İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə görüşündə BRİKS dövlətlərarası assosiasiyasının oktyabrın 22-24-də Kazanda keçiriləcək sammiti zamanı Rusiya ilə “böyük saziş” imzalanacağına ümid etdiyini bildirib.
Avropa.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Ümid edirəm ki, biz bu sazişi Rusiyada keçiriləcək BRİKS sammiti zamanı bağlayacağıq”, – Pezeşkian vurğulayıb.
Qeyd edək ki, oktyabrın 11-də Aşqabadda Rusiya və İran prezidentlərinin görüşü olub. Danışıqlar İran liderinin vəzifəyə başlamasından sonra Putin və Pezeşkian arasında ilk təkbətək görüş olub