Cəlilabad rayonunda xəsarətlə nəticələnən qəza baş verib.
“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhəri H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, gəlin maşını olan BMW markalı minik avtomobili VAZ-21015-lə toqquşub.
İlkin məlumata görə, qəza nəticəsində ağır xəsarət alan 1951-ci il təvəllüdlü Əzizağa Əhmədxan oğlu Xudiyev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.