Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış zamanı dörd nəfər ölüb.
Bu barədə Avropa.info Rusiya “Telegram” kanallarına istinadən xəbər verir.
Məlumata görə, partlayış dalğasının kənara atdığı çən iki uşaq və iki böyüyün həyatına son qoyub.
Kadrlarda insanların böyük sürətlə fırlanıb gələn çəndən qaçmağa çalışdıqları əks olunub