Belarus prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, Belarus heç vaxt nüvə silahından birtərəfli qaydada istifadə etməyəcək.
Avropa .info xəbər verir ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasında iştirak etmək üçün Rusiyaya gedən Lukaşenko jurnalistlərə açıqlamasında nüvə silahından istifadə ilə bağlı qırmızı xətlərin olduğunu bildirib.
Belarus prezidenti Lukaşenko diqqətə çatdırıb ki, əgər kimsə Belarusun dövlət sərhədini keçərsə, bu silahlar lazım olan yerdə istifadə olunacaq:
“Heç bir ölkə müttəfiqləri ilə məsləhətləşmədən könüllü olaraq bu cür silahlardan istifadə etməz. Əgər nüvə silahından istifadə məsələsi ortaya çıxsa, Rusiya ilə məsləhətləşəcək və çox ciddi danışıqlar aparacağıq