03 - 07 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Nazirlik “rüşvət ver, gəl oxu” qalmaqalını araşdırır

Oktyabr 11, 2024
Araşdırma
A A

 

Vüqar Əhməd: “Mənzər xanımın ləqəbi var: ”3″, “5″, açması budur ki… ”

Mədəniyyət Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri Mənzər Nurəliyeva ilə sənətçilər arasında qalmaqala görə araşdırma başlayıb. Bir müddət öncə tanınmış sənətçilər Mədəniyyət Nazirliyində tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı şikayətlərini dilə gətiriblər.

Belə ki, sıralarında müğənni Nura Surinin, xanəndələr Pərviz Qasımov, Almaxanım Əhmədli, şair Vüqar Əhməd, kamança ifaçısı Şəhriyar Musayev kimi simaların olduğu məşhurlar şikayətçi olub. Sənətçilərin sözlərinə görə, M. Nurəliyeva onlara qarşı haqsızlıqlar edib, onları təşkil olunan tədbirlərə dəvət etməyib. Hətta bəzi ittihamlarda rüşvətxorluq iddiası da yer alıb.

Avropa.info xəbər verir ki,İfaçılar OLAY-a müraciət edərək şikayətlərinin nəzarətə götürüldüyünü bildiriblər.

Müğənni Nura Suri bildirib ki, şikayətçilərdən izahat alınıb: “Mədəniyyət Nazirliyindən statuslarımızdan sonra bizi dəvət etdilər, fikirlərimizi, izahatımızı aldılar. Bilirsiniz ki, bir çox tanınmış musiqiçi, xanəndə şikayət etmişdi. Araşdırma apardıqlarını bildirdilər. Sadəcə, hazırda nə yerdə olduğunu bilmirəm, yəqin ki, araşdırma davam edir”.

Müğənni Almaxanım Əhmədli isə araşdırmanın davam etdiyini söyləyib: “Araşdırma gedir. Ümidimiz nazirliyədir. Bütün şikayət ərizələri toplanıb. Onlarla şikayətçi var. Ümidvarıq ki, haqq yolunu tapacaq, bu məsələ tezliklə düzələcək. Nazirlik də daxil olmaqla, lazımi yerlərə ərizələrimizi göndərmişik. Kimlər ki açıqlama verib, hamısının ərizəsi var. Bu qədər haqsızlıq qarşısında Mənzər xanım haqda bir tədbir görülməlidir, araşdırma aparılmalıdır”.

Xanəndə Pərviz Qasımov isə cavab gözlədiklərini deyib: “Hələ ki məlumat yoxdur, cavab gözləyirik, görək nə olacaq. Açıqlama verənlərdən bəziləri qorxularından şikayət etmədi, bəziləri boş buraxdı. Sadəcə, iki-üç nəfər ürəkli oldu. Hər kəs fikirləşir, ümid edir ki, nə vaxtsa tədbirə çağıracaqlar. Mən onun işdən azad olunmasının tərəfdarı deyiləm, çörəyini qazanır. Sadəcə, mənə etdiyi haqsızlıqların cavabını almaq istəyirəm. Hansı səbəbə görə və niyə? Bu qədər müsabiqə qalibi olmuşam ki, evdə oturub diplomlarıma baxım? İnşallah, haqq-ədalət öz yerini tapar”.

Professor Vüqar Əhməd Mədəniyyət Nazirliyi tərəfindən Fəxri fərmanla təltif  olunub

 Vüqar Əhməd

Almaxanım Əhmədlinin atası şair Vüqar Əhməd “Yeni Müsavat”a açıqlamasında deyib: “Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsi valideyn kimi məni, Almaxanımı və 20-yə yaxın şəxsi çağırıb, şikayətlərini dinləyib. Mən inanıram ki, bu məsələyə obyektiv baxılacaq. Ölkə sahibsiz deyil. Mədəniyyət naziri Adil Kərimli çox ziyalı, alicənab insandır. Bu günə qədər mədəniyyət nazirləri arasında bir ondan, bir də Polad Bülbüloğlundan razı olmuşam. Amma hesab edirəm ki, nazirin belə Mənzər xanıma gücü çatmır. Çünki onun arxası çox güclüdür. Özünü Brejnev kimi aparır, hamı ondan qorxur. Bir ildir ki, onun əməlləri barədə məlumat verirəm, heç bir nəticə yoxdur.  Onun ləqəbi var  – “3”, “5”… “3” – respublika tədbirləri, “5″ – xarici qastrollar.

Onun hikkəsi ilə Özbəkistanda Almaxanım üçün hoteldə yer verilməyib, məşqə getmək üçün maşın ayrılmayıb. Təsəvvür edin, əgər orada tanış adam olmasa idi mənim qızım gecə küçədə qalmalı idi?

Zalda ölkə rəhbərliyi əyləşib, Mənzər xanım isə səhnə arxasında “yeməyinizi vaxtında yeyin” deyib xalq artistlərinin üstünə qışqırır, onları təhqir edir. Hamısı da başını aşağı salıb, qorxularından bir kəlmə də deməyiblər. Belə bir xəstə təfəkkürlü insan necə nazirlikdə məmur işləyə bilər?

Almaxanımın 2017-ci ildə 16 yaşı olanda VI Muğam Televiziya Müsabiqəsinin qalibi olub, elə həmin ildən etibarən AzTV-nin solisti kimi fəaliyyət göstərir, 4 dəfə Amerikada, eləcə də Avropanın bir çox şəhərlərində konsertlər verib. Bir dəfə Özbəkistana getdi, orada da başına bu cür iş gəldi… Bundan başqa, Almaxanımın adını səbəbsiz yerə iki dəfə mükafat siyahısından sildirib. Bilmirəm biz ona nə pislik etmişik… Qadın olduğu üçün heç istəmərəm ki, həbsə düşsün, amma etdiyi əməlləri bağışlamaq olmaz. Bu adam mədəniyyətimizə böyük zərbə vurur”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirlikdən bildirildi ki, tezliklə açıqlama veriləcək

Əvvəlki Yazı

Corcia Meloni COP29-da iştirak edəcək

Növbəti Yazı

Başqasının ailəsinə sataşdığı iddia olunan şəxsi soyundurub təhqir etdilər

XƏBƏR LENTİ

1-ci Qarabağ Müharibəsi Şəhidi Zərdabda dəfn edildi – Fotolar

Daha 3 şəhidimiz Kəlbəcərdə dəfn olunacaq

02 İyul 2025 / 20:40
14
Prezident Əliyev və Prezident Mirziyayev səfirliyin yeni binasının açılışında

Prezident Əliyev və Prezident Mirziyayev səfirliyin yeni binasının açılışında

02 İyul 2025 / 19:36
40
Prezidentlər iclasda iştirak edirlər

Prezidentlər iclasda iştirak edirlər

02 İyul 2025 / 16:13
35
Respublika Gənclər Kitabxanasında görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi çərçivəsində silsilə materiallar hazırlanıb

02 İyul 2025 / 13:08
45
Ersin Tatar Azərbaycana gəlib – FOTO

Ersin Tatar Azərbaycana gəlib – FOTO

02 İyul 2025 / 12:33
29
Azərbaycan dili və mədəniyyəti: Yaddaşımızın səsi

Azərbaycan dili və mədəniyyəti: Yaddaşımızın səsi

02 İyul 2025 / 12:26
20
Azərbaycanda insan alveri ilə mübarizə gücləndirilir – AÇIQLAMA

Polis Günü: Azərbaycanın keşikçiləri haqqında düşüncələr

02 İyul 2025 / 12:21
23
Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb

Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb

02 İyul 2025 / 11:28
19
“Rusiyanin Yekaterinburq şəhərində xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb” – Video

“Rusiyanin Yekaterinburq şəhərində xəsarətlər yetirilmiş şəxslərdən biri artıq Azərbaycana qayıdıb” – Video

02 İyul 2025 / 11:19
8
Zaxarova Rusiyalı jurnalistlərin həbs ilə bağlı açıqlama verdi

Zaxarova Rusiyalı jurnalistlərin həbs ilə bağlı açıqlama verdi

02 İyul 2025 / 11:08
39
Sobcak: “Şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir”

Sobcak: “Şəxs şübhəli olsa belə, onun günahı yenə də məhkəmədə sübuta yetirilməlidir”

02 İyul 2025 / 10:56
35
Özbəkistan Prezidenti Azərbaycana səfərə yola düşdü

Özbəkistan Prezidenti Azərbaycana səfərə yola düşdü

02 İyul 2025 / 10:49
33
Goranboyda bacısını bıçaqlayan şəxs həbs edildi

Sumqayıtda qadın küçədə qətlə yetirilib

02 İyul 2025 / 10:04
4
Tramp: İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edir

Tramp: İsrail Qəzzada 60 günlük atəşkəs şərtlərini qəbul edir

02 İyul 2025 / 9:56
35
ABŞ Ukraynaya hərbi sursat göndərməmək qərarına gəlib

ABŞ Ukraynaya hərbi sursat göndərməmək qərarına gəlib

02 İyul 2025 / 9:47
42
Moskvada Azərbaycanlılar Rusiya bayrağını endirib Azərbaycan bayrağını qaldırdılar -Foto

Moskvada Azərbaycanlılar Rusiya bayrağını endirib Azərbaycan bayrağını qaldırdılar -Foto

02 İyul 2025 / 9:30
49
Deputat İmişlini kənd-kənd gəzir-Fotolar

Deputat İmişlini kənd-kənd gəzir-Fotolar

02 İyul 2025 / 9:13
65
Qəzza xəstəxanaları bir neçə saat ərzində qəbiristanlığa çevrilə bilər

Qəzza xəstəxanaları bir neçə saat ərzində qəbiristanlığa çevrilə bilər

02 İyul 2025 / 9:05
36
Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

Zelenski Səfərov qardaşlarının qətlinə görə Prezidentə başsağlığı verdi

01 İyul 2025 / 19:26
16
Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

Tələbələrin sosiallaşma problemlərinə həsr olunan tədbir keçirilib

01 İyul 2025 / 15:00
5
QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

QHT “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” mövzusunda tədbir keçirdi

01 İyul 2025 / 14:54
12
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən şəxs həbs olundu

01 İyul 2025 / 13:33
22
Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

Yekaterinburqda qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirilib

01 İyul 2025 / 9:01
28
Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

Bakıda Rusiya FTX əməkdaşları saxlanıldı

30 İyun 2025 / 19:03
10
Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəis təyin edilib

30 İyun 2025 / 18:56
16
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı – Bu posta gətirildi

30 İyun 2025 / 18:52
34
Mariya Zaxarova: Kiyev atəşkəs üçün yeganə maneədir

Rusiya XIN Bakıdakı əməliyyata reaksiya verdi

30 İyun 2025 / 17:04
20
DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

DİN “Sputnik Azərbaycan”ın Bakı ofisində əməliyyat keçirir

30 İyun 2025 / 16:40
27
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş etüd-sərgi keçirilib

30 İyun 2025 / 14:44
39
Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

30 İyun 2025 / 13:11
30
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.