Qusa kirda şəhid Kərim Hüseynov yad edilib
Avropa info xəbər verir ki,Oktyabrın 12-si Qusarın Piral kənd şəhidi Hüseynov Kərim Tərlan oğlunun şəhid olduğu gündən 4 il ötür. Qusarın müxtəlif kəndlərindən şəhid ailələri, ictimai fəallar, icra nümayəndələri, bələdiyyə nümayəndələri, Piral kənd tam orta məktəbin müəllim və şagird kollektivi, AYB nin üzvü şairə Esmira Günəş şəhidin ailəsinin yanında olaraq, şəhidi birlikdə yad ediblər. Qonaqlar əvvəlcə şəhidin məzarını ziyarət edib və Esmira Günəşin təşkilatçılığı ilə anım tədbirində iştirak ediblər. Məktəblilər şeirlər səsləndirilib, gələn qonaqlar çıxışları ilə şəhid ailəsinin hər zaman yanında olduqlarını bildiriblər. Daha sonra quran ayələri səslənib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb. Qonaqlar şəhidin evində təşkil olunmuş ehsan süfrəsinə dəvət olunublar.
Qeyd edək ki, Kərim Hüseynov 44 günlük müharibədə qanıyla tarix yazan igidlərdən biridir. Şəhidimizdən Vətənə və xalqına iki övladı əmanət qalıb.