“Avropa Birliyinin 2027-ci ilə qədər Rusiya enerjisini mərhələli şəkildə dayandırmaq planı ideoloji motivlidir və irrasionaldır”.
Avropa .infoxəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri
Peter Siyarto deyib.
Onun sözlərinə görə, Budapeşt belə yanaşmanı dəstəkləmir: “Enerji ilə bağlı siyasi öhdəliklər götürməyin mənası yoxdur. Bu cür doqmatik ideoloji yanaşma bizə uyğun deyil”.
Nazir əlavə edib ki, o, Aİ planını səmərəsiz və Qərbin iqtisadi rəqabət qabiliyyəti məsələlərinə aidiyyatı olmayan hesab edir