Ermənistan hökuməti Zəngəzur dəhlizinin reallaşmasına müqavimət göstərdiyini imitasiya edir.
Avropa .info xəbər verir ki, bunu erməni hərbi ekspert David Camalyan deyib. Onun sözlərinə görə, 44 günlük müharibədə Ermənistanın planlaşdırılmış məğlubiyyəti hələ tam olaraq yekunlaşmayıb. Ekspert bildirib ki, bu müharibədən sonra Paşinyan hökumətinin planı təkcə Qarabağı yox, Zəngəzuru da Azərbaycana vermək idi. O deyir ki, indi bu planın reallaşması üçün hərbi ssenari oynanılacaq:
“Başqa sözlə, biz yeni müharibə ərəfəsindəyik. Onlar 44 günlük müharibədki təcrübə sayəsində bilirlər ki, Ermənistanın təbii müttəfiqlərinin mümkün müdaxiləsini necə neytrallaşdırsınlar. Onlar deyirlər ki, Zəngəzur üçün vuruşurlar, amma bu, yalan və imitasiyadır. Zəngəzur dəhlizinin reallaşmasının Rusiya və İran üçün fəlakətli nəticələri olacaq. Paşinyan indi onların müdaxiləsini sıfırlamaq üzərində düşünür