14 - 08 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Nazirlik “rüşvət ver, gəl oxu” qalmaqalını araşdırır

Oktyabr 11, 2024
Araşdırma
A A

 

Vüqar Əhməd: “Mənzər xanımın ləqəbi var: ”3″, “5″, açması budur ki… ”

Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva ilə sənətçilər arasında qalmaqala görə araşdırma başlayıb. Bir müddət öncə tanınmış sənətçilər Mədəniyyət Nazirliyində tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı şikayətlərini dilə gətiriblər.

Belə ki, sıralarında müğənni Nura Surinin, xanəndələr Pərviz Qasımov, Almaxanım Əhmədli, şair Vüqar Əhməd, kamança ifaçısı Şəhriyar Musayev kimi simaların olduğu məşhurlar şikayətçi olub. Sənətçilərin sözlərinə görə, M. Nurəliyeva onlara qarşı haqsızlıqlar edib, onları təşkil olunan tədbirlərə dəvət etməyib. Hətta bəzi ittihamlarda rüşvətxorluq iddiası da yer alıb.

Avropa.info xəbər verir ki,İfaçılar OLAY-a müraciət edərək şikayətlərinin nəzarətə götürüldüyünü bildiriblər.

Müğənni Nura Suri bildirib ki, şikayətçilərdən izahat alınıb: “Mədəniyyət Nazirliyindən statuslarımızdan sonra bizi dəvət etdilər, fikirlərimizi, izahatımızı aldılar. Bilirsiniz ki, bir çox tanınmış musiqiçi, xanəndə şikayət etmişdi. Araşdırma apardıqlarını bildirdilər. Sadəcə, hazırda nə yerdə olduğunu bilmirəm, yəqin ki, araşdırma davam edir”.

Müğənni Almaxanım Əhmədli isə araşdırmanın davam etdiyini söyləyib: “Araşdırma gedir. Ümidimiz nazirliyədir. Bütün şikayət ərizələri toplanıb. Onlarla şikayətçi var. Ümidvarıq ki, haqq yolunu tapacaq, bu məsələ tezliklə düzələcək. Nazirlik də daxil olmaqla, lazımi yerlərə ərizələrimizi göndərmişik. Kimlər ki açıqlama verib, hamısının ərizəsi var. Bu qədər haqsızlıq qarşısında Mənzər xanım haqda bir tədbir görülməlidir, araşdırma aparılmalıdır”.

Xanəndə Pərviz Qasımov isə cavab gözlədiklərini deyib: “Hələ ki məlumat yoxdur, cavab gözləyirik, görək nə olacaq. Açıqlama verənlərdən bəziləri qorxularından şikayət etmədi, bəziləri boş buraxdı. Sadəcə, iki-üç nəfər ürəkli oldu. Hər kəs fikirləşir, ümid edir ki, nə vaxtsa tədbirə çağıracaqlar. Mən onun işdən azad olunmasının tərəfdarı deyiləm, çörəyini qazanır. Sadəcə, mənə etdiyi haqsızlıqların cavabını almaq istəyirəm. Hansı səbəbə görə və niyə? Bu qədər müsabiqə qalibi olmuşam ki, evdə oturub diplomlarıma baxım? İnşallah, haqq-ədalət öz yerini tapar”.

Professor Vüqar Əhməd Mədəniyyət Nazirliyi tərəfindən Fəxri fərmanla təltif  olunub

 Vüqar Əhməd

Almaxanım Əhmədlinin atası şair Vüqar Əhməd “Yeni Müsavat”a açıqlamasında deyib: “Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsi valideyn kimi məni, Almaxanımı və 20-yə yaxın şəxsi çağırıb, şikayətlərini dinləyib. Mən inanıram ki, bu məsələyə obyektiv baxılacaq. Ölkə sahibsiz deyil. Mədəniyyət naziri Adil Kərimli çox ziyalı, alicənab insandır. Bu günə qədər mədəniyyət nazirləri arasında bir ondan, bir də Polad Bülbüloğlundan razı olmuşam. Amma hesab edirəm ki, nazirin belə Mənzər xanıma gücü çatmır. Çünki onun arxası çox güclüdür. Özünü Brejnev kimi aparır, hamı ondan qorxur. Bir ildir ki, onun əməlləri barədə məlumat verirəm, heç bir nəticə yoxdur.  Onun ləqəbi var  – “3”, “5”… “3” – respublika tədbirləri, “5″ – xarici qastrollar.

Onun hikkəsi ilə Özbəkistanda Almaxanım üçün hoteldə yer verilməyib, məşqə getmək üçün maşın ayrılmayıb. Təsəvvür edin, əgər orada tanış adam olmasa idi mənim qızım gecə küçədə qalmalı idi?

Zalda ölkə rəhbərliyi əyləşib, Mənzər xanım isə səhnə arxasında “yeməyinizi vaxtında yeyin” deyib xalq artistlərinin üstünə qışqırır, onları təhqir edir. Hamısı da başını aşağı salıb, qorxularından bir kəlmə də deməyiblər. Belə bir xəstə təfəkkürlü insan necə nazirlikdə məmur işləyə bilər?

Almaxanımın 2017-ci ildə 16 yaşı olanda VI Muğam Televiziya Müsabiqəsinin qalibi olub, elə həmin ildən etibarən AzTV-nin solisti kimi fəaliyyət göstərir, 4 dəfə Amerikada, eləcə də Avropanın bir çox şəhərlərində konsertlər verib. Bir dəfə Özbəkistana getdi, orada da başına bu cür iş gəldi… Bundan başqa, Almaxanımın adını səbəbsiz yerə iki dəfə mükafat siyahısından sildirib. Bilmirəm biz ona nə pislik etmişik… Qadın olduğu üçün heç istəmərəm ki, həbsə düşsün, amma etdiyi əməlləri bağışlamaq olmaz. Bu adam mədəniyyətimizə böyük zərbə vurur”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirlikdən bildirildi ki, tezliklə açıqlama veriləcək

Əvvəlki Yazı

Corcia Meloni COP29-da iştirak edəcək

Növbəti Yazı

Başqasının ailəsinə sataşdığı iddia olunan şəxsi soyundurub təhqir etdilər

XƏBƏR LENTİ

Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı Elçinin xatirəsi anılıb

13 Avqust 2025 / 17:09
48
Qubada vətənpərvərlik ruhunda sənət tədbiri keçirildi – FOTOLAR

Qubada vətənpərvərlik ruhunda sənət tədbiri keçirildi – FOTOLAR

11 Avqust 2025 / 22:27
18
Gənclər Kitabxanasında general Cəmşid Naxçıvanskinin 130 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

Gənclər Kitabxanasında general Cəmşid Naxçıvanskinin 130 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

11 Avqust 2025 / 12:39
61
“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır

11 Avqust 2025 / 12:30
3
Prezident İlham Əliyev vacib Fərman imzaladı

Prezident İlham Əliyev Ukrayna ilə bağlı sərəncam imzaladı

11 Avqust 2025 / 12:16
38
“Görüşdə Zelenskinin olmaması ukraynalılara görə, vəziyyətin fəlakətli olduğunu göstərir”-Paul Rontshaymer

“Görüşdə Zelenskinin olmaması ukraynalılara görə, vəziyyətin fəlakətli olduğunu göstərir”-Paul Rontshaymer

11 Avqust 2025 / 8:44
5
 Balıkəsirdə baş verən zəlzələ ilə bağlı ilkin qiymətləndirmə hesabatı

 Balıkəsirdə baş verən zəlzələ ilə bağlı ilkin qiymətləndirmə hesabatı

11 Avqust 2025 / 8:38
5
Nazir Memişoğlu: 18 nəfər evə buraxıldı, 11 yaralının müalicəsi davam edir

Nazir Memişoğlu: 18 nəfər evə buraxıldı, 11 yaralının müalicəsi davam edir

11 Avqust 2025 / 8:32
19
Ankarada 3,2 bal gücündə zəlzələ baş verib

Ankarada 3,2 bal gücündə zəlzələ baş verib

11 Avqust 2025 / 8:28
31
Milli ideologiyanın qorunması: Təhdidlər, boşluqlar və riskl

Milli ideologiyanın qorunması: Təhdidlər, boşluqlar və riskl

10 Avqust 2025 / 20:51
47
Ana və Vətən – Ruhumuzun qidası

Ana və Vətən – Ruhumuzun qidası

10 Avqust 2025 / 14:06
66
Fələstin torpaqlarını qəsb edən israillilər İordan çayının qərb sahilində iki fələstinli kəndə hücum edib

Fələstin torpaqlarını qəsb edən israillilər İordan çayının qərb sahilində iki fələstinli kəndə hücum edib

10 Avqust 2025 / 9:12
2
Miqrant uşaqlar üçün Zəfər Parkına maarifləndirici səyahət təşkil olundu – FOTO

Miqrant uşaqlar üçün Zəfər Parkına maarifləndirici səyahət təşkil olundu – FOTO

09 Avqust 2025 / 22:03
21
Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevə zəng edib

Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevə zəng edib

09 Avqust 2025 / 19:25
32
Zaxarova Rusiyalı jurnalistlərin həbs ilə bağlı açıqlama verdi

“Ümid edirik ki, bu addım sülh gündəminin irəliləməsinə kömək edəcək”-Mariya Zaxarova

09 Avqust 2025 / 19:16
47
Azərbaycan təbii qazı Türkiyə-Suriya boru kəməri ilə Homs vilayətinə çatıb

Azərbaycan təbii qazı Türkiyə-Suriya boru kəməri ilə Homs vilayətinə çatıb

09 Avqust 2025 / 19:06
31
Türk Dövlətləri Təşkilatı Azərbaycan-Ermənistan sazişini dəstəkləyir

Türk Dövlətləri Təşkilatı Azərbaycan-Ermənistan sazişini dəstəkləyir

09 Avqust 2025 / 17:08
59
Prezident İlham Əliyev: Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik

Prezident İlham Əliyev: “Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da dəmir yolunun bərpasına başlayırıq”

09 Avqust 2025 / 17:04
40
Miqrant uşaqlar üçün təşkil olunan teatr tamaşası onların sosial inteqrasiyasına töhfə verdi – FOTO

Miqrant uşaqlar üçün təşkil olunan teatr tamaşası onların sosial inteqrasiyasına töhfə verdi – FOTO

09 Avqust 2025 / 16:55
4
Prezident İlham Əliyevin çıxışı -Foto+Video

Prezident İlham Əliyev : “Paşinyana dedim ki, yalnız Azərbaycan vasitəsilə tranzit ölkə ola bilərsiniz”

09 Avqust 2025 / 16:31
46
Ümumi nəticəyə təsir göstərən mühüm MƏQAM: Bu şərtlərin qəbulu mümkün görünmür

Azərbaycanın hərbi zəfərinə bərabər geosiyasi və diplomatik qələbəsi – AÇIQLAMA

09 Avqust 2025 / 15:00
348
Adanada 4,5 bal gücündə zəlzələ baş verib

Göyçay şəhərində zəlzələ olub

09 Avqust 2025 / 12:44
29
Prezident İlham Əliyev vacib Fərman imzaladı

Prezident İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

09 Avqust 2025 / 12:26
31
Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası ikinci dəfə toplandı

Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası ikinci dəfə toplandı

09 Avqust 2025 / 9:24
38
Turkiyə XIN: Cənubi Qafqazda tarixi fürsət ələ keçirilib

Turkiyə XIN: Cənubi Qafqazda tarixi fürsət ələ keçirilib

09 Avqust 2025 / 8:48
49
Ərdoğan Xankəndinə yola düşdü

Prezident Ərdoğan: Bu gün demək olar ki, hər kəs Türkiyənin məsələləri şərhetmə tərzini yüksək qiymətləndirir

09 Avqust 2025 / 8:39
38
BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı fövqəladə sessiyasının vaxtı dəyişdirilib

BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı fövqəladə sessiyasının vaxtı dəyişdirilib

09 Avqust 2025 / 8:29
43
Bizdə hər şey əladır…

Bizdə hər şey əladır…

09 Avqust 2025 / 8:19
60
Avstraliya, Almaniya, İtaliya, Yeni Zelandiya və Böyük Britaniya Qəzza ilə bağlı birgə bəyanat yayıb

Avstraliya, Almaniya, İtaliya, Yeni Zelandiya və Böyük Britaniya Qəzza ilə bağlı birgə bəyanat yayıb

09 Avqust 2025 / 8:07
12
Tramp İlham Əliyevə bunu hədiyyə etdi – Fotolar

Tramp İlham Əliyevə bunu hədiyyə etdi – Fotolar

09 Avqust 2025 / 6:36
44
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.