ərzində qadınlar xeyli nailiyyət əldə ediblər:

“Biz ilk dəfə şirniyyat evi qurduq, indi artıq məhsullarımız hər yerdə tanınır. Yeni qadın qruplarının yaradılması bizi sevindirir. Çünki ölkəmizdə kənd təsərrüfatının inkişafı həm də dövlət siyasətidir.

Bu siyasətə dəstək olaraq kooperativlərin yaradılması həm də qadınların ictimai həyatda fəal iştirakçılığına səbəb olur”.

Goranboydan gəlmiş nümayəndə, bələdiyyə sədri Manya Allahverdiyeva qadın iştirakçılığının vacibliyinə diqqəti çəkib. Onun sözlərinə görə, ilk dövrlərlə müqayisədə çox böyük dəyişiklik var.

Zaqataladan olan “Çinar” qadın qrupunun rəhbəri Səadət Dibirova qadın əməyinin bütün dünyanı dəyişmək gücündə olduğunu vurğulayıb:

“Bacarmaq üçün başlamaq lazımdır. Biz bunu özümüzə deviz seçdik. Çox şadam ki, indi bizim Zaqatala rayonunda 4 qadın qrupumuz, 3 kooperativimiz var. Adımız Zaqataladakı 850 il yaşı olan çinar ağacından götürülüb, qadınları sanki çinar ağacının altında birləşdirib güclərinə güc qatmışıq”.

Əməkdar müəllim, “Tərəqqi” medalına layiq görülən Elmira Hacıyeva isə bu işə təqaüdə çıxandan sonra başlayıb:

“Öz gücümüzlə yola çıxdıq, bu yolda Assosiasiya və onun rəhbərliyi bizə dəstək oldu.

Bir sıra yeniliklər etdik, qrupumuzda olan qadınların ümumilikdə 41 ha torpaq sahəsi var. Həmin ərazidə korporativin üzvləri ilə birlikdə əkin işləri apardıq, yetişdirdiyimiz məhsuldan xeyli qazanc əldə etdik. Həmin vəsaitdən ayırdığımız məbləğlə şəhid ailələri, müharibə əlilləri, qazilərlə bağlı müxtəlif tədbirlər, anım mərasimləri keçiririk. Bu, bizim üçün böyük fəxrdir”.

“Şamama” qadın qrupunun rəhbəri Bəsti Yusifova çıxışında yeniliklərdən danışıb, həyata keçirdikləri layihələrlə tədbir iştirakçılarını tanış edib.

Olduqca maraqlı, işgüzar mühitdə, bayram əhval-ruhiyyəsi ilə keçən tədbirin sonunda bəzi iştirakçılara təşəkkürnamə təqdim ounub. Bütün iştirakçılar isə bayramı həm də hədiyyələrlə qeyd ediblər.

Elnarə Kərimova


Əvvəlki Yazı

Milli Qəhrəman Mübariz ibrahimovun atası vəfat etdi

Növbəti Yazı

Azərbaycanlı idmançılar beynəlxalq turnirdən yüksək nəticələrlə qayıtdılar – FOTO

XƏBƏR LENTİ

“Sınıq Körpü” gömrük postunda ölkədən qaçırılan külli miqdarda xarici valyutanın qarşısı alınıb

“Sınıq Körpü” gömrük postunda ölkədən qaçırılan külli miqdarda xarici valyutanın qarşısı alınıb

14 İyul 2025 / 20:07
109
İsrail Suriya tanklarina zərbələr ednirdi

İsrail Suriya tanklarina zərbələr ednirdi

14 İyul 2025 / 19:46
19
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

Prezident Tramp Rusiyaya 50 gün vaxt verdi

14 İyul 2025 / 19:39
17
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Akademik Musiqili Teatr 115-ci mövsümünə yekun vurdu

14 İyul 2025 / 18:52
41
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

14 İyul 2025 / 18:49
41
İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

14 İyul 2025 / 18:43
32
Əsası miladdan öncə qoyulan ilk şəhərin unikal xüsusiyyətləri

Əsası miladdan öncə qoyulan ilk şəhərin unikal xüsusiyyətləri

14 İyul 2025 / 18:25
15
ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək istəyir… – Bakı və İrəvan Türkiyənin hansı təklifini dəstəkləyib?

ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək istəyir… – Bakı və İrəvan Türkiyənin hansı təklifini dəstəkləyib?

14 İyul 2025 / 18:24
32
Ələt – Culfa dəmir yolunun tikintisində Azərbaycan Cümhuriyyəti hökumətinin fəaliyyəti

Sovet planında Zəngəzur: Geosiyasi hesablar və tarixi nəticələr

14 İyul 2025 / 18:20
37
Türkiyə ilə Oman arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb

Türkiyə ilə Oman arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb

14 İyul 2025 / 17:17
21
ABŞ-da qocalar evində baş verən yanğında 9 nəfər ölüb

ABŞ-da qocalar evində baş verən yanğında 9 nəfər ölüb

14 İyul 2025 / 17:12
18
Suriya mənbələri İsraillə Bakı görüşünü təsdiqləyir! – Dəməşqlə Tel-Əviv arasında “böyük uçurum” – Kim, nədən vaz keçmir ?

Suriya mənbələri İsraillə Bakı görüşünü təsdiqləyir! – Dəməşqlə Tel-Əviv arasında “böyük uçurum” – Kim, nədən vaz keçmir ?

14 İyul 2025 / 16:52
52
İran: BMT sanksiyalarının bərpası mexanizmi işə salınarsa, biz buna cavab verəcəyik

İran: BMT sanksiyalarının bərpası mexanizmi işə salınarsa, biz buna cavab verəcəyik

14 İyul 2025 / 16:11
24
31 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb

31 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb

14 İyul 2025 / 16:04
55
Respublika Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında Tovuz döyüşlərinə həsr edilən silsilə materiallar hazırlanıb

14 İyul 2025 / 12:59
46
Fələstin torpaqlarını ələ keçirən israillilər Ramallahda su quyularına hücum edib

Fələstin torpaqlarını ələ keçirən israillilər Ramallahda su quyularına hücum edib

14 İyul 2025 / 11:48
28
ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu gün Kiyevə gəlib

ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu gün Kiyevə gəlib

14 İyul 2025 / 11:43
28
Ukraynada Polkovniki Azərbaycan vətəndaşlarınin qətlə yetirdiyi iddia edilir?

Ukraynada Polkovniki Azərbaycan vətəndaşlarınin qətlə yetirdiyi iddia edilir?

14 İyul 2025 / 10:14
34
Sabahdan Deputatlar məzuniyyətə cixarilir

Sabahdan Deputatlar məzuniyyətə cixarilir

14 İyul 2025 / 10:01
43
İsrail ordusunun Qəzzada soyqırım törətməsi nəticəsində daha üç jurnalist həlak olub

 İsrail ordusu Qəzzada daha bir jurnalisti öldürüb

14 İyul 2025 / 9:57
26
Deputatlar sonuncu iclasa toplaşırlar – 13 məsələ var

Deputatlar sonuncu iclasa toplaşırlar – 13 məsələ var

14 İyul 2025 / 9:52
39
4 qadın sərxoş olub “Prius”u dərəyə aşırdılar

Bakıda ağır yol-nəqliyyat hadisəsi, 1ölü, 5 yarali

14 İyul 2025 / 9:46
33
Mahmud Abbas: Qəzzada yeganə həll yolu İsrailin tamamilə geri çəkilməsidir

Mahmud Abbas: Qəzzada yeganə həll yolu İsrailin tamamilə geri çəkilməsidir

14 İyul 2025 / 9:32
42
TDX:”Darknet” tipli internet resursunu yaradan Nihad Hacıyev həbs edildi

TDX:”Darknet” tipli internet resursunu yaradan Nihad Hacıyev həbs edildi

14 İyul 2025 / 9:26
47
Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salinib -Fotolar

Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salinib -Fotolar

14 İyul 2025 / 9:04
51
İstanbulda 15 iyul şəhidlərinin və qazilərinin ailələrinin şərəfinə şam yeməyi

İstanbulda 15 iyul şəhidlərinin və qazilərinin ailələrinin şərəfinə şam yeməyi

14 İyul 2025 / 8:52
46
İranın xarici işlər naziri Erakçi: Netanyahu İranda heç bir məqsədə nail ola bilmədi

İranın xarici işlər naziri Erakçi: Netanyahu İranda heç bir məqsədə nail ola bilmədi

14 İyul 2025 / 8:47
36
Nigeriyada 161 milyon insan qida çatışmazlığı ilə üzləşib

Nigeriyada 161 milyon insan qida çatışmazlığı ilə üzləşib

14 İyul 2025 / 8:44
30
PKK/YPG Suriyada iki ərəb uşağı qətlə yetirdi, ABŞ “müttəfiqi” SDQ-yə ultimatum verdi: Dəməşqə təslim olun!

PKK/YPG Suriyada iki ərəb uşağı qətlə yetirdi, ABŞ “müttəfiqi” SDQ-yə ultimatum verdi: Dəməşqə təslim olun!

12 İyul 2025 / 19:59
23
TƏCİLİ: Putin İlham Əliyevdən ÜZR İSTƏDİ

Putin İranın nüvə silahı əldə etməsinə qarşı çıxdı – Tehran-Moskva xəttində gərginlik

12 İyul 2025 / 17:23
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.